Slovo binası

Slovo binasıXarkovdakı Mədəniyyət küçəsi 9-da yerləşən yaşayış binası. Ötən əsrin 20-ci illərində Xarkovda müxtəlif peşə sahiblərinin nümayəndələri üçün kooperativ yaşayış evləri tikilməsi "bum"u başlamışdır. Həmin dövrdə tikilən bu tipli yaşayış evlərinə "Dərzi", "Həkim", "Qırmızı bankir" adlı binaları göstərmək olar. 1928-ci ildə isə ədəbiyyatşünaslar üçün "Slovo" adlanan yaşayış binası tikilmişdir.

Slovo
Xəritə
50°00′42″ şm. e. 36°14′03″ ş. u.
Ölkə
Tikilmə tarixi 25 dekabr 1929
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mixail Daşkeviçin layihəsi əsasında tikilən bina modernkonstruktivizm üslubları arasında orta mövqe tutur. Plana əsasən bina simvolik olaraq kiril əlifbasının "C" hərfi (slavyan əlifbasında – "söz" kimi tərcümə edilən "slovo" sözünü bildirir) formasında tikilmişdir. Yalnız 1930-cu ildə binanın sakinləri buraya köçürülmüşdür. Yazıçıların binaya köçdükləri 4 ildən sonra artıq repressiya başlamışdır. Onun ilk "qaranquş"larından biri İvan Baqryanı olmuşdur. 1932-ci ildə həbs edilsə də, sonradan azad buraxılan ədəbiyyatşünas Stalin rejiminin iyrəncliklərinin ətraflı təsvirini özünün "Gefsiman bağı" romanında vermişdir. Buranın tezliklə "Krematoriy" adını aldığını bildirmişdir. 66 mənzilli binanın 40-a yaxın mənzilinin sakini repressiya qurbanı olmuşdur. [1][2].

1933-cü ildə Mixail Yalovoyu Kommunist partiyasının mərkəzi komitəsinin ikinci katibi Pavel Postışevə qarşı suiqəsdə Aleksandr Şumski ilə casusluq və əlaqədə ittiham edərək həbs edirlər. Mixail Yalovoy ilk əvvəl 10 il həbs düşərgəsinə göndərilsə də, 4 ildən sonra onu güllələyirlər. Yalovoyun həbsindən sonra Nikolay Xvılevoy dostlarını mənzilinə qonaq çağıraraq qonşu otaqda özünə intihar edir. Ölümündən əvvəl yazdığı məktubda bunları yazmışdır:

" “Yalovoyun həbsi- bu, bütöv bir nəslin güllələnməsidir... Nəyə görə? Ən səmimi kommunist olmağımıza görəmi? Heç nə anlamıram... Dəhşətli dərəcədə ağırdır. Yaşasın kommunizm. Yaşasın sosialist quruluşu. Yaşasın kommunist partiyası”. "

Ölümündən bir neçə il sonra onu "burjua milliyyətçiliyi"ndə günahlandıracaqdılar.

"Slovo" binasında yaşamış yazıçı və incəsənət xadimlərinin adları olan siyahı

Uzun müddət binanın divarında Pavel Tıçinin adı olan memorial lövhə asılmışdır. Yalnız 1980-ci illərin sonlarında Perestroyka (Yenidənqurma) dövründə vaxtilə burada yaşamış və çalışmış yazıçıların tam olmayan siyahısı qoyulsa da, 10 il sonra naməlum şəxslər tərəfindən qoparılaraq məhv edilmişdir.

Tam siyahının rəsmi açılışı 2003-cü ilin avqustunda Ukraynanın müstəqillik günündə baş tutmuşdur.

  1. Лариса Салімонович. Непрочитане "Слово" Arxivləşdirilib 2017-12-06 at the Wayback Machine // Україна молода, № 148 за 12.08.2005
  2. "Харьковский дом «Слово» — элитная «мышеловка» для представителей «расстрелянного возрождения»". 2022-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-30.