"Small Worlds" Miniatür Muzeyi[a] – Yaponiyanın paytaxtı Tokionun Ariake bölgəsində yerləşən miniatür muzeyi. Asiyada yerləşən ən böyük miniatür muzeyidir.
Small Worlds Miniatür Muzeyi | |
---|---|
Mövzu | miniatür[d] |
Ölkə | |
Yerləşir | Ariake[d] |
smallworlds.jp |
"Small Worlds" Miniatür Muzeyinin sahəsi 7000 kvadratmetrdir. Buradakı miniatürlər 1:80 miqyasında hazırlanmışdır. Muzey üç mərtəbədən ibarətdir. Üçüncü mərtəbəsində əsas qalereya yerləşir. Muzeydə kafe və suvenir dükkanı da yerləşir.[1]
Muzey sərgisi 8 bölmədən ibarətdir. Kosmos mövzusunda olan bölməsi "Kosmos Mərkəzi" adlanır. Burada Kosmik şattl Stansiyası və Apollo kosmik stansiyasının detallı miniatürləri yaradılmışdır. "Qlobal Kənd" bölməsində Avropanın stimpank estetikasından fantastik əjdahalar kəndinə qədər müxtəlif miniatür dünyalar yerləşir. Bölmələrin birində Kansay Beynəlxalq Hava Limanının miniatür modeli yaradılmışdır.[1]
Muzeydə "Seylor Mun" franşizinə həsr olunmuş "Gözəl qoruyucu Seylor Mun" və həmin franşizdə Tokionun XXX əsrdəki futuristik halını əks etdirən "Kristal Tokio" bölmələri ilə yanaşı "Neon Genesis Evangelion" franşizinə həsr olunmuş iki bölmə (personajların yaşadığı Tokio-III şəhəri və mexaların saxlandığı anbar) və Yaponiyanın gecə həyatını əks etdirən bir bölmə mövcuddur.[2]