Snickers — qovrulmuş yerfındığı (fındıq və ya günəbaxan tumu da ola bilər), karamel və nuqadan ibarət, üzəri südlü şokoladla örtülmüş şokolad batonu[1]. ABŞ-də ən çox satılan şokolad batonudur. Dünyada illik satışı 2 milyard dollar aralarındadır[2]. İlk zamanlar Böyük Britaniya və İrlandiyada Marafon adıyla[3] satılırdı, daha sonra isə Snickers adı ilə bütün dünyada tanınmağa başladı.
Snickers batonu ilk dəfə 1923-cü ildə ABŞ-də konditer Frenk Mars tərəfindən hazırlanmışdır. Ancaq kütləvi istehsal yalnız 1930-cu ildə başlamışdır. 1929-cu ilin noyabrında Çikaqo şəhərində Snickers batonları hazırlanan zavod fəaliyyətə başlamışdır.
Batonun adı Mars Incorporated şirkətinin banisi olan Mars ailəsinin atının adından götürülmüşdür.