Soçi İmeretinski limanı

Soçi İmeretinski limanıSoçi şəhərinin Adler rayonu ərazisində dəniz limanı. Liman Qara dəniz sahilində yerləşir. Olimpiya obyektlərinin tikintisi və Soçi şəhərinin dağ-iqlim kurortu kimi inkişafı məqsədi ilə tikilmişdir. Bu Rusiyada postsovet dövründə yanalma və dalğadan mühafizə strukturlarının vahid kompleksi kimi tikilmiş ilk universal yük limanıdır.[1][2]

Soçi İmeretinski limanı
rus. Порт Сочи Имеретинский
Yerləşməsi
Ölkələr
Detallar
Limanın ölçüsü 22,8
Statistika
Yük dəyəri 5 milyon ton

Liman İmereti ovalığında, olimpiya obyektlərinin tikintisində lazımi materiallarla, o cümlədən sement, çınqıl, qum və çınqıl kimi inert materiallarla təmin etmək üçün tikilib. Mzımta çayının mənsəbinin yaxınlığındadır. Liman 2012-ci ildə istifadəyə verilib.[3][4]

Limanın tikintisi[redaktə | mənbəni redaktə et]

Gələcək limanının sahəsi Mzımtanın mənsəbindəki bir çimərlik idi. Qolubaya küçəsi boyunca yerləşən ərazinin təmiz dənizi suyu həm turistləri, həm də yerli sakinləri cəlb edirdi.

Limanın tikintisi əvvəldən dövlət-özəl tərəfdaşlıq əsasında nəzərdə tutulmuşdu. Dövlət tərəfindən sifarişçilər Dəniz və Çay Nəqliyyatı üzrə Federal Agentlik və FSUE "Rosmorport" idi. Özəl şirkətlər isə- "Basic Element" şaxələndirilmiş holdinqinin tikinti sektorunun bir hissəsi olan Transstroy korporasiyası idi. Əvvəlcə limanın tikintisinə qoyulan investisiyaların 20 milyard rubl planlşadırılmışdı. Liman 10 milyon ton yükün daşınması üçün nəzərdə tutulurdu.[5]

Mzımta çayının mənsəbi yaxınlığında ilk yük sahəsinin tikintisinə 2008-ci ildə başlanıldı. Tikintinin başa çatdırılması 2010-cu ilin dekabrında planlaşdırılırdı. Lakin 2009-cu il dekabrın 14-nə keçən gecə baş verən tufan limana böyük zərər vurdu və aşılış vaxtı 2012-ci ilə təxirə salındı[6].

Limanın fəaliyyəti[redaktə | mənbəni redaktə et]

İlk liman kranları 2010-cu ilin martında dəniz yolu ilə limana gətirilib. Bunlar Liebher firmasına məxsus olan dən dörd yeni mobil liman kranı idi: 1 LHM-280 və 3 LHM-180 kranı.

Kranlar Avstriyanın Nensinq şəhərində yığılaraq quru yolu ilə Konstansa limanına (Rumıniya) çatdırılıb. Sonra iki gün ərzində üzən bərdə kranlar martın 20-də Soçiyə aparılıb. Dənizlə çatdırılma diqqətlə hazırlanmış marşrut və hava şəraitinin təhlili sayəsində uğurlu olmuşdur

[7]. 2010-cu ilin yayından etibarən liman toplu materialları olan kiçik gəmiləri qəbul etdi və avqust ayında ilk böyük ölçülü yükünü — təxminən 130 ton ağırlığında Adler İES-in enerji bloklarından biri üçün generatoru qəbul etdi. Bundan əlavə, gəmiyə 200 ton müvafiq avadanlıq, o cümlədən 56 ton ağırlığında bir turbin gətirildi.[8]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Постановление от 29 декабря 2007 года N 991: "О Программе строительства олимпийских объектов и развития города Сочи как горноклиматического курорта" (с изменениями на 20 июня 2011 года)". 2014-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-31.
  2. "Грузовой порт "Имеретинский" в Сочи - строительство завершено!" (rus). Транспортный портал. 2012-10-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-08-18.
  3. "Порт станет мариной". 2021-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-31.
  4. "Строительство порта "Сочи-Имеретинский" официально завершено". 2016-03-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-31.
  5. "Инвестиции в строительство двух грузовых терминалов в Сочи превысят 20 млрд рублей" (rus). Интерфакс. İstifadə tarixi: 2012-08-16.[ölü keçid]
  6. "В Имеретинской бухте шторм разрушил строящийся порт". 2011-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-31.
  7. "В Сочи доставлено крановое оборудование Liebherr для первой очереди порта" (rus). Сайт компании Базовый элемент. 2012-10-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-08-16.
  8. "Порт Сочи Имеретинский принял первый негабаритный груз" (rus). Транспортный портал. İstifadə tarixi: 2012-08-16.[ölü keçid]