Sofi, Sofu və ya Soffi — Avropa ölkələrində Səfəvi imperiyasını idarə edən Səfəvi sülaləsindən olan hökmdarlara edilən müraciət forması. Bəzi səbəblərdən Qərb dünyası qədim yunanların bu coğrafiyadan çıxmış Fars imperiyası ilə savaşlarının unudulmamasına görə Səfəvi imperiyasına da Persiya deməklə birlikdə, bəzən Səfəvi hökmdarlarına Sofi də demişdirlər. Bu söz Səfəvi sözünün bir qədər dəyişdirilmiş versiyasıdır və xüsusən I Abbasdan sonra bu cür müraciət forması daha da çoxalmışdır.[1]
I Abbas dövründən bu sözün işlədilməsinə çox rast gəlinməsinə baxmayaraq, hətta sülalənin hakimiyyətinin əsasını qoymuş olan I İsmayıl (1501–1524) dövründə də bu müraciət forması avropalılar tərəfindən işlədilmişdir.[2]
Bu müraciət formasının Avropa ədəbiyyatında görünməmiş formada artması və imperiyasının da belə adlandırılması I Abbasdan və ondan sonra olmuşdur.[1] Uilyam Şekspir "On ikinci gecə" (ingiliscə:Twelfth Night, 1602-ci ildə çap edilmişdir) əsərində də bu müraciət formasından istifadə etmişdir.[1]