Karlo Ponti

Karlo Ponti (it. Carlo Ponto) — İtaliya kinoprodüseri.

Karlo Ponti
Carlo Ponti
Doğum tarixi
Doğum yeri İtaliya İtaliya
Vəfat tarixi (94 yaşında)
Vəfat yeri İsveçrə İsveçrə, Cenevrə
Vətəndaşlığı
Həyat yoldaşı
Fəaliyyəti Kinoprodüser
Fəaliyyət illəri 1940-cı ildən
Təhsili
Mükafatları Knight Grand Cross of the Order of Merit of the Italian Republic
Ən yaxşı xarici dildə filmə görə "Oskar" mükafatı
IMDb ID0690638
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı[redaktə | mənbəni redaktə et]

Karlo Ponti 1912-ci ildə Lombardiya vilayətinin Macent şəhərində anadan olmuşdur.Milan Universitetində Hüquq fakültəsini bitirmişdir.İlk film prodüseri kimi 1940-cı ildən karyerasına başlamışdır. 140-dan çox filmlərin prodüseri olmuşdur.Ən çox Federiko Fellini ilə filmlərdə çalışmışdır.

Şəxsi həyatı[redaktə | mənbəni redaktə et]

1946-cı ildə Ciliana Fyastri ilə evlənir.Lakin 1957-ci ildə arvadının xəbəri olmadan Meksikada Sofi Loren ilə evləndi.O zamanlar arvaddan ayrılmaq haqqında qanun İtaliyada yox idi.Bu səbəbdən onlar İtaliyaya geri dönərək evli olduqlarını inkar edirlər.Fransız vətəndaşlığını 1965-ci ildə qəbul etdikdən sonra Karlo Ponti ilk arvadından ayrılır.1966-cı ildə isə Karlo Ponti ilə Sofi Loren ailə həyatı qururlar.Onların iki övladı dünyaya gəlir.

1979-cu ildə qiymətli sənət əsərləri oğurladığından ona 22 milyard İtalyan lirəsi və 4 il həbs cəzası təyin etdilər. Lakin onun vətəndaşlığı Fransız vətəndaşlığı olduğundan, həmin cəzalardan qurtulmuşdur.

Seçilmiş filmoqrafiya[redaktə | mənbəni redaktə et]

  1. Kiçik qədim dünya (film, 1940)
  2. Avropa 51 (film, 1952) / Europa '51  (ital.)
  3. Yol (film, 1954) / La Strada  (ital.)
  4. Hərb və sülh (film, 1956) / War and Peace  (ing.)
  5. İki qadın (film, 1960) / La Ciociara  (ital.)
  6. Dünən, bu gün, sabah (film, 1963) / Ieri, oggi, domani  (ital.)
  7. Səfər (film, 1974) / Il viaggio  (ital.)
  8. Qanqsterin oyuncağı (film, 1975)

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]