Sofiya Albinovskaya-Minkeviç (pol. Zofia Albinowska-Minkiewiczow; 18 (30) noyabr 1886, Klaqenfurt – 30 iyun 1972, Lvov) — Polşa, Ukrayna və Sovet rəssamı, təsvirçi və qrafika rəssamı. 1939-cu ildən Ukrayna Rəssamlar İttifaqının üzvü olur. Lvov Sovet İttifaqına birləşdirildikdən sonra Albinovskaya-Minkeviç Ukrayna Sovet Rəssamlar İttifaqına üzv olur. O, rəsmlərini qızlıq soyadı olan Sofiya Albinovskaya ilə imzalayıb. Polşalı memar Vitold Minkeviçin həyat yoldaşı olur.
Sofiya Albinovskaya-Minkeviç | |
---|---|
Doğum tarixi | 18 (30) noyabr 1886 |
Doğum yeri |
|
Vəfat tarixi | 30 iyun 1972 (85 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | rəssam |
Üzvlüyü |
|
Polşa generalı Julius Albinovskinin qızıdır. 1901-1906-cı illərdə hendriç Ştreblov (1901-ci ildən), Franz Hohenberq və Ferdinand Kruis (1902-ci ildən) özəl məktəblərində oxuyub. 1906-1909-cu illərdə Parisdə yaşamış, burada ilk dəfə Akademiya Kolarossidə, daha sonra İncəsənət Məktəbində (fr. École des Beaux Arts) təhsil almışdır. Parisdə Olqa Boznanskaya ilə tanış olur. Avropanı gəzir, Böyük Britaniya, Belçika, Hollandiya və İtaliyaya səfər edir.
1909-1912-ci illərdə təhsilini davam etdirir və Vyanada Bədii Sənətlər Məktəbində (alm. Kunstgewerbeschule) dərs deyir, sonra əbədi olaraq Lvova qayıdır. Uzun illər Lvovda Polşa Rəssamlar İttifaqının prezidenti olur, həmçinin bir çox milli və xarici sərgilərdə iştirak edir: Praqa, Paris, Nyu-York.
Rəssamın ilk işlərində (1920-ci ilə qədər) portretlər üstünlük təşkil edirdi, sonralar onun əsas maraqları müxtəlif rəngli natürmortları və dəbli interyerləri əks etdirən intim kompozisiyalar meydana gəlir. Onun rəsmləri bəzən "post-impressionizm üslubunda" çəkilmiş kimi qiymətləndirilir.
Lvovda Lıçakov qəbiristanlığında dəfn edilib.