Sohoista döyüşü – 1545-ci ildə Osmanlı və gürcü orduları arasında reallaşan döyüşdür. Hal-hazırda Türkiyənin şimal-şərqində olan Sohoista bölgəsində baş vermişdir. Sohoista döyüşü gürcü sülalələrinin Osmanlının regionda güclənməsini dayandırmağa çalışdıqları son cəhdləri idi, lakin mütləq Osmanlı qələbəsi ilə nəticələndi. Rüstəm Paşanın Zivində idarə etdiyi döyüşün bu döyüş olduğu düşünülməkdədir.[1]
Sohoista döyüşü | |||
---|---|---|---|
Osmanlının Gürcüstanı ələ keçirməsi | |||
Tarix | 1545 | ||
Yeri | |||
Səbəbi | Osmanlı hücumu | ||
Nəticəsi | Osmanlı zəfəri | ||
Münaqişə tərəfləri | |||
|
|||
Müharibədən əvvəl gürcü qarnizonları tərəfindən qorunan Oltisi qalasını (hal-hazırkı Oltu) Qızıl Əhməd olaraq da bilinən, Musa Paşa almağa çalışmış, lakin uğursuz olmuşdur. Musa Paşa 1543-cü ildə Qaragakda gürcülərə məğlub olmuş və döyüş meydanında öldürülmüşdür. Osmanlılar iki il sonra bölgəyə yenidən gəlmiş və Samsthe atabəyliyini işğal etmişdirlər. İmereti kralı olan Baqrat digər gürcü hökmdarlarını yardıma çağırmışdır. Kartli kralı Luarsab və Quriya hökmdarı Rostom Qurieli İmereti kralına dəstək verərkən, Meqreliya hökmdarı I Levan Dadiani ittifaqa qatılmağı rədd etmişdir.[2]
İki rəqib ordu Basean bölgəsinin (hal-hazırkı Pasinlər, Türkiyə) sərhədlərində olan Sohoista bölgəsində qarşı-qarşıya gəlmişdir. Tarixçi Vahuştinin xatirələrində döyüş barədə bəzi detallar qeyd edilmişdir. Bu qaynağa görə, gürcü hökmdarları Samsthe atabətliyinin qüvvələrinin öncü qüvvə olaraq döyüşməsinə icazə verməmişdirlər. Buna görə də, Samsthe atabəyliyi atabəyi qəzəbləndi və döyüşə qatılmağı rədd etdi. Döyüş sübhdən axşama qədər davam etdi və mütləq Osmanlı qələbəsi ilə nəticələndi.[2][3]
Sohoistadakı zəfər Osmanlı imperiyasının cənub-qərb Qafqazın nəzarətini əldə etmələrini təmin etdi. Bundan əlavə, Samsthe atabəyliyini yağmalayan Osmanlı qüvvələri atabəyliyə öz himayələrindəKi III Kaikhosronu çar olaraq təyin etdilər. Tortum, İspir və Pasinlər Samsthe atabəyliyindən alındı və Osmanlı imperiyasına verildi. Döyüş 1555-ci ildə Amasiyada imzalanan Osmanlı-Səfəvi sülh müqaviləsi öncəsində uyğun şərait yaratdı. Bu müqavilə nəticəsində Səfəvi və Osmanlı imperiyaları Gürcüstanı öz aralarında böldülər. Qərbi Gürcüstan Osmanlı imperiyasına, şərqi Gürcüstan isə Səfəvi imperiyasına verildi.[1][4]