Qaragak döyüşü

Qaragak döyüşüİmereti krallığı ilə Osmanlı imperiyasının Meshetinin Qaragak bölgəsində qarşı-qarşıya gəldiyi döyüşdür. 1543-cü ildə reallaşan döyüş İmeretinin qalib gəlməsi ilə nəticələnmişdir. Lakin bu döyüşdən qısa müddət keçdikdən sonra geri dönən Osmanlı ordusu məğlubiyyətin əvəzini çıxmış və gürcü ordusu üzərində qələbə qazanmış, onları özündən vassal asılılığına salmışdır.[1]

Qaragak döyüşü
Osmanlının Gürcüstanı ələ keçirməsi
Tarix 1543
Yeri
Səbəbi Osmanlı hücumu
Nəticəsi İmereti zəfəri
Münaqişə tərəfləri

İmereti çarlığı

Osmanlı imperiyası

Samsthe atabəyi III Kvarkvare oğlu Kaihosro Osmanlı imperiyasının İmeretini işğal etməsini istədi. Ərzurumun Osmanlı bəylərbəyinin əmri ilə Qızıl-Əhmədlü olaraq da bilinən Musa Paşa İmeretini fəth etməsi üçün 22.000 adamla Samstheyə göndərildi. Avropadan gələn toplarla təmin edilmiş Osmanlı ordusu gürcülərin əlindəki Oltisi qalasını (hal-hazırda Türkiyədə yerləşən Oltu ilçəsində yerləşir) mühasirəyə aldı. Bundan sonra İmereti kralı olan Baqrat qonşu gürcü dövltələrindən yardım istədi. Bu çağırışlardan yalnız Qurieli hökmdarı çağırışa müsbət cavab verdi, Meqreliya hökmdarı Levan isə çağırışı rədd etdi. Daha sonra isə Levan Osmanlı imperiyasının tərəfinə keçdi və bahalı hədiyələrlə, qorumalarla İstanbula aparıldı. Baqrat ordusunun Osmanlı ordusundan say etibarilə çox olmasına baxmayaraq, Osmanlı ordusuna təslim oldu, lakin Osmanlı ordusunun Ərzuruma getməsindən dərhal sonra Oltu (və ya Oltisi) qalasına hücum etdi. Gürcülər heç gözlənilmədiyi halda, qalada qalan Osmanlı ordusunu məhv etdi və əsas Osmanlı ordusunu izləməyə başladı. Qaragahda mütləq qələbə qazanan İmereti ordusu Musa Paşanı da döyüşdə öldürdülər.[2]

Qaragajdakı döyüşdə İmereti ordusunun qalib gəlməsinə baxmayaraq, bu qələbə bölgədəki gürcülərin gec-tez Osmanlı hakimiyyəti altına düşməsinə əngəl ola bilmədi. Bu döyüşdən cəmi iki il sonra Osmanlı ordusu geri döndü və 1545-ci ildə Sohoista döyüşündə mütləq qələbə qazandı. Nəticədə, Samsthe Osmanlı hakimiyyəti altına düşdü və buradakı Osmanlı hakimiyyəti uzun müddət davam etdi.[3]

Samsthe Osmanlı imperiyasının vassalı oldu. III Kvarkvarenin soyundan gələnlər Samshe atabəyliyini (1628-ci ilə qədər) vı Çıldır əyalətini (1820-ci ilə qədər) idarə etdilər.

  1. Suny, Ronald Grigor (1994), The Making of the Georgian Nation: 2nd edition', p. 47. Indiana University Press, ISBN 0-253-20915-3
  2. Georgian Soviet encyclopedia, volume 10, page 658, Tbilisi, 1986
  3. "Battle of Karagak". frankensaurus.com. 2020-12-10 tarixində arxivləşdirilib.