Tikanlı quşüzümü (lat. Solanum angustifolium) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin quşüzümü cinsinə aid bitki növü.
Tikanlı quşüzümü | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Tikanlı quşüzümü |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Rusiyanın Avropa hissəsində, Uzaq Şərqdə yayılmışdır.
Hündürlüyü 30 -100 sm olan ulduzvari tükcüklərlə sıx örtülmüş bitkildir. Şaxələnmiş mil kökü 3 m-dək dərinliyə gedir. Gövdəsi, budaqları, saplaqları, çiçəyin kasacığı möhkəm, saman rəngli, uzunluğu 5–12 mm olan tikanlarla örtülmüşdür. Gövdəsi silindirik, oduncaqlı, çox budaqlı, bozumtul rənglidir. Bir bitkidə 70-dək budaq əmələ gələ bilər, kolun diametri 70 sm-ə çatır. Yarpaqları növbəli, uzun saplaqlı, dərin ikili lələkvari bölünmüş, uzunluğu 5-10 sm-dir. Çiçəkləri beş hissəli, salxımdadır. Çiçək tacı sarı, diametri 2-3 sm, hissələri lansetvari-yumurtavari, kasacığı yumurtavari-lansetvari hissəlidir. Bitki iyun-sentyabrda çiçəkləyir, avqust-oktyabrda meyvə verir. Meyvəsi bir yuvalı, şarşəkilli, yarımquru giləmeyvədir. Yetişdikdə meyvə çatlayır. Bir bitkidə 2000-ədək toxum olur. Toxumları tünd qonur və ya qara rəngli, yumru, yanlardan hamar, üzəri qırışlıdır. Quşüzümünün təzə yığılmış toxumları cücərmir, onlar 5-6 ay ərzində bioloji dinclik vəziyyətində olur, ancaq torpaqda qışladıqdan sonra cücərir.
İsti və işiqsevəndir. Bütün torpaq tiplərində cücərir, ancaq yumşaq, qələvili, gillicə və ya qumluca torpaqlara üstünlük verir.
Kiçik Qafqazda təbii halda yayılmışdır.
Taxıl bitkilərinin sahələrini, bostanları, bağları və otlaqları əhatə edir.