Soldier of Love

Soldier of Love – ingilis R&Bsoul qrupu Sadenin çıxardığı sinql. Sinqlın dünya təqdimatı 8 dekabr, 2009-cu il tarixində keçirilib.

Soldier Of Love
Sade tərəfindən Soldier of Love albomunda ifa olunmuş sinql
Yayımlanma tarixi 2009, 8 dekabr
Format sinql
Janr R&B, soft rock
Dil ingilis dili
Müddət 05:58
Prodüser Sade Adu, Mike Pela
Bəstəkar Sade Adu, Andrew Hale
Sözlərin müəllifi Stuart Matthewman, Paul Spencer Denman
Studiya Sony
Sade sinqllarının xronologiyası
"King of Sorrow"
(2001)
"Soldier Of Love"
(2009)
"Babyfather"
(2010)
Audio nümunəsi
Soldier of Love mahnısının səslənməsi

Mahnı Sadenin on illik fasilədən sonra səbirsizliklə gözlənilən və 8 fevral 2010-cu ildə təqdimatı keçirilən onuncu studio albomu Soldier of Lovedan olan ilk sinqldır. Mahnının Billboard Hot 100-də debütü 54-cü yerdə olub.

Mahnı Sade Adu və qrupun digər üzvləri tərəfindən birgə yazılıb. Sinql Billboard R&B chartsda dekabrın doqquzunda 45-ci yerdə debüt edib. Bir neçə gün sonra isə Şadenin rəsmi web saytında ictimaiyyətə təqdim edilib.

Mahnı həmçinin ABŞ teleserialı Lostun sonuncu, altıncı sezonunda soundtrack kimi istifadə edilib.

Mahnının klipinin rejissoru Britaniya rejissoru Sophie Mullerdir. Klipdə səhrada rəqs edən və hərbi yürüş keçirən əsgərlər təsvir olunub.

Kompozisiyaları[redaktə | mənbəni redaktə et]

US Wal-Mart CD single
BaşlıqMusiqi Müddət
1. Soldier of Love S. Adu, S. Matthewman, P.S. Denman, A. Hale, P.A. Cook 5:58
2. Flow (from the album Lovers Rock) S. Adu, S. Matthewman, P.S. Denman, A. Hale 4:34
iTunes Edition
BaşlıqMusiqi Müddət
1. Soldier of Love (Radio Edit) S. Adu, S. Matthewman, P.S. Denman, A. Hale, P.A. Cook 4:33

İstinadlar[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]