Kanada qızılsəbəti (lat. Solidago canadensis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin qızılsəbət cinsinə aid bitki növü.
Kanada qızılsəbəti | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: Növ: Kanada qızılsəbəti |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Çoxillik ot bitkisi olub, hündürlüyü 1,5 m-ə bərabərdir. Gövdəsi düzqalxan, yuxarı hissədən budaqlanan, bütün hissələri sıxyarpaqlı olub, əsası odunlaşmışdır. Gövdəsinin rəngi tünd-yaşıldan, açıq-yaşıla qədər dəyişir. Yarpaqları növbəli, xətti-neştərvari, zirvəsi uzun itiuclu və uzunsov damarlıdır. Aşağı yarpaqlarının kənarları boyunca itidişcikli, qısasaplaqlı olub, uzunluğu 5–12 sm-ə bərabərdir. Yuxarı yarpaqları bütövkənarlı, oturaq və uzunluğu 2–8 sm-dir. Səbətcikdəki çiçəkləri xırda, diametri 3–5 mm, kənarlarında 4–6 yalançı dilcik və 5–8 ədəd boruşəkilli çiçəkləri vardır. Bütün çiçəkləri qızılı-sarı olur. Yalançı dilcikli çiçəkləri bir cərgədə yerləşir. Səbətdə birtərəfli toplanmış, qövsşəkilli, əyilmiş, bükülmüş, qatlanmış fırçaları qollu-budaqlı, piramidaşəkili və süpürgəvarı çiçəkləri yerləşmişdir. Meyvələri ensiz silindrik, toxumları qabırğalı, uzunluğu 1–1,5mm, kəkilli ağ tükcüklüdür. Birinci il budaqlanan kökümsovu və yan kökcüyü olur. İyul-avqust aylarında çiçəkləyir, avqust-sentyabr aylarında isə meyvələri yetişir.
Çiçəkləmə başlayan zaman bitkinin yerüstü hissəsini silos yığan kombaynla hündürlüyü 36 sm olmaq şərti ilə toplamaq lazımdır. Bu üsulla kəsilmə uzunluğu 10–15 sm ölçüdə xammalı doğramaq və qurutmaq lazımdır. Qurudulma yaxşı havalanan yerlərdə və ya 50–60ºС temperaturda quruducu şkafda aparılmalıdır.
Yerüstü hissələri, yarpaqları, çiçəkləri, yetişməmiş meyvələri və kəkilləri xammal hesab olunur. İysiz, acı dadlı olmaqla, azacıq büzücüdür.
Yaxşı hava axını olan quru yerlərdə saxlanılmalıdır. Saxlama müddəti 5 ildir.
Yerüstü hissəsində flavonoidlərdən aqlikon (kverçetin, kempferol, izoramnetin), qlükozidlər, kumarinlər (skopoletin, umbelliferon), kofein və çoxlu miqdarda triterpen saponinləri vardır.
Diuretik, iltihabsorucu və spazmolotik dərmandır.
Hipoazotemik və diuretik dərman bitkisi olub, iltihabsorucu və spazmolotik vasitə kimi orqanizmdən sidik konkrimentlərini çıxarır. Böyrəkdaşı və sidikyolu xəstəliklərində təyin edilir. "Prostanorm" preparatı xroniki prostat vəzinin adenomasında işlədilir.
Solidar məhlulu (ekstrakt). Daxilə qəbul edilir. Diuretik, iltihabsorucu vəspazmolotik dərmandır.
Marelin, həb (komponent ekstrakt). Spazmolotik, diuretik, iltihabsorucu dərman olub, sidik konkrimentlərini çıxarır və böyrək sancısını azaldır.
Urofluks, toz (komponent ekstrakt). Diuretik və iltihabsorucu dərmandır.
Prostanorm, duru ekstrakt, daxilə qəbul edilir. Həb 0,2 q, (komponent ekstrakt). Prostatotrop və diuretik dərmandır.