Solidarizm — təsanüdçülük, həmrəylik anlayışlarını ifadə edən fikir.[1]
Həmrəyçilik ideyası XIX əsrin sonu - XX əsrin əvvəllərində əhəmiyyətli dərəcədə genişlənmişdir. Onun nəzəri əsası Oqüst Kontun cəmiyyətdə vahid tam kimi baxışı, sosioloji doktrinası idi. Solidarizm nəzəriyyəsinin banisi Emile Durkheimdir. Solidarizm nəzəriyyəsi Sosializmə və Kapitalizmə alternativ bir nəzəriyyə kimi yaradılmışdır. Həmrəylik şüarları altında 1890-cı ildə Parisdə "sosial tərbiyyə konqresi" yığıldı. 1891-ci ildə isə Parisdə Sosial Elmlər nəzdində "həmrəylik fəlsəfəsi" üzrə xüsusi kurslar təşkil olundu.
Solidarizm siniflər arası rəqabəti rədd edirdi. Emile Durkheim Marksın “problemin səbəbi siniflər arası ziddiyyətlərdir” fikrini qəbul etmir. Kapitalistlərin də israrla önə sürdüyü “siniflər arası rəqabət inkişafa aparır” fikri ilə razılaşmır. Ümumən analiz etdiyimizdə görə bilərik ki, bu kimi ziddiyyətlər “milli birliyi” zədələyir, çünki insanların sosial problemləri onlar arasında fərdi mənafelərin yüksəlməsinə şərait və bu fərdi maraqlar sosial konfiliktə yol açır. Fərd özünü sosiumun bir parçası kimi hiss etmir. Ancaq solidaristlər sosializmin də dövləti inkişafdan saxladığını anlayır və buna görə də alternativ olaraq “orta yol”, “Qızıl Orta” prinsipini təqdim edirlər. “Qızıl Orta” hər zaman filosoflar tərəfindən ən optimal variant kimi realizə olunub. Buna Buddha, Aristotel əsas örnəklərdəndir. Solidarizm iqtidsadiyyata dövlətin müdaxiləsini qəbul edir. Bu müdaxilə bazarda yarana biləcək monopoliyaların, inhisarlaşmanın öncədən qarşısının alınması, xırda sahibkarların və əhalinin sosial təminatını və maraqlarını təmin edilməsi naminədir. Solidarizm dini baxış yanaşmalarında sekulyarizmi müdafiə edir. Bundan başqa o insan haqlarının təminatçısı kimi də çıxış edir. Hər bir insanın pulsuz təhsil almaq, pulsuz səhiyyədən istifadə etmək, işləmək, hüququ var. Buna görə də Solidarizm humanitar bir nəzəriyyə olduğundan bu haqları təmin edir. Ümumən aşağı və yuxarı, minimum və maksimumdur. Həyat isə nə mütləq minimum nə də mütləq maksimum olacaq qədər bir mütləqliyə sahib deyil. Həyatda mütləq həqiqət deyə bir şey yoxdur[1].
E.Durkheim sübut etməyə çalışır ki, cəmiyyətin strukturu əməyin bölgüsü ilə şərtlənmişdir. Deməli, siniflərin də olması zəruridir. Fəhlə sinfinin və burjuaziya ictimai istehsal sistemində həmrəyliklə işləməlidirlər. Bu ideyalar fransız siyasi xadimi L.Burjuanın "Həmrəylik" əsərində (1897) inkişaf etdirilmişdir. XVIII, XIX əsrin fərdiyyətcilik nəzəriyyələrinin əksinə çıxaraq L.Burjua təsdiqləyirdi ki, real olaraq öz-özlüyündə nə fərdlər, nə də cəmiyyət mövcud deyil, ancaq insanların birgə yaşayış amili ilə bağlı assosasiyaları mövcuddur. Assosasiyanın hər bir iştirakçısı ümumi iş yerindən xeyir gördüyü üçün o digər insanlar, cəmiyyət, keçmiş və gələcək nəsillər qarşısında məsuliyyət daşıyır.
Fərdiyyətçiliyə və liberalizmə əks olaraq həmrəyçilər subyektiv hüquqlara skeptik baxırdılar. Onların fikrincə, bu hüquqlar cəmiyyət üzvlərini ayırır.
Burjuaziyanı məhv edərək proletariat sinfini azad etməyə çağıran sosialistlərdən fərqli olaraq həmrəyçilər hesab edirdilər ki, bu siniflər qarşılıqlı əlaqəlidirlər və ictimai istehsal üçün eyni dərəcədə lazımlıdırlar.