Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin. Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.
Bu məqalə sonuncu dəfə 17 gün əvvəl Bikar (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
Solmaz Elqızı - Əfəndiyeva Solmaz Ədhəm qızı - (16 mart 1964 Qax rayonunun İlisu kəndi) — Azərbaycan şairəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2005).
Solmaz Elqızı | |
---|---|
Əfəndiyeva Solmaz Ədhəm qızı | |
Təxəllüsü | Elqızı |
Doğum tarixi | |
Doğum yeri | Qax rayonu, İlisu kəndi |
Vətəndaşlığı | Azərbaycan |
Fəaliyyəti | şairə |
Əsərlərinin dili | Azərbaycanca |
Əfəndiyeva Solmaz Ədhəm qızı 16 mart 1964-cü ildə Qax rayonunun İlisu kəndində anadan olmuşdur.1971-1981-ci illərdə Nizami Gəncəvi adına İlisu kənd orta məktəbini əla qiymətlərlə bitirmişdir. 1983-ci ildə Bakı Maliiyyə-Kredit texnikumuna daxil olmuş və 1985-ci ildə həmin texnikumun mühasibat uçotu fakultəsini bitirmişdir.1985-ci ildə oranı bitirdikdən sonra müxtəlif adlı-sanlı təşkilatlarda samballı vəzifələrdə çalışmışdır.
Şairə Solmaz Elqızı 2005-ci ilin dekabr ayından etibarən Azərbaycan Yazıçılar Birliyinin fəal üzvüdür. 2020-ci ildə Prezidentin sərəncamına əsasən yaradıcı insanların maddi və sosial vəziyyətinin yaxşılaşdırılması üçün təyin olunan bir illik xüsusi təqaüdə layiq görülmüşdür.
Dəfələrlə şeirləri "Oxu məni", "Ədalət", "Ləyaqət", "Mübariz keşikdə" qəzetlərində, eyni zamanda, Qax rayonunun yerli qəzeti olan "Şəlalə" qəzetində çap olunmuşdur.
Şairə Solmaz Elqızı 3 kitabın müəllifidir və müəlliflik hüququna malikdir. Müəlliflik hüququna sahib olmasına dair 3 şəhadətnaməsi vardır. Onun birinci kitabı "İlisudan gələn səslər"-2004-cü ildə, 2-ci kitabı -"Ulu Tanrıdandır bu şer payım"- 2008-ci ildə, 3-cü kitabı-"Dünyaya gəlmişik sevilmək üçün"- 2019-cu ildə Bakı şəhərində çap olunub.
Şairə Solmaz Elqızı müxtəlif illərdə "Azərbaycan ədəbiyyatında qazandığı uğurlarına görə" diplomu ilə,"Qızıl Qələm",diplomu ilə,"Vicdanlı Qələm" diplomu ilə, "Cəsarətli Qələm" diplomu ilə, Türkiyə Sanatçılar Birliyinim "Katılım" belgesi ilə təltif olunmuşdur.
Şairənin şeirləri qardaş Türkiyədə işıq üzü görən "Karabağdan Kerkükden Çanakkaleye" şiir seçkisində, Avrasya Şairleri Antolojisinin 2-cildində,"Zəfər qoxusu", "Zirvədəkilər" antoloğiyalarında çap olunmuşdur.
Şairə Solmaz Elqızı daim axtarışdadır, yeni-yeni əsərlər yazıb-yaratmaq həvəsi ilə yaşayır. Əsərləri mətbuatdadavamlı olaraq işıqlandırılmışdır. O, həm də olduqca fəal ictimaiyyətçi və olduqca vətənpərvər xanımdır. 27 sentyabr 2020-ci ildə başlayıb 8 noyabr 2020-ci ildə Böyük Zəfər ilə başa çatan 44 günlük II Vətən müharibəsində Şəhidlik zirvəsinə ucalan Şəhidlərimizin bir çoxlarının əziz və unudulmaz xatirəsinə şeirlər ithaf etmişdir.