Mübariz keşikdə (qəzet)

Polis — 1933-cü ildən etibarən çap olunan həftəlik qəzet.[1]

Polis
Növ həftəlik qəzet
Sahibi Daxili İşlər Nazirliyi
Yaranma tarixi 1933 (91 il əvvəl) (1933)
Dil Azərbaycanca
Qiymət 40 qəpik
Şəhər Bakı
Ölkə Azərbaycan
Tiraj 8 min

Azərbaycan Daxili İşlər Nazirliyi tərəfindən 1933-cü ildə "Mübariz keşikdə" adı ilə təsis edilib.

"Mübariz keşikdə" qəzeti və 1993-dən çap edilən Bakı Şəhər Baş Polis İdarəsinin "Polis" qəzeti 2021-ci ilin yanvarın 7-dən "Polis" adı altında birləşdirilib. "Polis" qəzeti "Mübariz keşikdə" qəzetinin varisi hesab edilmişdir.[2]

DİN-in orqanı "Mübariz keşikdə" qəzeti cinayətlərin qarşısının alınması və açılması, ictimai qaydanın və ictimai təhlükəsizliyin, habelə insan hüquq və azadlıqlarının təmin edilməsi sahəsində Azərbaycan Respublikası daxili işlər orqanlarının fəaliyyətini ictimaiyyətə çatdırır, nöqsan və çatışmazlıqlarla bağlı materiallar verir. Bundan əlavə, DİO əməkdaşlarının təcrübəsini yayır, əməkdaşların yaradıcılıq imkanlarından istifadə etməklə daxili işlər orqanlarının və Daxili Qoşunların fəaliyyəti barədə respublika əhalisində dolğun və obyektiv təsəvvür, sağlam ictimai rəy formalaşdırır, daxili işlər orqanlarının fəaliyyətinə dair kütləvi informasiya vasitələri ilə yayımlanan həqiqətə uyğun olmayan məlumatları müəyyən edilmiş qaydada təkzib edir. Abunə yolu ilə yayılır.

  1. "«Mübariz keşikdə» qəzeti". 2021-03-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2022-01-05.
  2. ""Mübariz keşikdə" və "Polis" qəzetlərinin redaksiyaları vahid qurumda birləşdirilib". Azərtac. 2021-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-25.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]