| Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz. |
Solmaz Mirtağı qızı Qaşqay (10 iyul 1936, Bakı – 18 iyun 2011, Bakı) — Azərbaycan tarixçisi, tarix elmlər namizədi, mixi yazılar üzrə mütəxəssis, Manna dövlətinin tarixini araşdıran beynəlxalq aləmdə tanınan alim.
Solmaz Qaşqay |
---|
Solmaz Mirtağı qızı Qaşqay |
Doğum tarixi |
10 iyul 1936(1936-07-10) |
Doğum yeri |
|
Vəfat tarixi |
18 iyun 2011(2011-06-18) (74 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi |
ürək tutması |
Vətəndaşlığı |
SSRİ Azərbaycan |
Atası |
Mirtağı Seyidəli oğlu Qaşqay |
Elm sahəsi |
tarix |
Elmi dərəcəsi |
tarix elmlər namizədi |
İş yerləri |
|
Təhsili |
|
Elmi rəhbəri |
İqrar Əliyev |
Solmaz Mirtağı qızı Qaşqay 1936 ilin iyulun 10-u ziyalı ailəsində anadan olmuşdur. Kiçik yaşında olarkən atası Mir Tağı Qaşqay Böyük Vətən Müharibəsinə yollanıb və müharibədən qayıtmayıb. Orta məktəb təhsilini 1944–1955-ci illərdə almışdır. 1955-ci ildən 1960-cı ilə kimi Solmaz xanım S.M.Kirov adına ADU-nin (indiki BDU) Tarix fakultəsində oxumuşdur.
Solmaz xanım ailə qurmamışdı. Bir bacısı və bir qardaşı var idi. Bacısı coğrafiyaşünas alim Rəna Qaşqay olub. Görkəmli alim akademik Mirəli Qaşqayın qardaşı qızıdır. O, 2011-ci ildə 18 iyunda növbəti ürəktutmasından dünyasını dəyişdi.
Universiteti bitirdikdən sonra Solmaz Qaşqay Azərbaycan SSR EA Tarix İnstitutunun (indiki AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu) “Azərbaycanın qədim tarixi” şöbəsinə işə düzəlib və burada ömrünün sonuna kimi işləyib. 1962–1968-ci illərdə Solmaz Qaşqay SSRİ EA Şərqşünaslıq İnstitutunun Leninqrad (indiki Sankt-Peterburq, REA Şərq əlyazmaları İnstitutu) filialına ezam olunmuşdur. Orada o professor L.A.Lipindən akkad (aşşur-babil) dili, professor İ.M.Dyakonovdan isə biayni (Urartu) dili tədris kurslarını keçmişdir. Eyni zamanda Solmaz Qaşqay orada aspiranturaya qəbul oldu. Beləliklə, tədris kursunu bitirəndən sonra Solmaz Qaşqay görkəmli tarixçi-alimlər İ. Əliyevdən və Y. Yusifovdan sonra Azərbaycanda üçüncü Yaxın şərq ölü dilləri üzrə azərbaycanlı mütəxəssis və birinci azərbaycanlı qadın-mütəxəssis oldu. Tədrisini bitirincə Solmaz Qaşqay Bakıya qayıdıb və “Azərbaycanın qədim tarixi” şöbəsində işləməyə davam edib. 1971-ci ildə Solmaz Qaşqay İ.H. Əliyevin elmi rəhbərliyi altında “Azərbaycan (İran Azərbaycanı) e.ə. II minilliyin sonu – I minilliyin əvvəllərində (mixiyazılı mənbələr və arxeoloji materiallar əsasında)” adlı namizədlik dissertasiyasını uğurla müdafiə etmişdi. Nəzəri fəaliyyətlə yanaşı Solmaz xanım mütəmadi olaraq AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Azərbaycanın müxtəlif bölgələrində təşkil etdiyi arxeoloji qazıntılarda da iştirak etmişdi. Solmaz xanım bəzi arxeoloji tədqiqatlara Rusiyanın şərqşünas alimlərindən İ.N.Medvedskayanı və rəssam N. Kuznesovanı da cəlb etmişdi. Ötən əsrin 90-cı illərindən Xəzər Universitetində Qədim Şərq tarixi və Azərbaycan tarixi fənnlərindən mühazirə oxuyub. Solmaz Qaşqay Azərbaycanın qədim tarixinə həsr olunmuş 6 monoqrafiya (2 həmmüəllif) müəllifidir. Solmaz Qaşqay dünya miqyasında tanınan elm xadimlərimizdən olmuşdur.
Manna dövlətinin tarixinin ən geniş araşdırması[1], mixi yazılarda Azərbaycanın qədim tarixinə aid fraqmentlərin tərcümə, şərhləri və nəşri[2], yeddi cildlik "Azərbaycan tarixinin" I-ci cildinin həmmüəllifliyi[3], Ön Asiyada miqrasiya proseslərininə dair araşdırmalar[4] əsas nailiyyətləridir.
- Новые данные об обществе и культуре Манны // Известия АН Аз. ССР, 1968, №5 С.65-71
- Studies in Honor of Benno Landsberger on His Seventy-fifth Birthday, April 21, 1965 (Assyriogical Studies.Nr.16 Chicago, 1965)// Вестник древней истории. 1968, №2, с.167-176. (V.K.Afanasyeva, İ.M.Dyakonov, İ.T.Kaneva, Q.X. Kaplan, İ.Ş.Şifman, V.A. Yakobson, N.B. Yankovskaya ilə həmmüəllif)
- О городах-крепостях Манны // Тезисы докладов Всесоюзного симпозиума «Города и торговля древнего Востока (III-I тыс. до н.э.)». Ереван, 1969
- О ранних государственных образованиях на территории Иранского Азербайджана // Доклады АН Аз. ССР, 1970, Том XXVI, №9,с.89-92
- О ремесленном производстве в областях Mаннейского государства в начале I тыс. до н.э. // V Всесоюзная сессия по древнему Востоку (Тезисы). Тбилиси, 1971
- Археологические исследования Хачбулагского отряда // Археологичеcкие и этнографические изыскания в Азербайджане в 1973 г. Баку, 1974 (H.Kəsəmənli ilə həmmüəllif)
- General outlines of the material culture of the Nakhichevan zone and of Iranian Azerbaijan // Acta Antiqua Academiae Scientiarum Hungaricae. Budapest, 1974,t.XXII, fasc.1-4, p.349-351
- Zu einigen ähnlichen Erscheinungen in der materiellen Kultur des Bezirks Nachitschewan Azerb.SSR und des iranischen Aserbaidschan am Anfang des I Jahrtausends v.u.z. // Internationale Tagung der Keilschriftforscher der sozialistischen Länder. Budapest, 1974
- Раскопки в Хачбулакском районе // Археологичсекие открытия. М.1975 (H.Kəsəmənli ilə həmmüəllif)
- О некоторых общих чертах в материальной культуре областей Иранского Азербайджана и Нахичеванского края начала I тыс. до н.э. // Переднеазиатский сборник. Том III, Москва, 1976
- О металле “annakum” Приурмийских областей // Вестник древней истории, 1976, №3, с.150-153
- Новые памятники в районе строительства Шамхорской ГЭС(1975) // Археологические открытия. М.1976 (H.Kəsəmənli ilə həmmüəllif)
- О городах-крепостях на территории Манны // Древний Восток. Ереван.1976, Вып.2, с.89-97
- Раскопки горизонта II Аликёмектепеси.1976 // Археологические открытия. М.1977(F.Mahmudov ilə həmmüəllif)
- Das mittelalterliche Haraba-Gilan (Aserbaidschan) // Archäologische Mitteilungen aus Iran und Turan. 1977. B.29, p.401-425
- Из истории Маннейского царства. Баку, 1977
- Geographical Names According to Urartian Texts / Repertoire Géographique de Texts Cuneiforms. Band 9, Wiesbaden, 1981 (İ.M.Dyakonovla həmmüəllif)
- New Archaeological Find in Soviet Azerbaijan // Archiv für Orientforschung. Wien. 1982. Beiheft 19, p.307-312
- Некрополь Халы-Кешан//Всесоюзная археологическая конференция «Достижения советской археологии в XI-ой пятилетке». Баку.1985
- Обрядовая преемственность в погребальных памятниках Ордубадского района // XXXIII Международная конференция ассириологов. Париж. 1986
- Погребения некрополя Мунджуглутепе //Советская археология. 1991, №3, с.221-223 (Q.Aslanov ilə həmmüəllif)
- Культура Нахичеванской зоны в хронологии северо-западного Ирана // Международная конференция ассириологов. Гейдельберг. 1992
- Manna dövləti. Bakı, 1993
- Cylinder seals from the Nakhichevan District // Sulmu IV, Everyday Life in Ancient Near East, Papers Presented at the International Conference Poznan, 19-22 September, 1989. Edited by J.Zablocka and S.Zawadzki. Poznan, 1993, p.13-19 (with G.Aslanov)
- Об оружии некрополей Ордубадской области (первая половина I тыс.до н.э.)// Кавказ IV – I тыс.до н.э.. Спб, 1996
- The Material Culture in Azerbaijan During the Scytians Campaigns: a new interpretation of Herodotus // Altorientalische Forschungen, 1997, Band 24, №2, p.251-258
- Azərbaycan tarixi. 7 cilddə. I cild. Bakı. Elm. 1998,s.174-212
- Mərdangöl nekropolunun materialları// Azərbaycan arxeologiyası.1999.№3-4,s.69-72(Q.Aslanov,B.İbrahimov ilə həmmüəllif)
- Xaraba-Gilan dəfn abidələri // Elmi əsərlər. Naxçıvan MR 75-illiyinə həsr olunmuş xüsusi buraxılış. Naxçıvan:Qeyrət.1999, №5, s.98-99
- Материальная культура древней Нахичевани // Naxçıvan. Bakı. Elm. 1999, s.14-29
- Azərbaycanda ən qədim toponim//Elm.2001,30 iyun
- Нахичеванская зона в период урартских завоеваний // История и языки древнего Востока. Памяти И.М.Дьяконова. Санкт-Петербург, 2002
- Древние некрополи Хараба-Гилана. Баку, 2002 (Q.Aslanov,B.İbrahimov ilə həmmüəllif)
- О скифских походах через Кавказ на Ближний Восток // Akademik İ.Əliyevin 80-illiyinə həsr olunmuş elmi konfransın materialları. Bakı:Elm, 2004,s.41-52
- Раскопки некрополя Пловдаг II / Эдубба вечна и постоянна. Материалы конференции, посвященной 90-летию со дня рождения И.М.Дьяконова. Санкт-Петербург, 2005 , с.86-93 (İ.N.Medvedskaya, B.İbrahimov ilə həmmüəllif)
- Qədim Azərbaycan tarixi mixi yazılı mənbələrdə. Bakı, 2006,91 s.
- Azərbaycan ərazisində tapılmış qədim yazılar haqqında // Azərbaycan arxeologiyası. 2006, №1-4.s.147-152
- Skiflərin Yaxın Şərqə müdaxilə yolları və Azərbaycan // AMEA Tarix İnstitutu. Elmi əsərlər. Bakı, 2007, Cild 19,s. 5-18
- Ön Asiyada miqrasiya proseslərinə dair. Bakı, 2009,120 s.
- Qədim Şamaxının tarixindən // AMEA Tarix İnstitutu. Elmi əsərlər. Bakı, 2009, Cild 28, s.38-41 (M.N.Rəhimova ilə həmmüəllif)
- Gədəbəy rayonunun tarixi abidələri haqqında // AMEA Tarix İnstitutu. Elmi əsərlər, 2009, Cild 29