Son nəfəsədək (film, 2018)

Son nəfəsədəkErmənilərin Azərbaycana qarşı təcavüzünün başlandığı 1988-ci ildən Xocalı faciəsinə kimi bir dövrü əhatə edən, Qarabağ həqiqətlərinin gizlin tərəflərini ictimaiyyətin diqqətinə çatdıran bədii film[1].

Son nəfəsədək
Rejissor Elnur Əliyev
Prodüser Nurəddin Aslanov
Ssenari müəllifi Nurəddin Aslanov
Baş rollarda İlqar Cahangir
Eldar Bağırbəyov
Novruz Cəfərov
Məhərrəm Qurbanov
Rövşən Kərimduxt
İlqar Musayev
Vüqar Vəlixanov
Elşən Rüstəmov
Ülviyyə Rza
Elçin Əfəndi
Namis Şirməmmədov
Bəstəkar Yaşar Baxış
Rəssam Mehriban Əfəndi
Müddət 100 dəq.
Ölkə Azərbaycan Azərbaycan
Dil Azərbaycan

Real hadisələr əsasında çəkilən “Son nəfəsədək” filmində Qarabağ müharibəsi dövründə qəhrəmanların göstərdiyi rəşadət canlandırılıb. Filmin ssenaristi və Baş prodüseri Nurəddin Aslanov şahidi olduğu real hadisələri lentə alıb. Onun sözlərinə görə, filmin orijinal tərəflərindən biri, Qarabağ müharibəsinin lap ilkin mərhələsindən Xocalı soyqırımına qədər olan dövrü əhatə etməsidir. Film həmin dövrdə son nəfəsinədək igidlik göstərərək, torpağını qoruyan Yavər İsgəndərov və silahdaşlarının döyüş yolundan bəhs edir[1].

Filmin ssenari müəllifi və baş prodüseri Nurəddin Aslanov, quruluşçu rejissor Elnur Əliyev, quruluşçu operator Cavid Orucov, bəstəkarı Yaşar Baxış, quruluşçu rəssam Mehriban Əfəndi, icraçı prodüseri Rövşən Quliyev, redaktoru Kamran Qasımovdur. 100 dəqiqəlik filmin istehsalı “Frame” Production, kreativ media və PR koordinasiya işləri isə “AzerNewMedia” tərəfindən həyata keçirilib.

1989-cu ildə Sovet İttifaqının ucqar həbsxanalarından birində cəza çəkən Yavər (İlqar Cahangir) doğma torpağına, QarabağaFüzuli rayonunun Yuxarı Veysəlli kəndinə qayıdır. Amma burada hər şey dəyişib, erməni silahlılarının dinc azərbaycanlılara divan tutması sovet sülhməramlılarının bölgəyə yeridilməsi ilə nəticələnib. Üstəlik Yavərin illərboyu sevdiyi və evlənməyə hazırlaşdığı Qarateldən də (Ülviyyə Rza) xəbər yoxdur. Yuxarı Veysəllinin və ətraf kəndlərin müdafiəsini öz üzərinə götürən Yavər ətrafına döyüşçülər toplayır. Amma Sovet sülhməramlılarına rəhbərlik edən Aleksandr Roxlinlə (Eldar Bağırbəyov) üz-üzə gələndə heyrətlənir və seçim qarşısında qalır.

Ekran işində İlqar Cahangir, Eldar Bağırbəyov, İlqar Musayev, Vüqar Vəlixanov, Elşən Rüstəmov, Ülviyyə Rza, Elçin Əfəndi, Namis Şirməmmədov, Rövşən Kərimduxt, Taleh Yüzbəyov, Novruz Cəfərov, Vaqif Kərimov və başqaları çəkiliblər. Beynəlxalq kino festivallarına təqdimatı nəzərdə tutulmuşdur[1].

Haqqında yazılanlar

[redaktə | mənbəni redaktə et]

Nurəddin Aslanov film haqqında:

"Bu film bütün Qarabağın işğalına yol açmış hadisələrdən bəhs edir. Mən bu filmin ssenarisini real hadisələr əsasında qələmə almışam. Kəndimiz alınanda 14 yaşım var idi və erməni vəhşiliklərini öz gözlərimlə görmüşəm... Əslində bu film mənim ilk işimdir. Çox ağır, əziyyətli yollar keçdik. Bildiyiniz kimi əksəriyyət bu janrda film çəkməyə risk etmir. Çünki həmin filmin nə qədər uğur qazanacağını əvvəldən bilmək olmur. Bu tip filmlər gəlir gətirən filmlər deyil. Lakin buna baxmayaraq bunun kommersiya tərəfini düşünmürəm. İstəyirəm ki, bu film gənc nəslin yaddaşlarında silinməkdə olan tariximizi canlandıraq, həmin ağrılı-acılı günlərimizi heç vaxt unutmayaq. Yoxsa şəhidlərimizin ruhu bizi bağışlamaz".[2]

  1. 1 2 3 "Gizli qalan Qarabağ həqiqətləri üzə çıxır – "Son nəfəsədək"" (az.). interaztv.com. 2019-04-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-04-17.
  2. "Qarabağ həqiqətlərindən bəhs edən "Son Nəfəsədək" trillerinin təqdimatı" (az.). musavat.com. Archived from the original on 2019-04-26. İstifadə tarixi: 2019-04-17.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]