Yuxarı Veysəlli

Yuxarı VeysəlliAzərbaycan Respublikasının Füzuli rayonunun Veysəlli inzibati ərazi dairəsində kənd.

Yuxarı Veysəlli
39°44′29″ şm. e. 47°05′21″ ş. u.
Ölkə  Azərbaycan
Region Füzuli rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Yuxarı Veysəlli xəritədə
Yuxarı Veysəlli
Yuxarı Veysəlli
Yuxarı Veysəlli xəritədə
Yuxarı Veysəlli
Yuxarı Veysəlli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi[redaktə | mənbəni redaktə et]

SSRİ dövründə kənd ərazisində "Sosializm" kolxozu təşkil edilmişdir[1].

2020-ci il noyabrın 7-də Azərbaycan Ordusu tərəfindən işğaldan azad edildi.

Toponimikası[redaktə | mənbəni redaktə et]

Yuxarı Veysəlli oyk. Füzuli rayonunun Veysəlli i.ə.v.-də dağətəyi kənd.Xocəvənd qəsəbəsindən 3 km.məsafədə,Füzuli şəhərindən 21 km.məsafədə yerləşir.Keçmiş adı Veysəlli olmuşdur.Sonralar ondan yaranmış yeni kənd Aşağı Veysəlli,bu yaşayış məntəqəsi isə Yuxarı Veysəlli adlandırılmışdır.Veysəlli kəndin əsasını qoymuş nəslin adıdır.[2]

Əhalisi:22 fevral 1992-ci ildə kənd işğal olunanadək kənddə 120 ev,əhalinin sayı isə 1000 nəfərə yaxın olmuşdur.Bütün evlər təbii qaz,elektrik,su və telefonla təchiz edilmişdir.Kənddə yeni orta məktəb,uşaq bağçası,kitabxana,tibb məntəqəsi,kinoklub,poçt,mağaza olmuşdur.

İqtisadiyyatı[redaktə | mənbəni redaktə et]

Yuxarı Veysəlli kəndində təşkil olunan “Sosializm”kolxozu üzümçülük,taxılçılıq və heyvandarlıq sahəsində rayonun ən qabaqçıl təsərrüfatlarından biri olub.1980-ci ilin əvvəllərində kolxoz ildə 2800-3000 ton üzüm istehsal edib.1961-ci ildən 1995-ci ilədək,(kolxozlar ləğv edilənədək)34 il“Sozializm”kolxozunun İdarə Heyətinin sədri, təcrübəli rəhbər Hətəm Allahverdi oğlu Hətəmov olmuşdur.”Sosializm”kolxozu,qonşuluqdakı erməni əhalidən ibarət olan,Xocəvənd rayonunun(keçmiş DQMV)Çartaz kəndinin “Kommunizm”kolxozu ilə uzun illər rəqabət yarışında olmuşdur və 1980-ci illərdə bir çox iqtisadi göstəricilərinə görə “Kommunizm”kolxozundan üstün olmuşdur.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Yuxarı Veysəllinin işğalı:video.

https://www.youtube.com/watch?v=5_kKWWSjdCs

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Orxan Zakiroğlu (Baharlı).Veysəlli oymağı və Məhəmmədxan ağa nəsli. I kitab. Bakı, 2016
  • Orxan Zakiroğlu (Baharlı). Məhəmmədxan ağa nəslinin tarixi şəxsiyyətləri. Bakı, 2015

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Nemət Veysəlli. "Ağbaşlı torpağı". "Yurdun ulu daşları" kitabı, Bakı, "Gənclik", 1988, səh. 47.
  2. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427