Murad Rəhimov (ing. Mourad Ragimov) — ABŞ Silahlı Qüvvələrinin Azərbaycan əsilli əsgəri,[1] ABŞ ordusunun kapralı,[2][3]ABŞ fəxri xiyabanında dəfn edilmiş yeganə Azərbaycanlı hərbçi.[4][5]
Murad Rəhimov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 2 aprel 1984 |
Doğum yeri | |
Vəfat tarixi | 26 yanvar 2005 (20 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Rütbəsi | kiçik kapral |
Təltifləri |
Murad Rəhimov 1984-cü ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycanın tanınmış opera müğənnisi Sona Aslanova'nın nəvəsi idi. Murad Amerikaya ailəsi ilə birlikdə dörd yaşı olan zaman köçür. Orta təhsilini burada alan Murad 6 yaşında məktəbdən çıxıb kollecə daxil olmaq üçün kurslara yazılır. Murad ABŞ ordusunda xidmət etmək üçün ilk niyyətini ailəsinə bildirir. Ailənin razılığını aldıqdan sonra Murad ABŞ ordusunda xidmətə başlayır. Murad Rəhimov 2003-cü ildə Birləşmiş Ştatların İraqa müdaxiləsindən bir neçə ay sonra orduya yazılıb San-Diyeqoda hərbi düşərgədə təlimlərə başlamışdı. 2004-cü ilin fevral ayında onun xidmət etdiyi birləşmə təlimlər üçün Havay adalarına yerləşdirilmişdi.
Burada avtomatçı kimi təlim alandan sonra sentyabr ayında o, ABŞ hərbi dəniz qüvvələrinin 1-ci Batalyonunun tərkibində İraqa göndərilmişdi. Murad atasından İraqa göndərildiyini anasına deməməyi xahiş etmişdi. Yalnız bir müddət sonra anası ilə telefon söhbətində o artıq İraqda olduğunu desə də, hərbi əməliyyatlar barədə danışmamışdı. Murad Rəhimov Fəllucə yaxınlığında ən şiddətli döyüşlərin getdiyi bir yerdə xidmət edirdi. O, fevral ayında İraqdan ABŞ-yə qayıtmalı idi. Yanvarın 25-də Murad Rəhimov qum tufanı zamanı baş vermiş vertolyot qəzasında[ing.] 30 başqa Amerika əsgəri ilə birlikdə həlak oldu.[6] Həlak olan zaman Muradın 20 yaşı vardı.[7] Murad Rəhimov San-Dieqo'da yerləşən Fort Rosecrans məzarlığında dəfn edilib.[8][9]