Sonuncu yarpaq

“Sonuncu yarpaq” (ing. The Last Leaf) - amerikalı yazıçı O. Henrinin “Yanan Çıraq” seçilmiş hekayələrindən bir novella.

“Sonuncu yarpaq”
ing. The Last Leaf
Janr novella
Müəllif O. Henri
Orijinal dili İngilis dili
Yazılma ili 1907-ci il
Nəşr ili 15 oktyabr 1905
Elektron versiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Məzmun[redaktə | mənbəni redaktə et]

Qrinviç-Villicdə kiçik bir məhəllədə, üçmərtəbəli bir evdə iki gənc rəssam qızlar, Syu və Coanna yaşayırlar. Coanna ağciyərlərin sətəlcəminə tututlur və o, ölüm ayağındadır. Onun otağının pəncərəsindən görünən sarmaşığın yarpaqları tökülmək üzrədir. Coanna əmindir ki, sarmaşığın sonuncu yarpağı düşən gün o öləcəkdir. Rəfiqəsi Syu onu bu sərsəm fikirdən çəkindirməyə çalışır. Elə həmin binanın alt mərtəbəsində 60 yaşlı uğursuz Berman adlı bir rəssam da yaşayır. Berman illərdi özünün şah əsərinin yaratmaq arzusundadır. Syu bir gün poza oturuşu üçün qoça rəssamın yanına gələrək, öz xəstə rəfiqəsi və onun sərsəm fikiri haqqında ona danışır. Qoca rəssam bu sərsəm fikiri axmaqlıq adlandıraraq:

" Belə bir şey mümkündürmü - hansısa lənətə gəlmiş sarmaşığın yarpaqlarının düşməsinə görə ölmək! İlk dəfədir ki, belə sərsəm şey eşidirəm. <…> Siz necə rəvac görürsünüz ki, o, bu axmaq fikiri ağlına gətirsin. Ah zavalı kiçik miss Coanna![1] "

Gecə küləkli və yağşlı keçir. Səhərisi gün sarmaşığın neçə yarpağının qaldığını bilmək üçün, Coanna rəfiqəsindən pəncərənin pərdəsini açmağı xahiş edir. Kərpic divara sarınmış sarmaşığın hələ də yarpağının qaldığını görən Coanna əmindir ki, bu son yarpaq düşən gün, onun da son günü olacaqdır. Sonrakı günlər də yarpaq sarmaşıqdan asılmış qalır. Coanna özünə ölüm arzu etməklə günah işlətdiyini hesab edir. Gündüz Coannaya baş çəkən həkim onun sağalma ehtimalının artdığını bildirir, sonra o, daha bir Berman soyadlı ağciyər sətəlcəminə tutulmuş halsız xəstəyə baş çəkəcəyini deyir. Səhərisi gün həkim Coannanın tam sağaldığını müəyyən edir. Həmi axşam Syu rəfiqəsinə xəbər verir ki, qoca rəssam Berman xəstəxanada vəfat etmişdir:

" O, cəmi iki gün idi ki, xəstələnmişdir. Xəstələnən günün səhəri şvetsar yazıq qocanı onun otağında döşəmə üzərində tapmışdır. O, huşunu itirmişdir. Onun ayaqqabıları və paltarı yaş, özü isə buz kimi soyumuşdur. <…> Onun yanında hələ də yanan bir fənər, nərdivan, bir neçə fırça və sarı, yaşıl rəngli palitra tapılmışdır. Sarmaşığın sonuncu yarpağına pəncərədən bir bax. Səni təəccübləndirmir ki, o küləkdən titrəmir və tərpənmir. Bəli, əzizim budur Bermanın şah əsəri - o, onu sonuncu yarpaq düşən gecə çəkmişdir.[1] "

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 O. Henri. The Last Leaf  (ing.)