Soqdiylar

Soqdianalılar[1] və ya soqdlular[2]Soqdiana əhalisi, Zərəfşan vadisində yaşayırdılar. Müasir Buxaradan Xocəndə qədər yayılmışdılar.

Miladdan öncə ikinci əsrdən Çində Tanq sülaləsinin sona çatdığı miladdan sonra X əsrə qədər İpək yolu ticarəti böyük faizlə Soğdluların əlindəydi [3].

Bu çox geniş və vəhşi coğrafiyadakı yolçuluqların başarılmasında karvansara sisteminin çox önəmli bir rolu vardı. İpək yolu, miladın ilk minilliyində uyqarlıqların bir-biriylə tanışmasında və bir-birini zənginləşdirmədə oynadığı rolu və işləvi, ikinci minillikdə itirmişdir. VIII əsrin əvvələrində İrandan daha şərqə irəliləyən Ərəb-İslam ordularının Soqdiananı ələ keçirməsinin ardından miladdan sonra 1000-ci illərdə Təkləməkan çölünün qərbindəki şəhərlər İslam dinini qəbul etmişdi. Əski Çin qaynaqlarına görə İpək yolunun rotası öncə ikiyə, ardından Sui və Tanq sülalələri dönəmində şimal, orta və cənub olmaq üzrə üçə çıxmışdı [4].

Soğdluların İpək yolu güzərgahındakı yüksəlişləri, miladdan sonra IV əsrdən etibarən Soqdianadan şərqə, öncə Çaç (bugünkü Daşkənd) və Səmireçeyə (bugünkü Şərqi Özbəkistan) və daha sonra Çinə doğru yayılmaları ilə başlamış, Avrasyanın önəmli bir yer alan vahələrdəki yerləşim mərkəzlərinə karvanlarla ticari mallarI daşıyan sarvanlar fenotip, dil və mədəniyyat baxımından şübhəsiz bir-birlərindən olduqca fərqliydilər.

Səid ibn Əmr əl-Həraşinin Xorasan valiliyinə təyin edilməsi, öncəki vali zamanında cizyə və xərac vergilərini ödəməyən və valiyə qarşı türklərlə iş birliyi quran Soğdluları əndişəyə saldı. Soğdlular, məlikləri Gurəkin qəbul etməməsinə baxmayaraq yurrlarını tərk edərək Fərqanə hökmdarından sığınma istəyində oldular. Ancaq Həraşi, hələ Fərqanə məlikinin himayəsi altına girmədən Xocənd yolunda onları yaxalayıb bir çoxunu qılıncdan keçirdi; bir qismini də əsir alaraq mallarını müsadirə etdi. Bu arada Xocənd güzərgahında olan Uşruşananı ələ keçirib əhalisi ilə bir anlaşma bağladı.

Soqdiyalı hərbçi Əhəməni relyeflərinə görə. Soqdiyalı kişi libası Əfrasiyab (Səmərqənd). Soqdiyalı qadın libası Əfrasiyab (Səmərqənd). Soqdiyalı kişi libası Pəncikənd (Tacikistan).
  1. Qədim türk tayfalarının köçü. Anar İsayev, Ramil Rəhimov.
  2. Azərbaycan dili və tarixi Arxivləşdirilib 2022-03-23 at the Wayback Machine. Mirkənan Cəfərli.
  3. Hansen 2003: 149; Wood 2002: 65
  4. Wu 2006: 14