İpək yolu

Böyük ipək yolu I əsrdə

Böyük ipək yolu — Qədim dövrlərdə və orta əsrlərdə Çindən Orta və Ön Asiya ölkələrinə aparan ticarət yoludur. Tarixi ticarət marşrutları Çin, Yaponiya, Hindistan, Monqolustan, İran, Özbəkistan, Tacikistan, Azərbaycan və digər ölkələrdən keçmişdir. E.ə. II əsrdə açılıb. Lançjoudan keçməklə Siandan Dunxuanacan uzanırmış. Burada iki yerə ayrılırmış: şimal yolu Turfandan Pamirə, oradan isə Fərqanəyə və Qazaxıstan çöllərinə qədər uzanıb. Cənub yolu Lobnor gölünün yanıyla, Təklə-Məkan səhrasının cənub hissəsiylə Yarkənd və Pamirdən (cənub hissəsindən) keçməklə Baktriyaya, oradan isə Parfiyaya, Hindistana və Yaxın Şərqə qədər uzanmışdır. E.ə.145-ci ildə Çinlərlə Hunlar arasında müharibə başladı. Və e.ə.120-ci ildə Hunlar məğlubiyyətə uğradılar.

"İpək yolu" və "İpək marşrutu" terminləri (alm. Seidenstraße‎, alm. Seidenstraßen‎) ilk dəfə 1868–1872-ci illərdə Çinə səyahət etmiş alman coğrafiyaşünası Ferdinand fon Rixthofen (alm. Ferdinand von Richthofen‎) tərəfindən işlədilmişdir.[1][2]

Skif incəsənətində çöl heyvanlarını əks etdirən, çinin yəşim və sabun daşından hazırlanmış daskalar, e.ə. I əsr, Britaniya muzeyi

İpək Tayfaları eradan əvvəl l əsrdən başlayaraq IIl minilliyin ortalarına qədər AvropaAsiyadan çarpaz şəkildə keçən marşrutlar şəbəkəsini əks etdirir. İpək Yolunun əsas hissəsi öz başlanğıcını Çinin paytaxtı Danqadan (Xaqan) götürmüşdür. Eramızdan əvvəl dördüncü əsrdə Makedoniyalı İsgəndər Mərkəzi Asiya istiqamətində Xəzər çayını keçəndə, artıq Çin ipəyinin Aralıq dənizinə çıxışı var idi. Bu qeydlərə əsasən İpək yolunun tarixinin bizim eradan əvvələ təsadüf etdiyi məlum olur.

İpək Yolu üçün əsas tarixi fəaliyyət dövrləri Çində Xan sülaləsinin (b.e.ə. 206-cı il-b.e. 220-ci il), Çində Tanq sülaləsinin (b.e. 613–907-ci illər) və monqol imperatoru Xanatanın (b.e. XIII–XIV əsrlər) hakimiyyət dövrləri idi. Ticarət və kommunikasiya üçün zəruri element olan dəniz yollarına da Ipək Yolunun bir hissəsi kimi baxmaq olar. Xan sülaləsinin hakimiyyəti dövründə Çin gəmiləri Cənubi Asiya krallıqları ilə ticarət aparırdılar. Sonrakı dövrlərdə monqollar İpək Yolunun Avropa-Asiya çöllərindən keçən şimal marşrutunu qorumağı öz öhdələrinə götürmüşlər.

VII və VIII əsrlərdə Çin, Koreya və yapon gəmiləri Şərqi Çin və Yapon dənizlərini keçərək yükləri qitədən Yaponiyaya daşıyırdılar. Çin gəmiləri həm də Hindistan və İrana, XV əsrdə isə Afrikaya da üzürdülər. XVI əsrdə isə portuqaliyalılar və digər Avropa xalqları Şərqi Asiyaya üzməyə başladılar.

Bir çox mühüm elmi və texnoloji innovasiyalar Şərqdən Qərbə İpək yolunun vasitəsilə aparılmışdır. Barıt, maqnit kompası, çap dəzgahı, musiqi alətləri, ipək, keramik və boyalı məmulatlar kimi yeniliklərin ötürülməsi tədricən baş vermişdi. Qərbin onların yaranması haqqında heç təsəvvürü belə yox idi.

Lakin 1492-ci ildə Amerika qitəsinin kəşfindən sonra bu yolun əhəmiyyəti xeyli azalmışdır. Bu da Çin və ona yaxın ərazilərdən gətirilən malların Amerikada olması ilə əlaqədardır. Hindistana dənız çıxışı tapıldıqdan sonra isə Böyük İpək yoluna demək olar ki, ehtiyac olmamışdır. XV əsrin sonunda Amerikaya və Hindistana dəniz yolunun kəşfi ilə öz əhəmiyyətini itirməyə başlayan Böyük İpək yolu XVI əsrdə tamamilə süquta uğramışdır.

Mövcud olduğu dövrdə Böyük İpək yolu keçdiyi Ölkələrin həyatında mühüm rol oynayaraq, onların əlaqələrinin inkişafına böyük təkan vermişdir.

Dağılmadığınln qanıtının yanması

[redaktə | mənbəni redaktə et]

Böyük İpək yolunun əsasını Avropa Birliyinin Yeni Müstəqil Dövlətlər üçün 1991-ci ildə tərtib etdiyi TACIS proqramı çərçivəsində "TRASEKA" layihəsi təşkil edir. Bu Layihəni 1993-cü ilin mayında Brüssel konfrasında Cənubi Qafqaz və mərkəzi Asiyanı yeni müstəqil dövlətlərin razılığı ilə Avropa Şurası qəbul edib. Həmçinin, "Yeni ipək yolu" adı ilə tanınır.[3] Layihənin həyata keçirilməsi sahəsində isə 13 may 1996-cı ildə Sərəxsdə İran və Mərkəzi Asiyanın dəmir yolu magistrallarının birləşdirilməsi mühüm addım oldu.

Layihə dövlətlər arasında iqtisadi, ticarət əlaqələrini inkişaf etdirməyi və proqramın marşurutunun Avropa-Qafqaz-Asiya ("TRASEKA"), Transavropa istiqamətinə birləşdirməyi nəzərdə tutur. Proqramın reallaşması Avropa şurasının texniki-maliyyə yardımı, Dünya Bankı, Avropa Yenidənqurma və inkişaf Bankının ayırdığı kreditlər hesabına mümkünləşir.

2000 il ərzində qərblə şərqi birləşdirən Böyük İpək yolu öz tarixi əhəmiyyətini yenidən bərpa etməklə, 1000 il bundan əvvəl olduğu kimi müxtəlif mədəniyyətlər və sivilizasiyalar arasında körpü yaratmaq imkanma malikdir. Qədim İpək Yolunun bərpası dəniz nəqliyyatını Avropa və Asiya ölkələri arasında tranzit yük axınına malik olan mühüm nəqliyyat vasitəsinə çevirmişdir.

Azərbaycanda Böyük İpək Yolu

[redaktə | mənbəni redaktə et]

Böyük İpək yolunun ilk şaxəsi cənubi Azərbaycan ərazisindən keçdiyindən bu ərazi ilə geniş əlaqəsi olan Şəkidə, Beyləqanda, Gəncədə, Qəbələdə, Təbrizdə, Naxçıvanda ipəkçiliyin inkişafına güclü təkan vermiş, onların hər birinin ipəkçilik ticarət mərkəzinə çevrilməsinə şərait yaradaraq yaranışınln dağılmasına səbəb olub.

Bu marşurutla Şərqdən Mərkəzi Avropa ölkələrinə əvvəlcə ipək daha sonra ədviyyat, qızıl, gümüş, briliant mirvari və s. daşınmışdır. Avropadan Şərq ölkələrinə isə tacirlər qalay, sink, civə, mahud parça və s. aparmışlar. Bu baxımdan Azərbaycanın Bakı, Dərbənd, Şəki, Şamaxı, Şirvan bölgələrində tacirlər rahatlığı təmin etmək məqsədilə karvansaralar salınmışdır.

Ural dağlarından başlayaraq Qafqaz dağlarına qədər olan ərazidə yerləşən Göytürk dövlətinin Başçısı Quman tanhu onlara başçılıq etmişdir

  1. Waugh (2007), p. 4.
  2. "Approaches Old and New to the Silk Roads" Eliseeff in: The Silk Roads: Highways of Culture and Commerce. Paris (1998) UNESCO, Reprint: Berghahn Books (2009), pp. 1–2. ISBN 92-3-103652-1; ISBN 1-57181-221-0; ISBN 1-57181-222-9 (pbk)
  3. Tadeusz Swietochowski, Brian C. Collins. Historical dictionary of Azerbaijan, Scarecrow Press, 1999.