Sorb Gimnaziyası Bautzen (y.sorb Serbski gymnazij Budyšin , alm. Sorbisches Gymnasium Bautzen) — Almaniyanın Bautzen şəhərində Fridrix List Ştrase üzərində yerləşən orta təhsil müəssisəsidi. Almaniyada tədrisin tamamilə Yuxarı Sorb dilində aparıldığı yeganə orta məktəbdi.[1]
Sorb Gimnaziyası Bautzen | |
---|---|
y.sorb Serbski gymnazij Budyšin , alm. Sorbisches Gymnasium Bautzen | |
51°11′10″ şm. e. 14°26′07″ ş. u.HGYO | |
Əsası qoyulub | 1947 |
Şəhər | Bautzen |
Ölkə | |
Ünvan | Fridrix List Ştrase 8 |
Sayt | serbski-gymnazij.de/.. |
Vikianbarda əlaqəli mediafayllar |
Sorb Gimnaziyasının əsası 1947-ci il sentyabrın 1-də Bautzen şəhərində qoyulub. Əvvəlcə Sorb Gimnaziyası İkinci Dünya Müharibəsi zamanı ciddi zədələnmiş Katolik Ali Pedaqoji Məktəbində yerləşirdi. 1937-ci ildə Pedaqoji Məktəb bağlandıqdan sonra həmin binada Gömrük Məktəbi yerləşdi. Müharibə illərində bina hərbi hospital olub. Sorb gimnaziyası yarandığı ilk dövrdən internat məktəbi xarakteri daşıyırdı və ucqar kəndlərindən şagirdləri qəbul edirdi. Binada həmçinin Sorb Müəllimləri Təkmilləşdirmə İnstitutu yerləşirdi. 1960-cı ildən Sorb Gimnaziyasının filialı 60-a yaxın oğlanın yaşadığı Radibora malikanəsində yerləşirdi. 1949-cu ildən Sorb Gimnaziyasında gənclər ansamblı, uşaq xoru və orkestr fəaliyyət göstərir. 2007-2008-ci illərdə Sorbiya Gimnaziyasının binası təmir edilmişdir. O vaxtdan bəri binada Sorb uşaqları üçün ibtidai məktəb yerləşir. 2012-ci ilə kimi Sorbiya Gimnaziyasını 2700-ə yaxın şagird bitirib. Dərslər hal-hazırda yuxarı sorb dili bacarıqlarına əsasən A və B qruplarına bölünür. A qrupu siniflərində əksər fənlər yuxarı sorb dilində tədris olunur. B qrupu sinifləri Alman və Yuxarı sorb dillərini bərabər bilən uşaqlar üçündür. Tələbələrin seçimi ilə fransız, ingilis, çex və rus dilləri tədris olunur.[2]
Gimnaziyada Sorb gənclər ansamblı (1949-cu ildən), tez-tez xaricdə qonaq olan xor orkestrı və bir sıra digər işçi qrupları fəaliyyət göstərir.