Sosialist əməyi qəhrəmanı

Sosialist Əməyi Qəhrəmanı1938-ci ildən 1991-ci ilə qədər SSRİ-də əməkdə fərqlənməyə görə verilən ən ali fəxri ad.

Sosialist Əməyi Qəhrəmanı
Герой Социалистического Труда

Ölkə SSRİ SSRİ
Tip fəxri ad, SSRİ-nin ən yüksək mükafatları
Statistika
Təsis tarixi 27 dekabr 1938
İlk təltif
Son təltif
Təltif sayı 20.613
Ardıcıllıq
Yüksək mükafat Sovet İttifaqı Qəhrəmanı
Aşağı mükafat Qəhrəman ana
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
"Oraq və Çəkic" qızıl medalı — Sosialist Əməyi Qəhrəmanının atributu

Mükafatın tarixçəsi

[redaktə | mənbəni redaktə et]

Sosialist Əməyi Qəhrəmanı fəxri adı və bu adın verilməsinin əsasnaməsi SSRİ Ali Soveti Rəyasət Heyətinin 27 dekabr 1938-ci il tarixli qərarı ilə təsis edilmişdir. Buna qədər Əmək Qəhrəmanı adı mövcud idi.

SSRİ üzrə ümumilikdə 20 613 nəfər Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür ki, bunlardan 201-i iki dəfə, 15-sı isə üç dəfə bu fəxri adla təltif edilmişdir. 134 nəfərə verilmiş Sosialist Əməyi Qəhrəmanı fəxri adı sonradan geri alınmışdır.

Tarixdə Sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq görülmüş ilk şəxs 1939-cu il 20 dekabr tarixli Fərmanla İ.V.Stalin, sonuncu adam isə SSRİ prezidentinin 1991-ci il 21 dekabr tarixli Fərmanı ilə təltif edilmiş, Qazaxıstanın opera müğənnisi Bibigül Tuleqenova olmuşdur.