Sosiyal qrup

Sosial qrup — tarixən müəyyən cəmiyyət çərçivəsində yaranmış ümumi mənafe, sərvətlər və davranış normalarına malik olan insanların nisbətən sabit məcmusudur.

Qrup anlayışı

[redaktə | mənbəni redaktə et]

Qrup anlayışını kəmiyyət və keyfiyyət baxımından səciyyələndirmək olar. Kəmiyyət baxımından qrup üzvlərinin sayı 2–3 nəfərdən 20–30 nəfərə qədər olur. Qrup müəyyən adamlar çoxluğudur. Lakin eyni bir sosial şəraitdə iki və ya üç nəfərin sadəcə olaraq iştirak etməsi onların sosial-psixoloji cəhətdən qrup yaratması hesab olunmur.

Kəmiyyətə görə qrup təsnifi

[redaktə | mənbəni redaktə et]

Qrup üzvlərinin miqdarına, tanışlıq və yaxınlıq səviyyəsinə görə qrupları böyük və kiçik olmaqla iki yerə bölürlər.

30–40 – dan artıq insan birliyidir. Böyük qrupun üzvləri bir-birini tanımaya, bir-biri ilə görüşməyə bilərlər. Məsələn: çoxsaylı tələbə və müəllim kollektivi olan universitetləri, böyük şirkətləri, dövlətləri, millətləri və s. Ən böyük insan birliyi bəşəriyyətdir.

2-dən 30–40 – a qədər insan birliyidir. Kiçik sosial qruplarda insanların bir-biri ilə təması daha yaxın və daimi xarakter daşıyır. Kiçik qrupun üzvləri ümumi bir işlə məşğul olur və bir-birilə qarşılıqlı əlaqədə olurlar. Kiçik qrupların üzvlərinin sayı 7 nəfərdən artıq olmadıqda belə qrupları ilkin kiçik qruplar adlandırlır. Məsələn: yeni yaranmış ailə. İnsan adətən bir ilkin qrupun iştirakçısı olur. Sosial psixologiyada kiçik qrupların mövcudluq dərəcəsinə görə iki növünü: real və şərti qruplar

Şərti qruplar

[redaktə | mənbəni redaktə et]

Müəyyən şərtlər, adamların müəyyən xüsusiyyətlərə (cins, yaş, həmkarlıq və s.) əsasən müəyyən qruplara daxil edilməsi nəticəsində yaranır. Şərti qrup bəzən statik qrup da adlanır. Şərti qrup üzvləri eyni zaman və məkan daxilində yaşamaya və bir-birilə rabitədə, təmasda olmaya da bilərlər.

Müəyyən zaman və məkan daxilində real münasibətlərlə birləşmiş insan birliyi. Məsələn, ailə, bir sinfin şagirdləri, məktəbin pedoqoji kollektivi və s. Real qrupların üzvləri daima bir-birilə təmasda olurlar. Sosial psixologiyada kiçik qrupların məqsəd və xarakterinə görə daha iki növünü ayırd edirlər: rəsmi (formal) və qeyri-rəsmi (qeyri-formal).

Rəsmi sənədlər əsasında yaradılmış qruplardır. Bu cür qruplarda münasibətlər inzibati-hüquqi yolla müəyyən olunur və tənzim edilir. Bu cür qruplar daima mütəşəkkil olub, onun üzvlərinin hüquq və vəzifələri müvafiq təlimat və sənədlərdə öz əksini tapır.

Qeyri-rəsmi qruplar

[redaktə | mənbəni redaktə et]

Rəsmi sənədlər əsasında yaradılmayan insan birliyidir. Bu cür qrupun üzvlərinin dəqiq qeyd edilmiş məqsədi olmur. Bu cür qruplar ünsiyyət prosesində təbii yolla yaranır. Burada qrup üzvlərinin bir-birinə qarşı emosional-psixoloji münasibətləri qrupun yaranması üçün əsas rol oynayır.

Referent qruplar

[redaktə | mənbəni redaktə et]

Özünün normaları, fikirləri, qiymətləri ilə fərdin davranış motivlərinə çevrilən sosial birlik referent qrup adlanır. Bu termin ilk dəfə olaraq 1942-ci ildə Q. Xaymen tərəfindən irəli sürülmüşdür. Qaydaları və normaları şəxsiyyətin qayda və normalarına çevrilən, fərdin statusunun artması üçün daimi imkanları olan bu cür referent qrupları çox vaxt etalon qrup adlandırırlar.

  1. Байрамов Я.С. Ялизадя Я.Я. Psixologiya. Bakı: 2004
  2. Байрамов Я.С. Ялизадя Я.Я. Sosial pсихолоэийа. Бакы: 2003
  3. Bayramov Ə. S. Etnik psixologiya. Bakı:2001
  4. Əlizadə Ə. Ə. Etnik psixologiyaya giriş. Bakı: 2002
  5. Seyidov S. İ. Həmzəyev M. Ə. Psixologiya. Bakı: 2007
  6. Cabbarova L. M. Psixologiyada tənhalıq problemi. Bakı.1997
  7. Андреева Г.М. Социальная психология. М.1998
  8. Маклаков С.Я. Общая психология. М: 2006
  9. Немов Р.С . Психология. М: 2001

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]