Sosnoves adası — Ağ dənizdə yerləşən ada. Kola yarımadası, Terski sahilindən 3,5 km aralıda yerləşir. Ağ dənizinin boğazının tən ortasında qəralaşır. Ada materikdən Sosnovskaya Salma boğazı ilə ayrılır.
Sosnoves adası | |
---|---|
rus. Кильдин | |
Ümumi məlumatlar | |
Hündür nöqtəsi | 16,2 m |
Əhalisi | 16,2 nəfər (2010-cu il) |
Yerləşməsi | |
66°29′21″ şm. e. 40°41′02″ ş. u. | |
Ölkə | Rusiya |
Vilayət | |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Adanın səthi hamar və daşlıdır. Tundra ilə örtülmüşdür. Ərazisində meşə sahəsi yoxdur[1]. Adanın uzunluğu 1,4 km, eni 450 m təşkil edir. maksimal hündürlüyü 16,2 metrdir. Cənub sahilləri şimal və qərb sahillərinə nisbətdə daha dayazdır. Sahillərində dəniz dibi daşlıqlardan ibarətdir və dərinliyi 6 – 13 m arasında dəyişir. Sahilində qabarmanın hündürlüyü 2,0 metrdir.
Hazırda adada əhalisi olan yaşayış məntəqəsi yoxdur. Adaya ən yaxın yaxın yaşayış məntəqəsi Sosnovkadır. XX əsrdə adada eyni adlı yaşayış məntəqəsi olmuşdur. Sosnoves kəndində 20 sakin yaşayırdı. Adada bir mayak və iki işıqlanan nişanlar quraşdırılıb. Meteostansiya fəaliyyət göstərir.
Krım müharibəsi zamanı Sosnoves adası ingilis donanmasının dayanacağı olmuşdur. 1862=-ci ildə burada hidrometeoloji stansiya salınır. Onun üçün ayrıca bina 1896-0cı ildə inşa edilir[2].
XIX əsrin sonlarında İ. P. Anufriyev Ağ dənizdə, Üç adalar yaxınlığında sığınacaq limanına ehtiyac duyulması ilə əlaqədar, Sosnoves adası haqqında bunları yazırdı[3]:
Terski sahilində, Arxangelsk şəhərindən boğaza 136 millik məsafədə Sosnoves adasıdır, lakin bu kiçik bir ada, onda olan bir mayak ilə, onu sığınacaq limanına uyğunlaşdırmaq çətin və bahalı olacaq