Sosnovski itburnusu

Sosnovski itburnusu (lat. Rosa sosnovskyana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir – EN B2ab (ii,iii, iv,v). Azərbaycanın nadir, endemik növüdür. Regional IUCN Statusu - EN B2ab (ii,iii, iv,v).

Sosnovski itburnusu
Elmi təsnifat
Beynəlxalq elmi adı

Qısa morfoloji təsviri

[redaktə | mənbəni redaktə et]

Sürünən koldur. Nazik, 6,5-7,0 m hündürlüyündə, 2-3 sm diametrində uzun gövdəsi var. Tikanları möhkəm, çox və az hamar, əyilmişdir. Yarpaqlar iri 3,5 sm uzunluğunda, 2,5 sm enində, enli-ellipsvari, üst hissədən parlaq –yaşıl, çılpaq, alt hissədən ağımtıl-yaşıldır. Çiçəklər qalxanvari çiək qrupunda toplanmış 3, bəzən birçiçəklidir. Çiçək saplağı hamar, çılpaq, möhkəmdir. Kasa yarpağı dar, neştərşəkilli, ləçəklər ağ-çəhrayıdır. Meyvə ensiz-ellipsivari, hamar, yetişdikdə hamar-qırmızıdır.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Çiçəkləmə, meyvə əmələgətirmə dövrü may-iyun aylarına təsadüf edir. Quru, dağətəyi ərazilərdə, yemişan cəngəlliklərində yayılmışdır. Bozumtul darçını qabıqlı budaqları olan, bir qədər hündürboylu koldur. Qopartikanları xırda, samanı sarı rəngdədir, düz və ya bir qədər əyilmişdir, Qaidə hissəsi enliləşmişdir. Yarpaqları 10-12 sm uzunluğundadır. Yarpaqları 7-9 ədəd yarpaqcıqdan əmələ gəlmişdir. Yarpaqcıqlarının kənarları mişardişlidir. Çiçəkləri əksərən tək-təkdir, bəzən 3-3, 4-4 bir yerdə yerləşmişdir.

Çiçək saplağı qısa, qaidə hissəsi qopartikancıqlıdır. Kasayarpaqcıqları lansetşəkilli, dar və ya uzun əlavələrə malik olub, çiçəklənmənin sonunda yuxarıya meyillidir. Meyvəsi çox iri, kürəcikvarıdır. İyun və iyul aylarında çiçək açır.

Ümumi yayılması

[redaktə | mənbəni redaktə et]

Cənubi Zaqafqaziyada Ermənistanın Makravani rayonu ərazisində təbii arealı vardır.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Naxçıvanın MR-in dağlıq, Böyük Qafqazın Quba sahəsində (Quba-Qusarçay) yayılmışdır.

Yuxarı dağ və subalp qurşaqlarında, meşələrin kənarlarında, kolluqlarda, çay kənarlarında, çəmənliklərdə və yamaclarda yayılmışdır.

Təbii ehtiyatı

[redaktə | mənbəni redaktə et]

Azərbaycanda dar bir arealı vardır.

Təbiətdə generativ və vegetativ yolla çoxalır.

Sayı və tendensiyası

[redaktə | mənbəni redaktə et]

Populyasiyanın yaşama ərazisi məhdudlaşır, antropogen amillər nəsli kəsilmək təhlükəsini yaradır.

Təbii ehtiyatının dəyişilməsi səbəbləri

[redaktə | mənbəni redaktə et]

Başlıca olaraq insan fəaliyyətidir.

Botanika bağlarında becərilir.

Qəbul edilmiş qoruma tədbirləri

[redaktə | mənbəni redaktə et]

Azərbaycanın "Qırmızı Kitabı"na daxil edilmişdir.

Məhdudlaşdırıcı amillər

[redaktə | mənbəni redaktə et]

Antropogen amillərdir.

Zəruri qoruma tədbirləri

[redaktə | mənbəni redaktə et]

Xüsusi mühafizə tədbirləri tərtib edilməmişdir.

  1. The Plant List (ing.). 2010.