Sovet İttifaqında alman hərbi əsirləri

Hərbi əsir anasının AFR-in birinci federal kansleri olmuş Konrad Adenauera təşəkkür etməsi. Adenauer 1955-ci ilin 14 sentyabr tarixində Moskvadan qayıtdandan sonra 15 minə yaxın alman hərbi əsirinin öz ölkəsinə qayıtması barədə razılıq əldə etmişdir.

Sovet İttifaqında alman hərbi əsirləri (rus. Немецкие военнопленные в Советском Союзе) - İkinci Dünya müharibəsi dövründə SSRİ ordusu tərəfindən müharibənin gedişi zamanı əsir götürülmüş hərbi əsirlər. Təxmini hesablamlara görə 1941-1945-ci illər aralığında 3 milyona yaxın Üçüncü Reyx tərəfindən müharibəyə qatılmış əsgər sovet birləşmələri tərəfindən əsir götürülümşdür. Əsirlərin ələ keçirilməsi, müharibənin son və həlledici ili hesab olunan 1945-ci ildə daha kütləvi hal almışdır. Ələ keçirilmiş hərbi əsirlərdən əsasən SSRİ-də dağıldılmış və ya yenidən tikilməkdə olan infrastrukturun yaradılmasında istifadə olunmuşdur.

1950-ci ildən etibarən sağ qalmış hərbi əsirlərin mənsub olduqları ölkələrə göndərilməsinə başlanılmışdır. Sonuncu əsir 1956-cı ildə Almaniyaya qayıtmışdır.[1] SSRİ rəsmi arxiv sənədlərinə görə Üçüncü Reyx ordusunda xidmət etmiş və müharibə zamanı ələ keçirilmiş 381.067 nəfər hərbi əsir SSRİ Xalq Daxili İşlər Komissarlığı tərəfindən imperiyanın müxtəlif bölgələrində yaradılmış əsir düşərgələrində ölmüşdür. Ölən şəxslərdən 356.700 nəfəri etnik alman, 24.367 nəfəri isə digər millətlərə mənsub şəxslərdir.[2][3]

Alman tarixçisi Rüdiger Overmans sözügedən əsir düşərgələrində azı bir milyona yaxın alman əsirinin öldüyünü, ancaq bu rəqəmin sübutunun mümkünsüz olduğunu ifadə etmişdir. Müharibə zamanı itkin düşmüş və sonradan tapılmamış bir çox alman əsirinində həmin həbs düşərgələrində öldürüldüyü ehtimal edilməkdədir.[4][5]

Alman əsirlərinin vətənlərində yaxınları tərəfindən qarşılanması. (1955)

Barbarossa əməliyyatının ilk ayında yüzlərlə alman əsgəri Sovet ordusu tərəfindən əsir götürülmüşdür. 1941-1942-ci illərdə baş tutmuş Moskva uğrunda döyüş və alman birləşmələrinin geri çəkilməsindən sonra 1942-ci ilə olan məlumata görə SSRİ nəzarətində olan alman əsirlərinin sayı 120 min nəfər olmuşdur.[6] Stalinqrad döyüşündən sonra sağ olaraq ələ keçirilmiş 91 min nəfər vermaxt əsgəri əsir olaraq götürülmüş və beləliklə SSRİ-dəki Üçüncü Reyx əsirlərinin sayı 170 min nəfərə yüksəlmişdir. 1942-ci il müddətində əsir olaraq götürlmüş şəxslərin tərkibi əsasən VI ordu birləşməsində xidmət etmiş əsgər və zabitlərdən ibarət olmuşdur. VI ordu birləşməsinin SSRİ torpaqlarında aktiv olaraq hərbi əməliyyatlarda iştirak etməsi sözügedən ordu birləşməsindən daha çox əsirin ələ keçirilməsi ilə izah olunur. İkinci Dünya müharibəsinin ən şiddətli dövrləri olaraq qəbul edilmiş 1942-1943-cü illərdə Sovet ordusu tərəfindən ələ keçirilmiş əsirlərin böyük əksəriyyəti həlak olmuşdur.

Müxtəlif yoluxucu xəstəliklər, mühasirə şəraitin davam etməsi və qida çatışmamazlığı əsirlərinin həlak olmasının başlıca səbəbləri kimi göstərilir. Bu səbəblərə görə Stalinqrad döyüşündən sonra sağ olaraq ələ keçirilmiş 91 min nəfərdən cəmi 6 min nəfəri müharibədən sonra öz ölkəsinə qayıda bilmək fürsəti qazanmışdır.[7] Müharibənin davam etdiyi illərdə, SSRİ-nin daxili iqtisadi vəziyyətinin gərgin olması səbəbindən ələ keçirilmiş hərbi əsirlər üçün yaxşı şəraitin yaradılması məsələsi ciddi müzakirə predimeti olmamışdır. 1944-cü ildən etibarən SSRİ ələ keçirilmiş əsirlərin müxtəlif infrastruktur layihələrinin bərpa olunmasında və yenidən tikilməsi işinə cəlb etməyə başlamışdır.

Azad Almaniya Milli KomitəsiAlman Zabitlərinin Liqası adlı təşkilatlarının yaradılması və müharibədə üstünlüyünün sovet ordusuna keçməsindən sonra SSRİ tərəfindən ələ keçirilmiş hərbi əsirlərin sayında kəskin şəkildə artım baş vermişdir. Baqratiyon əməliyyatı Şərq Cəbhəsində Vermaxt ordusunun ağır məğlubiyyətləri fonunda alman əsirlərlərinin sayı iki qat artmışdır. 1945-ci ilin ilk ayında Sovet ordusunun odra çayı və balkanlar üzərinə olan hücumundan sonra müharibə əsirlərinin sayının 2 milyon nəfərə yaxınlaşdığı təxmin edilməkdədir.[6]

SSRİ arxiv sənədlərinə görə müharibə dövründə ələ keçirilmiş ümumi əsirlərin sayı 2 milyon 800 min nəfər olmuşdur. Əsirlərin böyük bir qismi, müharibədən sonra 1946-cı ildə sərbəst buraxılmış və öz ölkələrinə göndərilmişdir. 1946-cı ildə ABŞFransa tərəfindən ələ keçirilmiş bir çox əsirdə öz ölkələrinə göndərilmişdir və SSRİ-nin bu addımı müttəfiqlərinin müştərək qərarı ilə atdığı bildirilir. Qələbəsini ardından SSRİ tərəfindən yaradılmış Sovet işğal bölgəsi ərazisində qalmış 85 min alman əsiri sərbəst buraxılmışdır. Sosialist dövlət kimi tanınmış Almaniya Demokratik Respublikası ərazisində təşkil olunmuş əsir düşərgələrində toplanmış alman hərbi əsirləridə müharibədən qısa müddət sonra sərbəst buraxılmışdır.

SSRİ əsir olaraq saxlanılan şəxslərin arasında zabit rütbəsi daşıyan və qismən tanınmış şəxslərə qarşı hərbi cinayətkarlıqla bağlı müxtəlif maddələrlə cinayət işi açmış və bir çoxunu 25 il kimi ağır müddətli həbs cəzalarına məhkum etmişdir. AFR-in birinci federal kansleri olmuş Konrad Adenauerin 1955-ci ildə paytaxt Moskva şəhərində keçirdiyi bir sıra rəsmi görüşlərdən sonra SSRİ-də saxlanılan alman hərbi əsirlərin gələcək taleyinə qismən də olsa aydınlıq gəlmişdir. Belə ki, rəsmi dairələrlə keçirilən bir sıra görüşlərdən sonra 1956-cı ildə 15 min etnik alman və müharibə dövründə ələ keçirilmiş hərbi əsir öz ölkəsinə göndərilmişdir. Sonuncu alman əsirinin ölkəsinə göndərilməsi 1956-cı ildə tamamlanmışdır.[8][9]

Alman mənbələrinin təxminləri

[redaktə | mənbəni redaktə et]

Almaniya Federativ Respublikası müharibə zamanı əsir götürülmüş almanların yeri və başlarına gələnlərlə bağlı araşdırma aparmaq üçün xüsusi komissiya yaratmış və bu komissiyaya Erix Maskl adlı alman tarixçisi rəhbərlik etmişdir. Komissiya tərəfindən 1974-cü ildə tərtib edilmiş raporta görə Böyük Vətən müharibəsi zamanı 3.060.000 min nəfər vermaxt əsgər və zabiti sovetlərə əsir düşmüşdür.[10] Alman tərəfinin iddiasına görə ələ keçirilən əsirlərdən 1.094.250 nəfəri müxtəlif səbəblərdən əsir düşərgələrində həlak olmuş və ya öldürülmüşdür. Digər bir alman tarixçisi Rüdiger Overmansa görə ələ keçirilən əsirlərin maksimum sayı 3 milyon nəfər olmuşdur və əsir düşərgələrində həlak olanların sayı 1 milyon nəfərə yaxındır.[5]

Tarixçi düşərgələrdə həlak olmuş 700 minə yaxın alman əsirinin qeydiyyata salınmadığını və SSRİ tərəfindən əsir düşərgələrində ölmüş şəxslərin siyahısında göstərilmədiyini iddia etmişdir.[4] SSRİ tərəfindən ələ keçirilmiş əsirlərin siyahıya alınması və düşərgələrdə həlak olan əsirlərin siyahısı barədə ciddi işlər aparılmadığından Böyük Vətən müharibəsində konkret olaraq nə qədər şəxsin Sovet ordusu tərəfindən əsir olaraq ələ keçirildiyi və müharibədən sonra nə qədər şəxsin əsir düşərgələrində həlak olduğunu söyləmək mümkünsüzdür və bu səbəbdəndir ki, alman və rus tarixçlərin mövzu ilə bağlı müxtəlif baxışları və səsləndirdikləri rəqəmlər mövcuddur.

Miliyyət Əsirlərin ümumi sayı Sərbəst buraxılanlar Düşərgə və digər yerlərdə ölənlər
Alman 2,388,443 2,031,743 356,700
Avstriyalı 156,681 145,790 10,891
Çex və Slovak 69,977 65,954 4,023
Fransız 23,136 21,811 1,325
Yuqoslav 21,830 20,354 1,476
Polyak 60,277 57,149 3,128
Holland 4,730 4,530 200
Belçikalı 2,014 1,833 181
Luxemburqlu 1,653 1,560 93
İspan 452 382 70
Danimarkalı 456 421 35
Norveçli 101 83 18
Digər 3,989 1,062 2,927
Cəmi 2,733,739 2,352,671 381,067
% 100% 86,1% 13,9%
  1. Rüdiger Overmans, Soldaten hinter Stacheldraht. Deutsche Kriegsgefangene des Zweiten Weltkriege. Ullstein., 2000 Page 277 ISBN 3-549-07121-3
  2. G. I. Krivosheev. Soviet Casualties and Combat Losses. Greenhill 1997 ISBN 1-85367-280-7 Pages 276-278.
  3. In his revised Russian language edition of Soviet Casualties and Combat Losses Krivosheev put the number of German military POW at 2,733,739 and dead at 381,067 G. I. Krivosheev Rossiia i SSSR v voinakh XX veka: Poteri vooruzhennykh sil Arxivləşdirilib 2017-07-29 at the Wayback Machine; statisticheskoe issledovanie OLMA-Press, 2001 ISBN 5-224-01515-4 Table 198
  4. 1 2 Rüdiger Overmans. Deutsche militärische Verluste im Zweiten Weltkrieg. Oldenbourg 2000. ISBN 3-486-56531-1 Page 286-289
  5. 1 2 Rüdiger Overmans, Soldaten hinter Stacheldraht. Deutsche Kriegsgefangene des Zweiten Weltkriege. Ullstein., 2000 Page 246 ISBN 3-549-07121-3
  6. 1 2 Rüdiger Overmans, Soldaten hinter Stacheldraht. Deutsche Kriegsgefangene des Zweiten Weltkriege. Ullstein., 2000 Page 272 ISBN 3-549-07121-3
  7. The Great Patriotic War: 55 years on Arxivləşdirilib 2022-04-18 at the Wayback Machine The BBC put the number of POW captured at Stalingrad at 91,000 of whom 6,000 survived
  8. Rüdiger Overmans: Soldaten hinter Stacheldraht. Deutsche Kriegsgefangene des Zweiten Weltkriegs. Ullstein, München 2002, ISBN 3-548-36328-8, p.258
  9. Andreas Hilger: Deutsche Kriegsgefangene in der Sowjetunion 1941-1956. Kriegsgefangenschaft, Lageralltag und Erinnerung. Klartext Verlag, Essen 2000, ISBN 3-88474-857-2, p. 137 (Tabelle 3 and Tabelle 10)
  10. Erich Maschke: Zur Geschichte der deutschen Kriegsgefangenen des Zweiten Weltkrieges Bielefeld, E. und W. Gieseking, 1962-1974 Vol 15 p. 207