Sovet ədəbi tənqidi — Xarakter və mahiyyətini başa düşmək üçün sovet ədəbiyyatının ideologiya ilə əlaqələrinə diqqət yetirmək lazımdır[1].
1934-cü ildə SSRİ Yazıçılar İttifaqının yaradılması, tezliklə onun güclü və mütəşəkkil bir təşkilata çevrilməsi, bütün yazıçıları öz ətrafında birləşdirməsi həmin zərurətdən irəli gəlmişdir[2]. Öz növbəsində SSRİ Yazıçılar İttifaqlarının ayrıca ədəbi tənqid bölmələri, tənqid işinə baxan katibi var idi.[3]
Sovet İttifaqı sosial mahiyyətinə görə kommunist rejimi olduğundan ədəbiyyatın və ədəbi tənqidin də sosial mahiyyət kəsb edilməsinə çalışmış, buna yalnız 30-cu illərdən başlayaraq nail olunmuşdu[4].
Sovet ədəbiyyatına və eləcə də ədəbi tənqidinə qoyulan əsas prinsipləri var[5].
Həyatın necə əks olunması, yazıçının bütövlükdə dünyagörüşünün əsərdə necə əks olunması nəzərdə tutulur[6]. Müxtəlif ictimai siniflərin, qrupların baxışlarının, əqidələrinin, ideallarının ədəbiyyatda və sənətin digər növlərində təzahür etməsidir, sinfiliyin bu və ya başqa mənada mənafe şəklində ədəbiyyata nüfuzudur[7].
Ədəbiyyatda sinfilik ideyası sinifli cəmiyyətdə sinifsiz ədəbiyyatın qeyri-mümkünlüyü haqqında tezisə əasalanır[8]. Təsadüfi deyil ki, sovet ədəbiyyatında ədəbiyyat iki sinifə-fəhlə və kəndli sinfinin mənafeyinə xidmət etməli idi[9]. Belə bir fikir var ki, yazıçının dünyagörüşündə sinfilik ideyası onun yaradıcılıq imkanları ilə bir araya sığmır[10]. Artıq bu müddəanın müzakirəyə heç bir bir ehtiyacı yoxdur.[11]
Prinsipin əsasında ədəbiyyatın partiyalılığı haqqında Lenin təlimi dayanır[12]. Məlum olduğu kimi, V. İ. Lenin "Partiya ədəbiyyatı və partiya mətbuatı" məqaləsində ədəbiyyat işini "ümumproletar işinin təkərciyi" adlandırmışdır[13]. Sovet ideologiyası "formaca milli, məzmunca sosialist" ədəbiyyatın varlığını təsdiq edərkən belə bir düzəliş verirdi ki, "ədib, yazıçı partiyasız ola bilməz". Hətta bitərəf yazıçı şərti anlayıdır, əslində hər bir yazıçı özünü "Lenin partiyasının həqiqi üzvü kimi hiss etməlidir"[9].
Əsərdə xalq üçün əhəmiyyətli məsələlərin, ümümixalq əhəmiyyətli problemlərin qoyuluşudur[14]. Bu anlayışın tarixini ədəbiyyatşünaslıqda XIX əsrə aid edirlər. Xəlqiliyi təkcə XIX əsrə bağlamaq şübhəsiz ki, doğru deyil. Nizami Gəncəvinin "Kərpic kəsən qocanın dastaı" hekayəsi başdan başa xəlqiliklə aşılanmışdır[15]. Yəni xəlqiliyin məzmununda, mahiyyətində epoxanın əsas məsələləri, insan və xalq həyatının təcrübəsi vardı[16]. Xəlqilik xalq kütlərinin həyatının, hiss və fikirlərinin, ideya-estetik baxışlarının bədii ədəbiyyatda əks olunmasıdır[17].