Sovet Havanı körfəzi

Sovet Havanı körfəzi — Tatar boğazının qərb sahillərində yerləşən körfəz. O dünyanın ən rahan və təbii havanlarından biridir. İstənilən istiqamətdən əsən küləklərdə gəmilərin qorunmasına yararlıdır. Körfəzə 300 min tonluq sudəyişmə gücü olan gəmilər də rahatlıqla daxil ola bilir. İnzibati cəhətdən Rusiya Federasiyası Xabarovsk diyarı ərazisinə daxildir.

Sovet Havanı
rus. Советская Гавань
Ümumi məlumatlar
Tip Körfəz
Dərin yeri <30 m
Orta dərinliyi 20 m
Yerləşməsi
49°00′35″ şm. e. 140°17′45″ ş. u.HGYO
Ölkə  Rusiya
Akvatoriyası
Sovet Havanı xəritədə
Sovet Havanı
Sovet Havanı
Sovet Havanı xəritədə
Sovet Havanı
Sovet Havanı

Fiziki-coğrafi xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Körfəzə giriş Putyatin burnundan şimalda yerləşir. Şimaldan isə Menşikov yarımadası ilə əhatələnir. Körfəzin uzunluğu 11 km, girişdə eni isə 2 km-dir. Körfəzin maksimal dərinliyi 30 metrdən şoxdur. Orta dərinliyi isə 20 metrdir. Özünə məxsus parametrlərinə və rahatlığına görə yalnız San-Fransisko körfəziAvaçi buxtası[1] ndan geri qalır

Sahilləri hündür, sıldırımlı, bəzi ərazilərdə isə təpəlidir. Körfəzə Böyük Xadya, Eqqe, May və bir neçə kiçik çay axır.

Körfəz ərazisi burunlarla sərhədlənmiş üç hissəyə bölünür. Bunlar Şimal, Qərb (Konstantinovskaya) və Cənub-qərb (Xaci körfəzi). Bununla yanaşı onlarda beş kiçik buxtaya bölünür: Eqqe, Okoça, Mayaçnaya, Konsesii, Olqa, Postovaya. Körfəzdən şimalda Vanin buxtası[2] yerləşir.

Rusların bu bölgəyə gəlməsinə qədər Oroçlar körfəzi Xaci (Xadya, Xode, Xoco, Xaci-tu) adılandırırdılar.

1850-ci illərdə Qennadiy Nevelskinin rəhbərliyi altında təşkil olunmuş Amur ekspedisiyası zamanı yerli əhalinin sözlərinə görə Çivaşyov körfəzindən cənubda yerli əhalinin Xaci adlandırdıqları bir körfəzin olması məlum olur. Xaci körfəzi 23 may (4 iyun) 1853-cü ildə leytenat Nikolay Boşnyak tərəfindən aşkarlanır. O, körfəzi Rusiya çarı I Nikolayın şərəfinə adlandırmaq istəyirdi. Bunun səbəbi isə bir çox saray məmurunun və xariciu işlər naziri Karl Nesselridenin De-Kastri körfəzindən cənuba təşkil edilən ekspedisiyaları dəstəkləməməsi ilə bağlı idi. Bununlada Xaci körfəzi imperatorun adnı daşımağa başlayır. Burada yerləşən bəzi burun və buxtalarında adı dəyişdirilir. Konstantinovski buxtası rus-donanmasının general-admiralı, böyük knyaz Konstantin nikolayayeviçin şərəfinə adlandırılır[3]. Buxtaların birində konstantinovski postu qurulur və buxta Postovaya adını alır

1922-ci ildə vətəndaş müharibəsinin gedişində körfəzə V. Kolesniçenkonun rəhbəırliyi altında 45 partizan daxil olur. 1922-ci ilin aprelində onlartın əmri ilə İmperator körfəzinin adı Sovet körfəzi olaraq adlandırılır. 19 fevral 1923-cü ildə isə Ümumrusiya Mərkəzi İcraiyyə komitəsinin qərarı ilə bui təstiqlənir və buxtata yerləşən bir çox coğrafi adlarda yenisi ilə əvəzlənir.

Tarixi hadisələr

[redaktə | mənbəni redaktə et]

1854-cü ildə Barrakuta gəmisində körfəzə daxil olan ingilis-fransız eskadrası onu Barracouta Harbour adlandırırlar. 1856-cı ildə Krım müharibəsi zamanı ingilis təqibindən qaçan Pallada freqatı Postoboy buixtasında batırılmışdır. 1963-cü ildə freqata abidə ucaldılmışdır.

Təsərrüfat əhəmiyyəti

[redaktə | mənbəni redaktə et]

Körfəz akvatoriyasında Siyənək, Kambalakimilər, Uzaqşərq navaqası, Moyva kimi balıqlar yayılmışdır

Körfəz sahilində Sovet Havanı şəhəri və bir necə şəhər tipli qəsəbə vardır:Mayski, Zavetı İliça, Lososina. Ərazi olduqca zəyuiş çəkildə mənimsənilmişdir. Burada kiçik bir Sovet Havanı dəniz limanı vardır. Postovoy buxtasında isə Sakitokean dəniz donanmasına aid bazanın qalıqları vardır.

  1. ПОЭЗ в Совгавани зависла из-за кризиса
  2. Топографическая карта залива M54-XXVII — 1 : 200 000 [ölü keçid]
  3. "Открытие и заселение русскими залива Хаджи в 1853 г. (Из истории Советской Гавани)". 2019-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-02.