Viktor Sergeyeviç Rozov (8 (21) avqust 1913[1] və ya 21 avqust 1913[2], Yaroslavl[3] – 28 sentyabr 2004[1][4][…], Moskva). rus sovet dramaturqu. SSRİ dövlət mükafatı laureatı (1967).
Viktor Rozov | |
---|---|
rus. Виктор Розов | |
Doğum tarixi | |
Doğum yeri | Yaroslavl, Rusiya imperiyası |
Vəfat tarixi | (91 yaşında) |
Vəfat yeri | Moskva, Rusiya |
Dəfn yeri | |
Atası | Sergey Rozov |
Milliyyəti | rus |
Təhsili | |
Fəaliyyəti | dramaturq |
Fəaliyyət illəri | 1943-cü ildən |
Mükafatları |
|
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
Viktor Rozov 1913-cü ildə Yaroslavlda anadan olub. 1923-cü ildən ailəsi ilə Kostroma köçmüş və burada təhsil almışdır. 1929-cu ildə Timirzayev kənd təsərrüfatı akademiyasına qəbul olmuş və sonra Kostrom tekstil fabrikində işləməyə başlamışdır. 1932-ci ildə Kostrom Sənaye Texnikomunu bitirir. Müharibə başladıqda Rozov 1941-ci ildə cəbhəyə yollanır və 8-ci diviziyada vuruşur. 1957-ci ildə Viktor Rozovun əsərinə Mixail Kalatozov Durnalar uçur filmini çəkir. Viktor Rozov 2004-cü ildə 91 yaşında Moskvada vəfat etmişdir.