Soya burnu[1][2][3] (yap. 宗谷岬) — Hokkaydo adasının ucqar şimal nöqtəsidir. İnzibati cəhətdən Soya dairəsinin Vakkanay şəhəri ərazisinə daxildir. Yaponiyanın Kuril adalarına olan iddiası istisna olaraq ölkənin ucqar şimal nöqtəsini təşkil edir. Reallıqda isə Yaponiyanın ucqar şimal nöqtəsi Hokkoydadan 1 km şimal-qərbdə yerləşən Bentencima adasında yerləşir. Aydın havada Laperuz boğazının digər sahilində Saxalin adasında yerləşən Krilon burnu görünür. Burnun cənubunda Porosiri dağı yerləşir.
Soya burnu | |
---|---|
Yerləşməsi | |
45°31′22″ şm. e. 141°56′12″ ş. u.HGYO | |
Akvatoriya | Yapon dənizi, Oxot dənizi |
Ölkə | Yaponiya |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Burunda çoxlu sayda memarual mövcuddur. Burada hətta burnun qutaracağında belə abidə vardır. Ən məşhur abidələrdən biri Dua gülləsidir. Bu abidə 1983-cü ildə Sovet qırıcısı tərəfindən vurulan Cənubi Koreya sərnişin təyyarəsinin şərəfinə ucaldılmışdır. Buna həsr edilmiş nəğmənin şərəfinə abidə ucaldılmışdır.