Spark (Sumqayıt Park)

Spark və ya Sumqayıt ParkSumqayıt şəhərində yaranmış Azərbaycan rok qruplarından biri. 1997-2003-cü illər arasında fəaliyyət göstərmişdir.

Spark
Əsas məlumatlar
Üslub İndi-rok, Britpop, Post-punk
Fəaliyyət illəri 19972003
Ölkə Azərbaycan Azərbaycan
Şəhər Sumqayıt
Dil azərbaycanca
rusca
Heyət Dmitri Strekalov
Eldəniz Mirzəyev (ex Sirr)
Viktor Merdyakov
Səid Qəniyev
Elvin Bəşirov
Rafael Qasımov
Keçmiş üzvlər Kamal Xudiyev
Oqtay Abdullayev (halhazırda Sirr)
Emin Əfəndiyev
Elşən
SparkRock.narod.ru

Spark qrupu 1997-ci ilin noyabr ayında Kamal Xudiyev, Emin Əfəndiyev və Dmitri Strekalov tərəfindən Sumqayıt şəhərində yaradılıb. Kollektiv 4 nəfərdən ibarət olub, sonra isə qrupa daha iki nəfər - zərb və klavye ifaçısı qoşulub.

Bu tərkiblə qrup məşq üçün yer axtarışına başlayır. Qrup öncə uğursuzluqla qarşılaşır; onlara məşq üçün yer verilə biləcək klublarda istədikləri avadanlıqlar olmur. Bir neçə müddətdən sonra onlar bir tanışları sayəsində «Dostluq Mədəniyyət Evi»nin direktoru ilə razılaşırlar, direktor onlara bir otaq və köhnə musiqi alətləri verir.

İlkin tərkibi

[redaktə | mənbəni redaktə et]
  • Emin Əfəndiyev - vokal
  • Kamal Xudiyev - gitara
  • Dmitri Strekalov (Damien) - gitara
  • Rafael Qasımov (RBG) - bass-gitara
  • Elşən Hacıyev - piano
  • Elvin Bəşirov - zərb alətləri

Sonrakı üzvləri

[redaktə | mənbəni redaktə et]
  • Viktor Medyakov - vokal
  • Dmitri Strekalov (Damien) - gitara
  • Eldəniz Mirzoyev - gitara
  • Rafael Qasımov (RBG) - bass-gitara
  • Elvin Bəşirov - zərb alətləri
  • Səid Qəniyev - klaviş (sintezator, orqan)
  • Oqtay Abdullayev - gitara

Fəaliyyətləri

[redaktə | mənbəni redaktə et]

Qrup bu otağa “köçdükdən” dərhal sonra məşqlərə və proqramın hazırlanmasına başladı. 2 ay ərzində «Город мечты» («Arzular şəhəri») adlı proqramı tamamilə hazır oldu. 28 may 1998-ci ildə qrup Sumqayıt Dövlət Musiqili Dram teatrında ilk çıxışını etdi, amma bütün proqramı ilə yox, sadəcə 4 mahnı ilə. Ancaq, bu qrupun ilk addımları idi.

Sonradan Spark Sumqayıt Dövlət Musiqili Dram Teatrında bütün proqramı ilə çıxış edir. Bu çıxışdan sonra qrupun üzvləri arasında mübahisə olur. Qrupu birinci klavye ifaçısı onun ardınca isə vokalist və gitarist tərk edir, qrupun inkişafı zəifləyir və dayanır. Daha sonra qrupu tərk edənlərin yerinə onlara əvəz olaraq yeni üzvlər qoşulur. Qrup 2000-ci ildə Coldünya qrupunun dəstəyi ilə Sultan Records studiyasında «Azerirock» kolleksiyası üçün iki mahnı yazır.

Qrup Azərbaycan rok qrupu sayılsa da ifalarının çoxusu rus dilindədir. Buna səbəb qrupun vokalistinin (Viktor Medyakov) rus olması və mahnılarının sözlərini onun yazmasıdır.

  1. Fucking Guy (Dinlə)
  2. Голодные (Dinlə)
  3. Не Забуду (Dinlə)
  4. Azərbaycan (Dinlə)
  5. Опасный выход (Dinlə)
  6. Элегия (Dinlə)
  7. Эшелон (Dinlə)
  8. Если
  9. Живая Вода
  10. Живые Манекены
  11. Молчи
  12. Песни для тебя
  13. 1/2-7
  14. Трамвай
  15. В космосе
  16. Взорванный Рай
  17. Я говорю
  18. За горизонтом
  19. Хлеба кусок

Konsert verdiyi məkanlar

[redaktə | mənbəni redaktə et]

Hal-hazırda qrup

[redaktə | mənbəni redaktə et]

Hal-hazırda qrup iki nəfərdən ibarətdir; Viktor Merdyakov və Rafael Qasımov. Buna baxmayaraq qrup dağılmış hesab olunur. Qrupun dağılma səbəbi isə qrupun məşq bazasının yaşayış binasının altına köçməsi və qonşuların səs-küydən narazı olmasıdır. Bu haqda Sparkın bass-gitaristi Rafael Qasımov söyləyir:

"Qrupun fəaliyyətini dayandırmasının əsas səbəbi odur ki, bizim məşq bazamız köçdü yaşayış binasının altına və biz orada məşq edə bilmədik. Getdikcə, qonşular narazı olurdular və bizim məşqlər yavaş-yavaş sönürdü."

Daha sonra isə qrupun üzvləri Dmitri Strekalov Rusiyaya, Səid Qəniyev isə Hollandiyaya köçür. 2004-cü ildə isə Oqtay Abdullayev və Eldəniz Mirzoyev Sirr qrupunda musiqi fəaliyyətlərini davam etdirməyə başlayırlar. Bununla da Spark qrupu 2003-cü ildən bəri fəaliyyətsiz olaraq qalır.

Spark üzvləri Viktor Merdyakovla Rafael Qasımovun son fəaliyyətləri 2012-ci ildə Sparkın köhnə mahnısı olan "Хлеба кусок"ın səsyazmasının edilməsidir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]