Spartak Əliyev


Spartak Əliyev(tam adı: Spartak Əsgər oğlu Əliyev; d. 14 may 1930, Türkmənistan SSR, Bayraməli şəh.) — aqrar elmlər üzrə elmlər dok­toru.

Spartak Əliyev
Spartak Əsgər oğlu Əliyev
Doğum tarixi (93 yaş)
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Atası Əsgər Əliyev
Milliyyəti azərbaycanlı
Təhsili K.A.Timiryazev adına Lenin ordenli Kənd Tə­sərrüfatı Akademiyası (1954)
Tanınır alim
Mükafatları SSRİ Dövlət Mükafatı (1980)

Həyatı[redaktə | mənbəni redaktə et]

Spartak Əliyev 1930-cu il may ayının 14-də Türkmənistan SSR-nin Bayraməli şəhərində anadan olmuşdur.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Spartak Əliyev 1954-cü ildə K.A.Timiryazev adına Lenin ordenli Kənd Tə­sərrüfatı Akademiyasını bitirmişdir. Alimin torpaqşünaslıq, torpaq biologiyası və torpağın üzvü hissəsinin öyrənilməsində xidmətləri olmuşdur. S.Ə.Əliyev 1964-cü ildə kənd təsərrüfatı elmləri doktoru (aqrar elmlər üzrə elmlər dok­toru) elmi dərəcəsi almışdır. 1976-cı ildə isə Azərbaycan EA-nın müxbir üzvü seçilmişdir. 1967-ci ildə Azərbaycan SSR EA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Torpağın biokimyası və humus əmələgəlmənin ekologiyası labo­ratoriyasının müdiri olmuş, daha sonra 1979-cu ildən 1983-cü ilə kimi həmin institutun direktoru vəzifəsində işləmişdir.

Əsas tədqiqatları torpaqda üzvi maddələrin ekologiyası, energetikası, torpağın paramaqnit xassələri, torpağın münbitliyinin və kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılmasında bunlardan səmərəli istifadə yolları, torpaqda fermentativ proseslərin termodinamikasının öyrənilməsinə həsr olunmuşdur. Torpaqşünasların Adelaidada (1968) və Moskvada (1974) keçirilən Beynəlxalq konqreslərində məruzələrlə çıxış etmişdir.

Monoqrafiyaları və kitabları[redaktə | mənbəni redaktə et]

S.Ə.Əliyev elmi fəaliyyətini SSRİ EA-nın Sibir Şöbəsində Torpaqşünaslıq və Aqrokimya İnstitutunda davam etdirmişdir. Elmi tədqiqat işlərinin nəticəsi olaraq onun bir sıra monoqrafiyaları - "Азотофикация и физиологическая активность органического вещества почв", (Новосибирск, Из-во «Наука». Сибирское отделение АН CCP Новосибирск-1988), «Торф и его использо­вание в с/х западной Сибири» (из-во с/х Институт. Новосибирск, 1986) və "Azərbaycan torpaqlarının üzvi maddələri və münbitliyi" (Bakı, 1964), "Усло­вия накопления и природа органического вещества почв (Баку, 1966) "Экология и энергетика биохимических процессов превращения органи­ческого вещества почв” (Баку, 1978) kitabları nəşr olunmuşdur.

Mükafatları[redaktə | mənbəni redaktə et]

S.Ə.Əliyev akademik V.R.Volobuyevlə birlikdə (1974,1978,1980) torpaqşünas­lıqda yeni istiqamət - torpaqəmələgəlmənin energetikasının elmi əsaslarının işlən­məsinə görə 1980-ci ildə isə SSRİ Dövlət Mükafatına layiq görülmüşdür.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]