Spayk (TƏİR)

Spayk İsrail istehsalı 4-cü nəsil daşına bilən, atəş aç-unut prinsipi ilə işləyən tank əleyhinə idarəolunan raket kompleksidir (TƏİR). İsrailin "Rafael Advanced Defence Systems" şirkəti tərəfindən istehsal olunur. 2016-cı il məlumatlarına əsasən, Spayk ailəsinə aid təqribən 25,600 raket 25 ölkəyə satılıb ki, bu ölkələrdən biri də Azərbaycandır.

Spayk
Tipi Tank əleyhinə idarəolunan raket (TƏİR)
Ölkə
İstismar tarixçəsi
İstismar illəri 1981 - davam edir (Spayk NLOS)
1997 - davam edir
İstismara başlanması 1997
İstifadə edilən döyüşlər İkinci İntifada, Qəzzə müharibəsi, Aprel döyüşləri 2020 ikinci qarabağ müharibəsi
İstehsal tarixçəsi
İstehsalçı Rafael Advanced Defence Systems
İstehsal illəri 1981 - davam edir
Variantları Spayk-SR
Spayk-MR
Spayk-LR
Spayk-ER
Spayk NLOS
Xüsusiyyətləri
Məsafə 1.5 km (Spayk-SR)
2.5 km (Spayk-MR)
4 km (Spayk-LR)
8 km (Spayk-ER)
25 km (Spayk NLOS)
Mərminin başlanğıc sürəti 30 saniyədə atəşə hazır vəziyyətə gətirilir, hər atəşdən sonra 15 saniyə ərzində yenidən hazır vəziyyətə gətirilir
Effektiv məsafə 1.5 km (Spayk-SR)
2.5 km (Spayk-MR)
4 km (Spayk-LR)
8 km (Spayk-ER)
25 km (Spayk NLOS)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Raket hədəfi avtonom şəkildə və ya operatorun nişan alması ilə də vura bilir. İkinci halda raketin operator pultuna göndərdiyi videosiqnal əsasında qərar qəbul edilir. Operator artıq havada olan raketin uçuşu korrektə edə bilər. Görünməyən hədəflərə zərbə endirmək üçün raketə əlavə informasiya daxil olmalıdır (məsələn peyk və ya dronlardan).

Spayk-SR

"Spayk" ailəsinin ən kiçik nümayəndəsi daşınan "Spayk-SR" (Short range- kiçik məsafə) kompleksidir. Raketin buraxılışı tank əleyhinə qumbaraatanlar kimi çiyin üstündən edilir. Silahın qısa məsafəli versiyası 2012-ci ildə təqdim olunub. Çəkisi 9.8 kq olan bu raket minimum 50 m, maksimum 1.5 km arasında yerləşən hədəfləri məhv etmək üçün nəzərdə tutulub. 2016-cı ilin mayında "Rafael" şirkəti bu silahı özünün ilk xarici müştərisinə satdı.[1]

Spayk-MR

Orta məsafəli versiya olan bu raket əsas modelə daha yaxındır. 14 kq çəkisi olan bu raket isə minimum 200 m, maksimum 2500 m məsafədə yerləşən hədəfləri məhv etmək üçün nəzərdə tutulub. Əsasən xüsusi təyinatlılar tərəfindən istifadə olunur.[2]

Spayk-LR

Uzun məsafəli versiya. Raketin çəkisi 14 kq, ümumi sistemin çəkisi isə 45 kq-dan azdır. Maksimum atış məsafəsi 4 km olan bu raket əsasən piyada qoşun tərəfindən istifadə olunur və ya yüngül döyüş maşınlarının üzərinə quraşdırıla bilər. Zirehi dəlmə qabiliyyəti 700 mm-dən çoxdur.[3] 2014-cü ilin əvvəllərində "Rafael" şirkəti bu variantın atış məsafəsinin 5 km-ə qaldırıldığını və yüngül helikopterlərə quraşdırmağın da mümkün olacağını açıqladı.[4]

Spayk-ER

Silahın ekstra-uzun məsafəli versiyası. Həmçinin NT-Dandy və ya NT-D olaraq da tanınır. Atış məsafəsi minimum 400 m, maksimum 8 km təşkil edir. Adətən maşınların üzərində quraşdırılan bu sistem digərlərindən daha ağır olması və diametrinin daha böyük olması ilə fərqlənir. Raketin bu variantı piyadalar, yüngül zirehli maşınlar və helikopterlərə quraşdırıla bilər. Raketin çəkisi 34 kq, buraxıcı qurğunun çəkisi 30 kq, helikopter versiyasının çəkisi isə 55 kq-dır. Zirehi dəlmə qabiliyyəti 1,000 mm-dir.[5]

Spayk NLOS

Ultra-uzun məsafəli bu raketin maksimum atış məsafəsi 25 km-dir. Görünüş zonasından uzaqda qalan hədəfləri vurmaq üçün nəzərdə tutulub. Spaykın digər variantlarından nəzərə çarpacaq dərəcədə böyük olan bu variantın ümumi çəkisi təqribən 70 kq-dır. Hədəfi 95% dəqiqliklə vuran Spayk NLOS həm yerdən, həm də helikopterdən atıla bilər. Raketlərdə kumulyativ, yaxud fuqas tipli döyüş başlığından istifadə oluna bilər. Yom Kippur müharibəsi bir daha göstərdi ki, döyüş zamanı idarə olunan taktiki yer-yer tipi raketlərin olması çox vacibdir. Kod adı Tamuz olan ilk variant 1981-ci ildə xidmətə daxil oldu, lakin, 2011-ci ilə qədər ictimaiyyətə təqdim olunmadı.[6]

Mini-Spayk

2 sentyabr 2009-cu ildə Spayk ailəsinin yeni üzvü olan Mini-Spayk təqdim olundu.[7] Əsasən şəhər döyüşləri üçün hazırlanmış bu variantın atış məsafəsi 1.3-1.5 km arasındadır. 2016-cı ildən etibarən bu variantın istehsalı dayandırıldı.

Azərbaycan ordusu tərəfindən Aprel döyüşlərində istifadə olunub. 2017-ci ildə Azərbaycan ordusu Qarabağda bir Spayk raketi vasitəsilə Ermənistana aid Osa HHM vasitəsini vurduqdan sonra Ermənistan ordusu cəbhə boyunca bütün zirehli və zirehsiz texnikalarını, o cümlədən HHM vasitələrini 8 km geriyə çəkməyə məcbur oldu.[8]

İstifadəçilər

[redaktə | mənbəni redaktə et]
"Spayk" istifadəçiləri.
  1. http://www.defensenews.com/story/defense/air-space/strike/2016/06/14/rafael-spike-sr-anti-tank-missile/85863524/
  2. "Arxivlənmiş surət". 2011-10-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-05-20.
  3. "Arxivlənmiş surət" (PDF). 2008-11-16 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2017-05-20.
  4. "Arxivlənmiş surət". 2017-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-20.
  5. https://web.archive.org/web/20081116122311/http://www.rafael.co.il/marketing/SIP_STORAGE/FILES/6/606.pdf
  6. "Arxivlənmiş surət". 2012-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-20.
  7. "Arxivlənmiş surət". 2017-11-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-05-20.
  8. "Ermənistanın növbəti SPİKE dezinformasiyası: Bəs məhv edilən texnikalar niyə təqdim edilmir?". 2020-08-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-08-08.