Spermatozoid (yun. σπέρμα, σπέρματος) — ailə, yun. ζωή — həyat) — erkək qamet, qadın cinsiyyət qameti – yumurta hüceyrəsini mayalandırmağa xidmət edən kişi cinsiyyət hüceyrəsi. Yumurta hüceyrəsindən qat-qat kiçikdir. Spermatozoidlərin toxum şirəsi ilə qarışığı sperma adlanır.
Spermatozoid | |
---|---|
| |
| |
Latınca | spermiusmatro |
Qrey | subyekt 258 1243 |
Sistem | Sidik-cinsiyyət – lat. Systema urogenitale – BNA |
Üzv | Kişi cinsiyyət – lat. Organa genitalia masculina |
MeSH | Spermatozoa |
Dorlands/Elsevier | Spermatozoa |
Vikianbarda əlaqəli mediafayllar |
Tipik spermatozoid baş, gövdə və quyruq hissədən ibarətdir. Baş hissədə xromosom daşıyıcısı hüceyrə nüvəsi, yumurta hüceyrəsinin divarını əritmək üçün lazım olan litik ferment ilə dolu akrosoma və sentriol yerləşmişdir. Baş və gövdə arası boğazcıqda adətən mitoxondrion və spiral mitoxondriya yerləşir. Quyruqcuq hərəkət funksiyası yerinə yetirir.
bir çox heyvanların spermatozoidləri atipik qurluşa malikdirlər. Amma kənaraçıxmalar da mövcuddur: akvarium balığı tetradon iki quyruqlu spermatozoidlərə malikdir, tritonlarda spermatozoidin quyruğu üzgəclidir, bəzi kisəli heyvanlarda spermatozoidlər ikiləşmiş olub cüt şəkildə sinxron hərəkət edirlər və yumurta hüceyrəsinə çatarkən ayrılmış olurlar. Spermatozoidlər mikroskopik ölçüdə olub onların uzunluğu 10 dan 100 mikronadək ola bilir. Siçan spermatozoidi insan spermatozoidindən 1,5 dəfə böyük ölçüyə malikdir. triton spermatozoidi insanınkindən bir neçə dəfə böyükdür.
İlk dəfə 1677 ci ildə insan spermatozoidi holland mikroskopisti Anton van Levenhuk tərəfindən təsvir edilmişdir. Formal olaraq spermatozoidlərin kəşfi Yohan Hama məxsus olsa da Anton van Levenhuk ilk olaraq spermatozoidin şəklini çəkərək təsvir etmiş, və göstərmişdir ki, bu "toxum heyvancıqları" mayalanmada iştirak edirlər. Buna baxmayaraq demək olar ki, bir əsrə qədər belə hesab edilirdi ki, spermada tapılan bu "toxum heyvancıqları" parazit orqanizmlərdir və mayalanma bilavasitə toxum şirəsi hesabına baş verir. "Spermatozoid" termini ilk dəfə elmə XIX əsrin əvvəllərində Sankt Peterburq akademiyasının mənşəcə alman olan akademiki Karl Ernst fon Ber tərəfindən gətirilmişdir.
İnsan spermatozoidi quruluşundan doğan funksiyaya malik xüsusi hüceyrədir. Onun funksiyası, qadın cinsiyyət yolunu yumurta hüceyrəsinə qədər qət edərək, ona kişi genetik materialını daşımaqdan ibarətdir. Spermatozoid yumurta hüceyrəsinə daxil olaraq onu mayalamış olur. İnsan orqanizmin ən xırda hüceyrəsi sayılan spermatozoid 55 mkm uzunluqdadır. Spermatozoidin başı 5,0 mkm uzunluğa, 3,5 mkm eninə və 2,5 mkm hündürlüyə malikdir.
Ellepsoid formalıdır, kənarları büzük, bir tərəfi çuxuqdur. Bəzən onu qaşıqla da müqayisə edirlər. Aşağıdakı hüceyrə elementlərinə malikdir:
Başın gövdəyə keçən hissədə daralma qeyd olunur ki, buna boğazcıq deyilir. Gövdənin mikroborucuq skletinin ətrafında spiral formalı mitoxondrilər yerləşmişdir. Burada spermatozoidin hərəkətliliyi üçün lazım olan enerji ATF sintezindən alınır. Gövdədən sonra gələn hissə quyruqdur. Quyruq gövdədən uzun olub spermatozoidin hərəkətverici qüvvəsi sayılır.
Spermotozoid quyruqcuğun köməyi ilə öz boylama oxu ətrafında fırlanaraq hərəkət edir. Onun sürəti 0,1 mm/san və ya təqribən saatda 30 sm-dir. Insanda eyakulyasiyalı koitusdan 1–2 saat sonra spermatozoidlər uşaqlıq borularının, mayalanmanın baş verdiyi, ampulyar hissəsinə yetişmiş olurlar. İnsanın orqanizmində spermatozoidlər qeyri aktiv formada olurlar. Onların aktivliyi prostat şirəsinə qarışdıqdan sonra oradakı fermentlərin təsirindən baş verir. Onların qadın cinsiyyət yolundakı hərəkəti müstəqil şəkildə, maye axınının əks istiqamətində olur. Mayalanma üçün spermatozoid 20 sm məsafə (servikal kanal – 2 sm, uşaqlıq boşluğu – 5 sm, uşaqlıq boruları – 12 sm) qət etməlidir.
İnsan orqanizmində spermotozoidlər yetişdiyi gündən başlayaraq 30–64 gün həyat qabiliyyətli olurlar. Eyakulyasiyadan sonra mühitdən asılı olaraq 24 saat sağ qala bilirlər. Uşaqlıq dəhlizində spermatozoidlər bir neçə saata məhv olurlar. Uşaqlıq boynunda, uşaqlıqda və uşaqlıq borusunda 3 günə qədər sağ qala bilirlər.