Anton van Levenhuk

Anton van Levenhuk (nid. Antoni van Leeuwenhoek; 24 oktyabr 1632[1][2][…], Delft, Yeddi Birləşmiş Əyalət Respublikası[3]26 avqust 1723[1][2][…], Delft, Yeddi Birləşmiş Əyalət Respublikası[3]) — mikroskop konstruktoru, elmi mikroskopiyanın – mikrobiologiyanın əsasını qoymuş, öz mikroskopu vasitəsilə bir çox canlıların müxtəlif strukturlarını öyrənmiş holland təbiətşünası. 1680-ci ildən London Kral Cəmiyyətinin üzvü olmuşdur.

Antoni van Levenhuk
nid. Antoni van Leeuwenhoek
Anton van Levenhuk
Anton van Levenhuk
Doğum tarixi 24 oktyabr 1632(1632-10-24)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 26 avqust 1723(1723-08-26)[1][2][…] (90 yaşında)
Vəfat yeri
Elm sahəsi Mikrobiologiya
Tanınır İbtidailərin, eritrositlərinbakteriyaların mövcudluğunu ilk dəfə təsvir etmişdir.
Üzvlüyü
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Levenhuk mikroskopu

Anton van Levenhuk 1632-ci ildə Niderlandın Delft şəhərində orta sinifə aid səbət ustası Filips Toniszonun (nid. Philips Thoniszoon) ailəsində anadan olmuşdur. Anton özünə evinin yaxınlığında yerləşən "Şir darvazası"nın nid. Leeuwenpoort adına "huk" (nid. hoek mənası künc, bucaq, tin deməkdir) hissəciyi əlavə etməklə soyadı götürmüşdür.

Anton 6 yaşında olarkən atası vəfat edir. Anası Marqaret van Berç nid. (Grietje van den Berch) onu Leyden ətrafındakı gimnaziyaya oxumağa göndərir. Əmisi ona riyaziyyatfizikadan dərs vermişdir. 1648-ci ildə Anton mühasibatçılıq oxumaq məqsədi ilə Amsterdama gələrək oxumaq əvəzinə qalanteriya dükanında işə düzəlir. 1723-cü ildə vəfat edir. O, Delfin qədim kilsəsində dəfn edilmişdir.

Mikroskopun icadı və təkmilləşdirilməsi

[redaktə | mənbəni redaktə et]

1665-ci ildə dərc olunmuş Robert Hukun "Mikroqrafiya" (ing. Micrographia) əsərini oxuduqdan sonra, onda ətraf mühitin linza vasitəsilə öyrənilməsinə maraq yaranmış, italyan bioloq-həkimi Marçello Malpigi ilə birlikdə zooloji tədqiqatlarda mikroskopdan istifadə etməyə başlamışlar.

Cilalayıcı sənətinə yiyələnərək Levenhuk linzalar hazırlamağa başlayır. Həyatı boyu o, 300 dəfə böyüdücülük qabiliyyətinə malik 250 linza hazırlamışdır. Levenhuk öz hazırladığı linzaları metal eynəkliklərə quraşdıraraq dövrünün ən müasir mikroskopunu yaratmış və onun köməyi ilə bir sıra kəşflər etmişdir.

Göyrüş ağacının mikroskopik qurluşu.

Anton van Levenhuk nəzəri savada malik olmasa da böyük praktik təcrübəyə malik olmuşdur. Latın dilini bilməməsi ucbatından öz təcrübə və tədqiqatlarını elmi şəkildə təbliğ edə bilməmişdir. Buna görə də 1673-cü ilə kimi dünya onun işlərindən tam xəbərsiz olmuşdur. 1673-cü ilin aprel ayında London Kral Cəmiyyətinin üzvü Delftli Reyner De Graaf Levenhukun yaratmış olduğu mikroskop haqqında ilk məlumat vermişdir. Bu vaxtdan etibarən Levenhuk öz işlərini London Kral Cəmiyyətinə göndərmək imkanı əldə edir. O, Britaniya kraliçası Anna, rus çarı I Pyotr ilə görüşmək imkanı əldə edir.

Anton van Levenhuk həddən ziyadə səbrli və səliqəli müşahidə qabiliyyətinə malik olmuşdur. O, öz mikroskopu vasitəsilə insan tükündən tutmuş it spermasına kimi materialları; yağış damcısı və kiçik həşəratları; əzələ liflərini, dəri fraqmentlərini belə müşahidə etmişdir. Levenhuk bütün müşahidələrini ardıcıllıqla yazıya köçürmüş və onların səliqəli təsvirlərini çəkərək göstərmişdir. O, bu müşahidələrini məktub vasitəsilə London Kral Cəmiyyətinə və bir çox alimlərə göndərmişdir. 1673-cü ildə Levenhuk tam təhsilinin olmamağına və holland dilindən başqa heç bir dil (xüsusən də ingilis) bilməməsinə baxmayaraq inadkarlıqla London Kral Cəmiyyətinə öz tədqiqatları haqqında məktubla məlumatlar göndərmişdir. Lakin, onun bu tədqiqatlarına şübhə ilə yanaşıldığından Qrü Neemiyanın başçılığı altında bir qrup alim Delftə gələrək işlərlə yerində tanış olurlar. Nəhayət, Levenhuk 8 fevral 1680-cı ildə "London Kral Cəmiyyətinə" üzv və sonradan "Paris Elmlər Akademiyası"nın müxbir üzvü seçilmiş olur.

O, ilk olaraq spermatozoid (1677) və eritrositləri aşkar etmiş və onların təsvirini vermişdir. O, özü-özünə törəmə nəzəriyyəsini saysız sübutlarla inkar etmişdir. O, göstərmişdir ki, bitlər də digər həşəratlar kimi çoxalma qabiliyyətlidirlər. Levenhuk bəşər tarixində ilk konstruktiv kəşf sayılan bakteriyanı (1674) aşkar etmiş, sadə su damcısından bu kiçik canlıların böyük bir aləmini üzə çıxartmışdır. O, ilk dəfə olaraq üç bakteriya formasını: basill, kokk və spiraxetaları müəyyən etmişdir.

  • nid. Sendbrieven ontleedingen en ontkellingen etc., (16851718)
  • lat. Opera omnia s. arcana naturae, (1722)
  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Anthony van Leeuwenhoek // Anthony van Leeuwenhoek. 2009.
  3. 1 2 3 4 Левенгук Антони ван // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  • M. Leewenhoeck and Regnerus de Graaf: A Specimen of Some Observations Made by a Microscope, Contrived by M. Leewenhoeck in Holland, Lately Communicated by Dr. Regnerus de Graaf. Phil. Trans. January 1, 1673 8:6037-6038; DOI:10.1098/rstl.1673.0017 (Tam mətni)
  • Antony van Leewenhoeck: Observations, Communicated to the Publisher by Mr. Antony van Leewenhoeck, in a Dutch Letter of the 9th of Octob. 1676. Here English'd: concerning Little Animals by Him Observed in Rain-Well-Sea. and Snow Water; as Also in Water Wherein Pepper Had Lain Infused. Phil. Trans. 1677 12:821-831; DOI:10.1098/rstl.1677.0003 (Tam mətni)
  • Mr. Leewenhoecks: Mr. Leewenhoecks Letter Written to the Publisher from Delff the 14th of May 1677, Concerning the Observations by him Made of the Carneous Fibres of a Muscle, and the Cortical and Medullar Part of the Brain; as Also of Moxa and Cotton. Phil. Trans. 1677 12:899-895; DOI:10.1098/rstl.1677.0027 (Tam mətni)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]