Spiraea × arguta

İtidişli topulqa (lat. Spiraea × arguta) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin topulqa cinsinə aid bitki növü.

İtidişli topulqa
Elmi təsnifat
Beynəlxalq elmi adı
  • Spiraea ×arguta

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Aralıq dənizyanı ərazilərdə yayılmlşdır.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 2 metr olan enli, dağınıq çətirli koldur, qışda yarpaqlarını tökür. Yarpaqları ensiz, neştərvari, 4 sm uzunluğunda, tünd yaşıldır. Çiçəkləri ağ, çətirvari çiçək qrupundan toplaşır, diametri 1 sm-ə qədərdir və kütləvi çiçəkləmə dövründə kolu örtür. May ayında çiçəkləyir.

Şəhər şəraitinə dözümlüdür.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Böyük Qafqazda təbii halda rast gəlinir. Bakı Mərkəzi Nəbatət bağına, Mərdəkan dendroloji bağına introduksiya edilmişdir.

Bakı və Abşeron yarımadasının park və bağlarında yaşıllıqlarda istifadə edilir. Bəzək bağçılığı üçün perspektivli dekorativ koldur.