Duqlas topulqası (lat. Spiraea douglasii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin topulqa cinsinə aid bitki növü.
Duqlas topulqası | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Duqlas topulqası |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Cənubda, Şimali Amerikada yayılmışdır.
Düz dayanan gövdələri və uzunmüddətli (45 günədək) çiçəkləməsi olan, yarpağı tökülən koldur. Zoğları tükcüklü və çox möhkəmdir. Parlaq yaşıl yarpaqları orta ölçülü, uzunsov, mərkəzinədək bütöv, yuxarı hissəsində dişli, alt tərəfdən bir az tükcüklü və gümüşüdür. Bənövşəyi-çəhrayı çalarlı, möhkəm, ensiz-piramidal, uc çiçək qruplarına yığılmış çiçəkləri vardır. Çiçəkləri çox xırda, ancaq çox, konusşəkilli süpürgələri 10-18 sm-dir. Çiçək qrupunun uzunluğu becərilmə şəraitindən asılıdır. Çiçəkləməsi iyulda başlayır və yayın axırlarınadək davam edir. Meyvələri sentyabrda yetişir. Kol tez böyüyür və üç yaşından çiçəkləməyə başlayır.
Qışa yüksək davamlılığa malikdir.
Respublikamızda bəzi rayonlarda mədəni şəraitdə becərilir.
Gözəl, dekorativ koldur. Canlı hasarlarda park və bağlarda becərilir.