Orta topulqa (lat. Spiraea media) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin topulqa cinsinə aid bitki növü.
Orta topulqa | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Orta topulqa |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Rusiyanın şimal-şərq hissəsi, Sibrin cənubu, Uzaq Şərq və Orta Asiyada bitir.
Hündürlüyü 2 m, diametri 1,2 m, yumru, möhkəm çətirli, uzunsov-ellipsvari, parlaq yaşıl, uzunluğu 5 sm-dək olan yarpaqlı, çoxbudaqlı koldur. Yarpaq ayası yuxarı hissədə 2-4 iri dişlidir. Zoğları yumru, qonurtəhər, pulcuqlu qabıqlıdır. Çiçəkləri ağ, qalxanvari çiçək quruplarında yerləşir. Mayda 15-20 gün ərzində çiçəkləyir. 4 yaşından çiçəkləyir və meyvə verir. Meyvələri avqustda yetişir.
İşıqsevəndir. Kolluqlarda, quru yamaclarda rast gəlinir. Qışa, quraqlığa, qaza davamlı bitkidir, kölgələnməyə dözür.
Azərbaycanın bəzi rayonlarında mədəni şəraitdə becərilir.
Tək və qrup əkinlərində istifadə olunur.