Sputnik böhranı

Sputnik böhranı (ing. Sputnik Crisis, rus. Спутниковый кризис) — 1957-ci il 4 oktyabrda Sovet İttifaqının kosmosa atdığı Sputnik süni peykindən sonra ABŞSSRİ arasında baş verən böhran. Kosmik yarış bu böhranla başlamışdır.[1]

1950-ci illərin əvvəlində həm ABŞ, həm də SSRİ kosmosa ilk süni peyki buraxmaq üçün bir-biri ilə yarışa girmişdilər. İki dövlətin uğursuz sınaqlarından sonra heç gözlənilməz bir zamanda SSRİ, bir basketbol topu böyüklüyündə 85 kq ağırlığında olan Sputnik-1 peykini orbitə qaldırıldığını açıqladı. Bu ABŞ üçün tam olaraq şok oldu. Bu hadisə həm kosmos texnologiyası yarışında geridə qalmaq demək idi, həm də daha vacib olanı, bu sınağı müvəffəqiyyətlə həyata keçirən Sovetlərin nüvə silahını ABŞ üzərinə göndərəcəyi paranoyası bütün amerikalıları təşvişə salan məsələyə çevrilmişdi. Bundan dərhal sonra, ABŞ bir sıra atışı daha sınaqdan keçirdi, ancaq heç birində müvəffəqiyyət qazanmadı. Sovetlər, 1957-ci il 3 noyabrda tarixində isə kosmosa gedən ilk canlı olan Layka adlı iti daşıyan Sputnik-2 peykini də uğurla atdı. Bu, Kosmos Dövrünü açmaq yarışını Sovetlərin qazandığı mənasına gəlirdi.[2]

  • 1957-ci il 4 oktyabr SSRİ: Sputnik-1 (83.6 kg) atıldı
  • 1957-ci il 3 noyabr SSRİ: Sputnik-2 (508.3 kg) Layka ilə birlikdə atıldı
  • 1957-ci il 6 dekabr ABŞ: Vanguard TV-3 çıxış platformasında partladı
  • 1958-ci il 3 fevral SSRİ: Sputnik-3 sınağı uğursuzluqla nətiçələndi
  • 1958-ci il 5 fevral ABŞ: İkinci Vanguard sınağı uğursuzluqla nətiçələndi
  • 1958-ci il 5 mart ABŞ: Explorer-2 sınağı uğursuzluqla nətiçələndi
  • 1958-ci il 17 mart ABŞ: Vanguard 1 (1.47 kg) atıldı
  • 1958-ci il 26 mart ABŞ: Explorer-3 orbitdə
  • 1958-ci il 28 aprel ABŞ: Üçüncü Vanguard sınağı uğursuzluqla nəticələndi
  • 1958-ci il 15 may SSRİ: Sputnik-3 (1,327 kg) orbitdə
  • 1958-ci il 17 may ABŞ: Vanguard sınağı dördüncü səfər də uğursuzluqla nəticələndi
  • 1958-ci il 26 iyun ABŞ: Vanguard beşinci səfər yenə də uğursuzluqla nəticələndi
  • 1958-ci il 26 iyul ABŞ: Explorer 4 orbitə girdi və Van Allen Qurşaqlarını xəritəyə daxil etdi
  • 1958-ci il 24 avqust ABŞ: Explorer 5 sınağı dördüncü səfər uğursuzluqla nəticələndi
  • 1958-ci il 26 sentyabr ABŞ: Vanguard sınağı altıncı səfər də uğursuzluqla nəticələndi
  1. "Some History of the Department of Astronomy". University of Illinois at Urbana-Champaign. 2007-05-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-07-25.
  2. Macdougall. "The Leak Prosecution That Lost the Space Race". 15 Avqust 2016. 2016-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-25.