Squalius cephalus

Qafqaz enlibaşı (lat. Squalius cephalus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çəkilər fəsiləsinin enlibaş cinsinə aid heyvan növü. Az saylı, yerli (aborigen) növdür.

Qafqaz enlibaşı
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Yarımtip:
Ranqsız:
Yarımsinif:
Dəstəüstü:
Ranqsız:
Ranqsız:
Fəsiləüstü:
Fəsilə:
Yarımfəsilə:
Növ:
Qafqaz enlibaşı
Beynəlxalq elmi adı
  • Squalius cephalus

Xarakterik morfoloji əlamətləri

[redaktə | mənbəni redaktə et]

Ağzı ucda, yarım aşağıda və ya aşağıda olur. Bədəni iri və ya xırda pulcuqlarla örtülü olur. Cinsi dimorfizm zəif inkişaf etmişdir. Azərbaycan sularında yaşayan enlibaşların uzunluğu 45.0 sm, kütləsi 1 kq-a qədər olur.[1]

Yaşayış yeri və həyat tərzi

[redaktə | mənbəni redaktə et]

Şirin su balığı olub, başlıca olaraq, bulaq mənşəli, zəif axan çaylarda və su bitkilərinin gur inkişaf etdiyi durğun sularda yaşayır. Orta ömrün uzunluğu 7-il olub, cinsi yetkinliyə erkəklər 2, dişilər 3 yaşında çatır. Fərdi inkişaf forması tam çevrilmə, həyat sikli kürü-sürfə-körpə-yetgin fərd şəklində olur.

Azərbaycanda 1 yarımnövü (Leuciscus cefalus orientalis, Nordman, 1840) yayılmışdır. Azərbaycanın Şimal-Şərq və Cənub-Şərq bölgəsindən axan çaylarda, Kür-Araz hövzəsində yayılmışdır. Leuciscus cephalus növünün dünyada 11 yarımnövü yaşayır ki, onlardan yalnız biri (Leuciscus cephalus orientalis, Nordman, 1840) Azərbaycanın su hövzələrində yayılmışdır.[2]

Cinsi statusu və çoxalma xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Çoxalması kürüləmə yolu ilə olur. Kürüsünü hissə-hissə, su bitkilərin üzərinə tökür. Çoxalması suyun temperaturu 15.00 - 21.00C dərəcə olduqda aprel ayının sonlarından iyun ayının sonlarına qədər davam edir. Reproduktivliyin forması kürü şəklində olur. Məhsuldarlığı 4.7 mindən 118,0 min ədəd kürü arasında dəyişir.[1] Cinsiyyət yetkinliyinə çatdıqdan sonra demək olar ki, hər il kürü tökür. Yaşadığı mühit şəraitindən asılı olaraq bəzən kürü tökmür.

Körpə fərdləri su cücülərinin sürfələri, balıq kürüsü, sapşəkilli yosunlar, yetkin fərdləri isə balıq körpələri, yaşıl yosunlar, su cücüləri, əsasən gündəcə, bulaqçı sürfələri və molyusklarla qidalanır.

İnsan həyatına təsiri

[redaktə | mənbəni redaktə et]

Əmtəə keyfiyyəti olsa da, azsaylı olduğundan vətəgə əhəmiyyəti daşımır. Ziyanvericilik xüsusiyyətləri yoxdur.

Qəbul edilmiş və qəbul edilməsi vacib olan mühafizə tədbirləri

[redaktə | mənbəni redaktə et]

Balıqçılıq haqqında qanun qəbul edilmişdir. Su hövzələrinin çirkləndirilməsinin qarşısı alınmalıdır.

  1. 1 2 Y.Ə.Əbdürrəhmanov. Azərbaycan faunası (Balıqlar). VII cild. Bakı: Elm, 1966, 224 s.
  2. Кулиев З.М. Рыбы Залива Кирова Каспийского моря. Баку, Элм, 1989, 184 с.