Eidos Interactive (deyilişi /ˈaɪdɒs/, eye-dos) – mərkəzi ofisi İngiltərədə yerləşən, oyun yaradan və nəşr edən şirkət. Hal-hazırda Square Enix şirkətinin tərkib hissəsidir. Eidos – həmçinin həyat bloklarının genetik koduna, Aristotel tərəfindən qoyulan addır.
"Eidos Interactive" | |
---|---|
Ümumi məlumatlar | |
Tipi | Fərdi şirkət |
Sənaye | Oyun sənayəsi |
Məhsulları |
Tomb Raider seriyaları Hitman seriyaları Kane & Lynch Thief seriyaları Championship Manager seriyaları Legacy of Kain seriyaları |
Təsis tarixi | 1990 |
Baş qərargahın yeri | London, İngiltərə |
İqtisadi göstəriciləri | |
Ümumi gəliri | £179.1 milyon (2006) |
Xalis mənfəəti | £8.1 milyon (2006) |
Əməliyyat mənfəəti | £28.8 milyon (2006) |
Struktur | |
İşçi sayı | 600 |
Ana şirkət | Square Enix |
Rəhbərlik | |
Təsisçi | Stiven Bernard Striter |
www.eidos.com |
Eidos Interactive – in ABŞ, Kanada, Almaniya, Fransa, Avstraliya və Yaponiya da filialları vardır.
Eidos 22 aprel 2009-cu ildə rəsmən Square Enix şirkətinin bir hissəsi olub. Square Enix Avropa filialının yenidən təşkilatlanmasından sonra Eidos Interactive yeni yaradılacaq Square Enix Europe adı altında birləşdiriləcəkdir.[1]
Sonradan Eidos-un ana şirkətinə çevrilən Eidos plc 1990-cı ildə təsis edilmişdir və Acorn Archimedes kompyuterləri üçün video sıxılması və nizamsız montaj üzrə ixtisaslanmışdır. Şirkət London fond birjasında dövr edirdi.
Səhmlərin kəskin yüksəlişindən və hüquqlara dair suallardan sonra şirkət oyun sektorunda bir sıra böyük udmalar etdi. Nəticədə 1995-ci ildə Domark Group Limited (Domark), Simis və Big Red Software kimi videooyun şirkətləri Eidos tərkibinə salındı. O dövrdə Domark 3D Construction Kit ,Championship Manager , Hard Drivin' və bir sıra başqa oyunlara görə məşhurluq qazanmışdır. Şirkətin Eidos tərkibinə qatılması ilə birlikdə oyunlara bütün haqqlar da ana şirkətə məxsus oldu. 1990-cı ildə Eidos Interactive dünyada ən sürətli inkişaf edən şirkət idi.
3 avqust 2004-cü ildə Wall Street Journal jurnalı tərəfindən bir neçə şirkətin Eidos-u əldə etməkdə maraqlı olduğu haqda məlumat dərc edir. 2005-ci ildə Eidos özünün hesabatında etiraf edir ki, şirkətin gəliri £11.9 milyon azalıb və bununla da vergi borcu iki dəfə qalxaraq £29 milyon təşkil edib.
21 mart 2005-ci ildə keçmiş Electronic Arts studiyası olan Elevation Partners şirkəti tərəfindən Eidos-un alınması ilə bağlı təklfi gəlir. Təklif edilən məbləğ £71 milyon idi. Bir gün sonra 22 mart Eidos ikinci təklif alır. Bu dəfə təklifi Britaniya oyun hazırlayan SCi Entertainment verir. Ümumi dəyər £74 milyon dəyərləndirilir. Sonradan Elevation Partners öz təklifini geri götürür və SCi tərəfindən udulma maniəsiz həyata keçirilir.
2009-cu ilin fevral ayında Square Enix, Eidos-u £84 milyona əldə edəcəyi haqda razılıq alır.[2] Səhmdarların razılığı ilə Eidos rəsmən 22 aprel 2009-cu ildə Square Enix-in bir hissəsi olur. Baxmayaraq ki, Square Enix şirkətin adının dəyişilməz qalacağı və onun daxili işlərinə qarışmayacağını demişdir – bu yaxınlarda məlum oldu ki, Eidos yeni yaradılacaq Square Enix Europe tərkibinə daxil olacaq və bu şirkət adı ilə heç bir oyun daha yaradılmayacaq. Şirkət tərəfindən axırıncı nəşr 2010-cu ildə olacaqdır.
Core Design in İngiltərə, 1988-ci ildə təsis edilib. 1996-cı ildə Eidos tərəfindən udulub. 2006-cı il may ayının 11-i qapadılıb.