Kane & Lynch: Dead Men

Kane & Lynch: Dead Men (azərb. Keyn və Linç: Ölümə məhkumlar‎) — IO Interactive tərəfindən yaradılan və üçüncü-şəxs atıcı janrında olan oyun. Geympleydə iki nəfər, bir-birindən xasiyyətcə tamamilə fərqli qəhrəmanların birgə hərəkətləri ideyası dayanır. PC ilə yanaşı oyun həmçinin PlayStation 3, Xbox 360 və mobil telefonlar üçün buraxılıb. Videooyun sənayəsində ən keyfiyyətli və təsirli oyunlardan biri olmuş və yüksək rəy alaraq ikinci hissəsi yaradılmışdır.

Kane & Lynch: Dead Men
Loqonun şəkli
Keyn və Linç
Keyn və Linç
Hazırlayan IO Interactive
Yayımlayan Eidos Interactive
Buraxılış tarixi
  • ŞA: 14 noyabr 2007
  • AV: 23 noyabr 2007
  • AVA: 6 dekabr 2007
Janrlar Üçüncü-şəxs atıcı
Yaş reytinqləri ESRB: M
Bəstəkarlar Yesper Kid
Texniki məlumat
Platformalar Xbox 360, PlayStation 3, Microsoft Windows
Mühərriklər Glacier Engine (Havok fizikası ilə)
Oyun rejimləri Birnəfərli oyun, Multipleyer, Kooperativ oyun
İnterfeysin dili ingilis dili[1], fransız dili[1], alman dili[1], italyan dili[1], ispan dili[1]
Daşıyıcılar Blu-ray Disc, DVD
Sistem tələbləri

Minimal sistem tələbləri:

  • Windows XP SP2, Windows Vista
  • 2.0 GHz Intel Pentium 4 və ya AMD Athlon XP 1800+
  • 2.0 GHz Intel Pentium 4 və ya AMD Athlon XP 1800+
  • 1.0 GB RAM
  • 128 MB NVIDIA 6600 və ya ATI X1300 və ya better
  • DirectX 9 compatible sound card
  • 7.0 GB boş sərt disk sahəsi
  • DirectX 9.0c
İdarəetmə Qeympad, klaviatura, mauscoystik
Rəsmi saytı

Bütün birnəfərli oyun iki əsas qəhrəmanın sıx əməkdaşlığı ilə gedir. Oyun boyu oyunçu Keyni, süni intellekt isə Linçi idarə edir. Kane & Lynch-də həmçinin kooperativ oyun imkanı da var ki, burada qəhrəmanların hər ikisini oyunçular idarə edir. Fərdi kompüterdə birgə oyun ən azı bir Xbox 360 kontrolleri olduqda mümkündür. Yaradıcıların əsas ideyası qəhrəmanların xasiyyətini oyundakı hərəkət tərzinə keçirməkdir. Keyn – soyuq və ehtiyatlı, muzdlu qatil olduğu halda Linç – mütəşəkkil cinayətkarlıqda keçmişi olmayan, çox əsəbi və idarəedilməz təcavüzkarlıq əlamətlərindən əziyyət çəkən adamdır. Bütün oyun boyu Keyn və Linç bir-biri ilə mübahisə etməkdən əl çəkmirlər.

Keyn, Linç və Yoko

Oyunçu tapşırığı yoxlamayanadək və ya gülləsi bitməyənədək ekranda heç bir indikator olmur. Baş qəhrəmanın sağlamlıq vəziyyətini yalnız qırmızı çalar və ekranın əyilməsi ilə müəyyən etmək olar. Sağlamlığı bərpa etmək üçün bir neçə saniyə zədələrdən qaçmaq yetərdir. Əgər oyunçunu ağır yaralayıblarsa, ortaq qısa zaman ərzində birinciyə adrenalin inyeksiyası vurmalıdır. Həddindən artıq böyük doza baş qəhrəmanın ölümünə səbəb olur. Kompüter ortaqlarına daima inyeksiya yeritmək olar.

Həmçinin oyunda demək olar ki, güllə ehtiyacı yoxdur. Güllələri ortaqlardan və ya ölülərdən götürmək olar. Baş qəhrəmanın dostları məhdud sayda ona istənilən kalibrdə güllə verə bilərlər.

Bütün süjet boyu oyunçu heç bir yerdə tək olmur. Hər mərhələdə Keyn və Linç bir yerdə olurlar. Hərdən başqa dost personajlar da rast gəlinir. Ortaqla idarə etmək üçün üç əmr mövcuddur — hücum etmək, oyunçunu izləmək və müəyyən nöqtəyə hərəkət etmək.

Baş qəhrəman tullana bilmir, ancaq hündür olmayan əşya və ya maneələrə çıxa bilir. Oyunda yüksək hündürlükdən iplə düşmək imkanı var. Döyüşün ən əsas elementlərindən biri müxtəlif əşyalar arxasında gizlmənmək, oradan nişanlı və ya gözüyumulu atəş açmaq imkanlarıdır.

Kane & Lynch-də mərhələlər olduqca nizamlıdır. Hərdən taktiki yanaşmalar da olur — düşmənin üzərinə hücum etmək, cinahdan keçmək və s. Bütün oyun boyu yalnız iki yerdə sakit hərəkət etmək olur və lazımdır. Bunun üçün Keyn əlində ülgüclü beşbarmaq gəzdirir. Oyunçu axırıncı mərhələyə qədər süjet xəttinə təsir edə bilmir. Yalnız axırda sonluğu seçmək oyunçuya həvalə edilir.

Kane & Lynch-də personajların keçmişi haqda çox az deyilir. Əsas məlumatı rəsmi saytdan və ya oyun dərsliyində tapmaq olar.

Adam "Keyn" Markus (ingiliscə Adam "Kane" Marcus) Oyundakı hadisələrdən on dörd il əvvəl Keyn adi, təmiz vətəndaş idi. Onun qanuni işi və ailəsi vardı: həyat yoldaşı, oğlu və qızı. Bir gün onun azyaşlı oğlu tapançasını tapır və təsadüfən özünü öldürür. Bu hadisədən sonra Keyn ilə həyat yoldaşının bütün əlaqələri kəsilir o, evi tərk edir və bir müddət sonra "Yeddilər" sırasına daxil olur. Nə oyunda, nə də dərslikdə Keynin bu addımı nə üçün atdığı haqda heç nə deyilmir.

Ceyms Set Linç (ingiliscə James Set Lynch) Linç idarəedilməz təcavüzkarlıq əlamətlərindən əziyyət çəkir və bununla dərmanlarla mübarizə aparır. Ceyms evli idi, ancaq öz xəstəliyi üzündən tez-tez həyat yoldaşı ilə dalaşırdı. Bir gün tutmalardan sonra Linç onu öldürülmüş tapır. Ceyms qətldə ittiham edilərək ölüm cəzasına məhkum edilir. Bütün bunlara baxmayaraq Linç axıra kimi günahının olduğunu inkar edir və onu özünün öldürdüyünə inanmır.

Ceniffer Markus (ingiliscə Janiffer Marcus) Keynin qızı. Anası ilə birlikdə "Yeddilər" tərəfindən əsir götürülür. Bütün oyun boyu o Keynlə idarə etmədə əsas fiqur olur və onun oyunda iştirakının səbəbinə çevrilir.

Yeddilər (ingiliscə The 7) Təcrübəli muzdluların yaratdığı və vaxtilə Keynin də daxil olduğu təşkilat. Öz pullarını almaq və Keynin satqınlığına görə qisas almağı arzu edirlər. Oyunun başlanması anında "Yeddilərin" başında dörd nəfər dayanır: Qardaşlar (Böyük – təşkilatın rəhbəri və Kiçik), Karlos – Keynin dostu və Lal.

Retomoto (ingiliscə Retomoto) Yapon mafiasının rəhbəri və iri şirkətin prezidenti. Retomoto oyundakı hadisələrdən əvvəl Keynlə nə cürsə əlaqədə olub. Ancaq nə cür – açıqlanmır. Baş qəhrəmanın sağ gözündən gedən çapıq yarası onun üzündəndir. Retomotonu öldürdükdən sonra Keyn onun üzündə eynən çapıq qoyur.

Yoko Retomoto (ingiliscə Yoko Retomoto) Retomotnun qızı və Tokioda yerləşən gecə klublardan birinin sahibi. Linçlə aralarında olan söhbətdən və sonradan Yokonun özünün də buna işarə etməsindən bəlli olur ki, Keynlə seksual əlaqədə olub.

Keyn komandası Şelli, Tapa və Rifik. "Yeddilərlə" əlaqə nəticəsində həbsxanaya düşən insanlar. Bundan artıq onlar haqda heç nə məlum deyil.

Venesueleda uğursuz əməliyyatdan sonra Keyn "Yeddilərlərin" öldüyünü bilib, təşkilatın pulları ilə ABŞ-yə qayıdır. ABŞ-də onu həbs edirlər və ölüm cəzasına məhkum edirlər.

Keyni ölümə məhkum edilənlər üçün ayrılmış kameraya köçürəndə o Linçlə eyni zirehli maşına düşür. Edamın keçirildiyi yerə gedən zaman "Yeddilərin" adamları qəza törədirlər və maşın aşır. Onlar Keynlə Linçi "Yeddilərin" olduğu hansısa binaya aparırlar. "Yeddilər" Keynin onları satdığını hesab edir və ondan pulu qaytarmasını tələb edirlər. Onlar Keynlə manupulasiya etmək üçün ailəsini girov saxlayır. Keynə Linçi təhkim edirlər ki, o vaxtaşırı "Yeddilərlə" əlaqə saxlayıb onun bütün hərəkətləri haqda hesabat versin. Markus pulların bankda olduğunu deyir və tanış "ayı ovçusu" ilə əlaqə yaradır.

Həbsxanadan qaçış

Üçlükdə onlar banka soxulurlar. Bankda pullar olan yalnız bir çamadan aşkar edirlər. Soyğunçular bankı mikroavtobusda tərk edirlər. Təqibdən qurtula bilməyəcəklərini görüb sürücü metro stansiyasına sürür. Qəza nəticəsində sürücü və bank yaran həlak olurlar. Keyn və Linç döyüşlə platformaya gedib, qatara minirlər.

Markus ikinci çamadanı kimin oğurladığını bildiyini deyir. Onlar Yoko Retomotonun olduğu Tokioya gedirlər. Onu əsir götürdükdən sonra Keyn, Yokonun atası ilə əlaqə yaradır. O, Retomotonun çamadanı verəcəyi yeri – park təyin edir. Yokonu Linçlə qoyaraq Keyn təyin edilən yerə gedir. Retomotonun özü orada olmur. Görüş yerində Keyn telefon tapır və Yokonun atası ilə əlaqə yaradır. Danışıq zamanı Yoko əldən çıxıb qaçmaq istədikdə Linç onu öldürür. Keyn və Linç mafiya və polislərlə atışaraq parkı tərk edirlər.

Soldan-sağa: Tapa, Linç, Keyn, Şelli və Rifik

Bütün olanlardan sonra "Yeddilər" Keynlə Linçi öldürməyə qərara alır. Onları hansısa tikinti sahəsinə gətirirlər. Keynə öz qəbrini qazmağa məcbur edirlər. O, qurtarandan sonra Qardaşlar və Karlos, işi bitirmək üçün Lalla mühafizəçilərdən birini qoyaraq gedirlər. Mühafizəçi Keynin ailəsini gətirir. Lal onun həyat yoldaşını öldürür. Bu an Linç mühafizəçiyə hücum edir. Markus özünü itirən Lalı kürəklə döyüb, öldürür. Cenni inşaat sahəsini qatillərin maşınlarının birində tərk edir.

Keyn Tokio küçələrində

Arvadını dəfn etdikdən sonra Keyn "Yeddiləri" məhv etmək qərarına gəlir. Bunun üçün ona bu işdə yardım edə biləcək adamlar yığmaq lazımdır. Linçlə bir yerdə onlar böyük yük maşınında həbsxanaya soxulurlar. Burada "Yeddilər" üzündən həbsxanaya düşən adamlar var: Şelli, Tapa və Rifik. Keyn onları azad edir və pul söz verərək qrupuna qoşur. Markus, Retomotonun öldürülməsinə qərar verir. Çünki o, Yokoya görə intiqam almaq üçün yəqin ki, Cennini axtarır. Keynin qrupu Retomotonun mənzil-qərargahına zərbə endirir. Markus öz çamadanını götürdükdən onra onlar göydələni xəlvət tərk etmək istəyirlər. Plan alınmır və polislə atışma başlayır. Atəş altında Keyn bütün qrupu avtobus stansiyasında gözləyən mikroavtobusa aparır.

"Yeddilər" Havanadadırlar. Onlar yerli üsyançılara dövlət çevrilişi etməkdə yardım edirlər. Keynin qrupu bura gəlir və loyalistlərin tərəfini turur. Kapitolioya soxulduqdan sonra onlar görürlər ki, "Yeddilər" qaçaraq binada yalnız Karlosu qoyublar. Linç onu öldürməyi təklif edir ancaq qısa danışıqdan sonra Markus Karlosu özü ilə götürür. Tapa söz verilən pulları və "Yeddiləri" tapmadığı üçün Keynə kömək etməkdən imtina edib, çıxıb gedir. Karlos deyir ki, "Yeddilər" cəngərliklərə gediblər. O, qrupu "Yeddilərin" düşərgəsinə aparır. Yolda onlar Keynə yardım etməli olan adamlara rast gəlirlər. Onların tapşırığı, "Yeddilərin" aeroportuna yaxın olan kənddəki Qardaşları öldürməkdir. Keynin qrupu "Yeddilərin" düşərgəsinə gəlib çıxır. Karlos əsas qapıları mina ilə partlatmağı təklif edir və özü bombanı qoymağa gedir. Ancaq o əsir düşür. Buna baxmayaraq ortaqlar Karlosun satqın çıxdığını və o biri tərəfə keçdiyini deyirlər.

Keyn və Retomoto

Düşərgədə Keyn eşidir ki, "Yeddilər" onun qızını ələ keçirib. Keyn öz qrupu ilə döyüşçülərlə atışaraq Cennini tapır. Yaxınlıqda ölü Karlos uzanıb. Keyn qızına yaxınlaşanda o və onun qrupu düşmən döyüşçülər tərəfindən mühasirəyə alınır. Nəhayət Qardaşlar yaxınlaşır və bu an Linç bir neçə metr aralıqda, Karlosun yanında əvvəl partlatmaq istədikləri minanı görür. Keyn minanı partladır. Partlayış böyük qardaşı öldürsə də kiçik qardaş qızla birlikdə qaçmağa nail olur. Ətrafdakı döyüşçülər gözlənilməz zərbədən şoka düşür. Bundan istifadə edib Keyn və Linç mühasirədən çıxırlar. Düşərgəyə cipdə adamlardan biri gəlir və kəndəki vəziyyətin yaxşı olmadığını deyir. Orada ağır döyüşlər gedir. Şelli və Rifik ora yollanırlar. Keynlə Linçsə kiçik qardaşın dalınca cipdə aeroporta gedirlər. Markus düşmənin uçmaq istədiyi təyyarəni sıradan çıxarır və "Yeddilərin" axırıncı üzvünü qətlə yetirir. Cennini alandan sonra o yenə radioda Şelli və Rifikin yardıma çağıran səslərini eşidir.

Süjetin sonrakı inkişafı oyunçunun seçimindən asılıdır: ya qaçmaq ya da Keynin qrupuna köməyə getmək. Birinci halda Keyn və Cenni helikopterə minib, uçurlar. Linç onlarla getməkdən imtina edir və qalır. Oyun bitir.

İkinci halda Keyn, Linç və Cenni kəndə gedirlər. Şelli və Rifik yanan kilsədə mühasirəyə alınıblar. Keyn onlara çatanda həyatda yalnız Şelli qalır. Birlikdə onlar döyüşlə limana tərəf gedirlər. Burada düşmən döyüşçülərdən biri Cennini ölümcül yaralayır. Şelli katerlərdən birinə minib, gedir. Keyn əlində can verən (bəlkə də ağır yaralı) qızını başqa katerə aparır. Linçlə birlikdə onlar uzaqlaşırlar. Oyun bitir.

Ümumi kampaniyada oyunçu Keynlə oynasa da 16 mərhələdən sonra Linçlə oynaya bilər.

Keyn və Linç

Eyni şeyi heç bir mərhələ keçmədən kooperativ oyunda da etmək olar. Baxmayaraq ki, Keyn və Linç hərəkətlərdə demək olar ki, identikdir – Linçdə müəyyən anlarda təcavüzkar tutmalar olur. Linçin əlində tüfəng və tapança olduğu halda Keyndə avtomat və tapança olur. Bu cür silah təchizatı standart və məcburi deyil. Ortaqlar aralarında bu silahları dəyişə bilər. Dəyişim həmçinin qranat, snayper tüfəngi və karabin kimi silah növlərinə də aiddir. Burada da oyunçu divar, əşya və müxtəlif maeələr arxasında gizlənə, nişanlı və ya gözüyumulu atəş aça bilər.

Fragile Alliance

[redaktə | mənbəni redaktə et]

Fragile Alliance – yalnız onlayn multipleyer rejimli oyundur. Dörd xəritədən ibarətdir: Hot Coffee, Late Night Opening, Withdrawal və A Walk In The Park. PlayStation NetworkXbox Live istifadəçiləri həmçinin dörd əlavə xəritə endirə bilər. Hədəf və məqsəd oyunu maksimum pul hesabı ilə bitirməkdir. Hər raund maksimum oyunçu ilə orta silah təchizatı ilə başlayır. Oyunda TrueSkill dərəcəsi 30 və 50 olanlar Keyn və Linçlə oynaya bilər. Qazanılan pullar yeni silahların alınmasında və zireh gücünün artırılmasına xərclənə bilər. Qələbə çalan tərəf pulları öz ortaqları ilə yarı bölürlər.

Oyunçunun oyunda yaranması Xbox 360-da onun dərəcəsindən asılıdır. Keyn və Linçin kampaniyasından fərqli olaraq burada oyunçular sprint – yəni qısa məsafələrə qaçış edə bilmir.

Kane & Lynch: Dead Men yaradılanda məşhur Yesper Kid onun musiqisini yazmaq üçün dəvət edilmişdir. Yesper həmçinin Hitman seriyalarıFreedom Fighters kimi oyunlardakı musiqinin müəllifidir. Birnəfərli oyun əvvəlcədən onlayn-kooperativ imkanla hazırlanırdı.[2] Lakin vaxt azlığı və bir sıra digər probemlər üzündən bu fikirdən vaz keçməli oldular və nəticədə bu xüsusiyyət tamamilə silindi. Direktor Yens Peter Kurup deyir ki, ScarfaceUnforgiven qəhrəmanların yaradılmasında böyük rol oynamışdır. Oyunun ilkin ssenarisinə görə əsas hadisələr tək Keynin ətrafında dövr etməli, Linç isə ümumiyyətlə arxa planda olmalı idi.[3] Ancaq oyun süjeti inkişaf etdikcə sonradan əsas qəhrəmanlar sırasında Linçi də əlavə etdilər. Oyunun art-direktoru Martin Quldbək deyir ki, yerləri daha düzgün yaratmaq və təsvir etmək üçün komanda foto-apparatlarla hər dəfə Los-Ancelesə uçurdu. Ander Poulsen – qəhrəmanların aparıcı rəssamlarından birinin sözlərinə görə ilkin Keyn sonuncudan fərqlənirdi. İlkin variantda onun üzündə çapıq olmayacaqdı və o siqaret çəkəcəkdi. Ancaq sonradan daha da "həyati" obraz vermək üçün müəyyən dəyişiklik edildi və nəticədə müasir Keyn yarandı.

Keyni – Brayan Blum, Linçi isə Carion Monro səsləndirib.

Kane & Lynch: Dead Men
Track listing
BaşlıqMüddət
1."Kane's Family Portrait" 
2."RetoMoto Death Squad" 
3."Subway Fight" 
4."Lynch Breaks Down" 
5."Mall Fight" 
6."Training Ambience" 

Eidos[4] tərəfindən açıqlamalara görə oyunun davamı olacaq. Yeni hissə Kane & Lynch 2: Dog Days adlanır. Oyunun davamı 2010-cu ildə FK, PS3 və Xbox 360-da çıxacaq.[5]

Film layihəsi Lionsgate ilə birgə işlənilib. Ssenari müəllifi Kayla Uorddur. O, həmçinin Universal üçün çoxdan gözlənilən Fiasco Heights filminin ssenari müəllifidir. Keynin rolunu məşhur hollivud aktyoru Brüs Uillis oynayacaq.[6]

Başqa IO Interactive oyunları ilə əlaqə

[redaktə | mənbəni redaktə et]
  • Hitman: Blood Money oyununda missiyaları bitirdikdən sonra bir neçə qəzet səhifələrində iki nəfərin həbsxanadan qaçışı və onlara aid sonrakı hadisələr haqda yazılıb. Bütün hadisələr Keyn və Linçlə bağlıdır.
  • Hitman: Blood Money oyununun "Məhsuldar il" ("A Vintage Year") mərhələsində, evlərdən birinin divarında bir neçə şəkil asılıb. Bu "Retomoto qülləsi" və Kubadakı mərhələlərdə olan şəkillərdir.
  • Live oyun imkanlarında Hitman seriyalarına bir neçə işarə var. Burada ümumi 47 mərhələ var və onlardan birinin adı "Headmaster"-dir ki, onun da hədəfi başa 47 atəş açmaqdır.
  • Multipleyer rejiminin "Late Night Opening" xəritəsində "Mister 47, kişi geyimləri" mağazası var. Həmçinin burada liftdə Hitman: Blood Money oyunundan mahnı səslənir.
  • 11-ci mərhələnin adı "Freedom Fighters" – IO Interactive oyunlarından birinin adıdır.
  • Rifikin kamerasında ("Qaçış" mərhələsində) çoxlu maraqlı şeylər tapmaq olar. Divardakı yazılarda yaradıcıların adları, "Freedom" yazısı (ola bilsin ki, Freedom Fighters-ə işarədir) Tobias adı var (Hitman seriyalarından Agent 47-nin ləqəblərindən biri). Yatağın üstündəki şəkil – Hitman: Blood Money qəzetlərində deyilən həlak olmuş prezidentin şəklidir.
  • "Tokio küçələri" mərhələsində səkilərdə yaşıl qutular var. Onların üzərində Hitman: Contracts oyununun plakatları yapışdırılıb.
Gamer jurnalı

Oyun buraxılandan sonra çoxlu fərqli rəylər alıb. 5 dekabr 2007-ci ildə Game Rankings oyunun Xbox 360 versiyasına 42 rəy əsasında 67.5% bal vermişdir.[7] Metacritic isə Xbox 360 versiyasına 57 rəy əsasında mümkün 100 metaskordan 65-ni vermişdir.[8] Game Rankings-in nəzərinə əsasən 19 rəy əsasında PS3 versiyasına 65,8% xal verilmişdir.[9] Metacritic isə PS3 versiyasına 23 rəy əsasında 64 metaskor vermişdir.[10] PlayStation üçün cüzi aşağı xalın verilməsi onlayn-rejimdə səsli çatın olmaması təsir edib.

GameTrailers oyunu 8.0/10 qiymətləndirmişdir.[11] Oyundakı bəzi çatışmamazlıqlara baxmayaraq ümumilikdə "sadəcə məsləhət görülür" paketi almışdır. NTSC-Böyük Britaniya isə oyuna ümumilikdə 10 mümkün xaldan yalnız 3-ü verərək qeyd etmişdir: "oyunda bütün pozitivlik hər an baş verən dəhşətlə sındırılır".[12]

Məşhur GameSpot oyunu 6/10 xalı ilə qiymətləndirmişdir. Electronic Gaming Monthly isə oyunu mümkün 10 xaldan 7.2 xalla qiymətləndirmişdir. Nəşriyyatçının sözlərinə görə oyunun böyük üstünlüyü "müxtəliflik və mənalı həyat tarixi", çatışmamazlığını isə onlayn kooperativ rejimin olmamasıdır.

Avstraliyanın FK-a aid jurnalı PC Powerplay oyuna "əla" – 8/10 xal qiyməti verərək "böyük dialoqlar" və "heyrətləndirən lokasiyaları" xüsusi qeyd edir.[13]

  1. 1 2 3 4 5 Steam. 2003.
  2. "QJ.net Xbox 360 – Kane & Lynch developer talks about Fragile Alliance, Online Co-op". 2007-11-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-03-12.
  3. Information retrieved from Kane & Lynch Inside Video #1 – This can be viewed via the Xbox Live Marketplace
  4. "Eidos prepares for biggest ever spend (Kane & Lynch 2 in production)". http://www.mcvuk.com. 2010-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-03-12.
  5. "Gaming's Two Most Notorious Criminals Reunited in Kane & Lynch 2: Dog Days". IO Interactive. 18 Noyabr 2009. 2016-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 Noyabr 2009.
  6. "Bruce Willis confirmed to star in Kane and Lynch film Hitman 2". 2010-06-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-03-12.
  7. "Kane & Lynch: Dead Men Reviews (Xbox 360)". gamerankings.com. CNET Networks, Inc. 2009-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-12-14.
  8. "Kane & Lynch: Dead Men (xbox360: 2007): Reviews". metacritic.com. CNET Networks, Inc. 2010-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-12-14.
  9. "Kane & Lynch: Dead Men Reviews (PS3)". gamerankings.com. CNET Networks, Inc. 2008-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-12-14.
  10. "Kane & Lynch: Dead Men (ps3: 2007): Reviews". metacritic.com. CNET Networks, Inc. 2010-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-12-14.
  11. "Kane & Lynch: Dead Men". gametrailers.com. MTV Networks. 2007-11-13. 2013-01-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-12-05.
  12. Davies Jamie. "Kane & Lynch: Dead Men". ntsc-uk.com. NTSC-uk. 2007-11-13. 2008-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-12-05.
  13. Wells, D: "PC Powerplay", page 55. Next Publishing, 2007.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]