«Stalinqrad» (rus. Сталинград) — rejisor Fyodor Bondarçuk tərəfindən IMAX formatında çəkilmiş ilk Rusiya filmidir. Sentyabr 2013-ci ildə film mükafat üçün "Ən Yaxşı Xarici Film" və "Oskar" mükafatı üçün Rusiya tərəfindən namizədliyini irəli sürüb. Film 2013-ci ilin oktyabrın 10-da çıxıb.
Stalinqrad | |
---|---|
Сталинград | |
Janr | Müharibə, Dram |
Əsas mövzu | İkinci Dünya müharibəsi, Stalinqrad döyüşü |
Rejissor | Fyodor Bondarçuk |
Ssenari müəllifləri |
İlya Tilkin Sergey Snejkin |
Baş rollarda |
Pyotr Fyodorov Tomas Kreçmann Mariya Smolnikova Yana Studilina Dmitriy Lısenkov Aleksey Barabaş Andrey Smolyakov Sergey Bondarçuk Xayner Lauterbax Oleq Tilkin |
Operator | Maksim Osadçi |
Bəstəkar | Ancelo Badalamenti |
Distribütor | Sony Pictures, China Film Group Corporation[d], Columbia Pictures, Sony Pictures Releasing[d] |
İlk baxış tarixi | 28 sentyabr 2013[1] |
Müddət | 135 dəqiqə |
Büdcə | 30 000 000 $ |
Gəlir | 66 130 000 $ |
Ölkə | |
Dillər | Rus dili,Alman dili |
İl | 2013-ci il, 10 oktyabr |
Rəng | rəngli |
IMDb | ID1966566 |
Vikianbarda əlaqəli mediafayllar |
Film 1941-1945-ci illər Böyük Vətən müharibəsi dövründə qanlı döyüşlərdən bəhs edir.
1942-ci il. Stalinqrad. Sovet ordusu Volqanın sol sahilini işğal etmiş alman ordusuna əks-hücum etməyi planlaşdırır. Lakin hücum alınmır. Yalnız kapitan Qromovun komandasında olan kəşfiyyatçılar o biri sahilə keçə bilir və evlərin birini zəbt edirlər. Onlara bu evi nəyin bahasına olursa olsun mühafizə etmək əmri verilir. Evin içində möcüzə ilə sağ qalmış Sovet əsgərlərindən başqa onun axırıncı sakinini — 19 yaşlı Katyanı tapırlar. Alman zabiti Kana düşmənlərin işğal etdikləri evi geri almaq göstərişi verilir. Bəşəriyyətin tarixində ən qanlı döyüşlərindən birinin fonunda sevgi hekayələri və xasiyyətlərin dramatik qarşıdurması göstərilir.