Stavanger Universiteti

Stavanger UniversitetiNorveçin Stavanger şəhərində yerləşən ictimai tədqiqat universiteti.

Stavanger Universiteti
UiS
Universitetet i Stavanger[1]
Loqonun şəkli
Xəritə
58°56′15″ şm. e. 5°41′50″ ş. u.
Əsası qoyulub 1994
Tələbə sayı 12.000
Ölkə
Sayt uis.no
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

2024-cü ildə universitetin büdcəsi təxminən 2 milyard Norveç kronu idi ki, bu da təxminən 190 milyon ABŞ dollarına bərabərdir.[4]

Universitet 1969-cu ildə Roqaland Regional Kolleci kimi yaradılmışdır.

1994-cü ildə Roqaland Kollec mərkəzi, Stavanger Tibb kolleci, Stavanger Sosial İş kolleci, Norveç Turizm kolleci, Stavanger Təhsil kolleci, Roqaland Musiqi Konservatoriyası və Konqreqasiya kollecləri birləşdilər və həmən il universitetin adı Stavanger Universitet Kolleci olaraq dəyişdirildi.[5]

2005-ci ilin yanvarında kollecə universitet statusu verildi. Bu universitet Norvecdə birləşmə nəticəsində yaranan ilk universitetdir.[6]

2009-cu ildə Stavanger Arxeologiya Muzeyi Stavanger Universitetinə köçürüldü.[5]

Stavanger Universiteti 2018-ci ildə Elmi Heyət üzvülüyünə düşən tədqiqat nəşrlərinin sayına görə Norveçdə üçüncü, ümumilikdə isə beşinci sırada yer almışdı.[7]

2012-ci ilin oktyabrında Universitet Avropa İnnovativ Universitetlər Konsorsiumunun (ECIU) üzvü oldu.[8]

Akademik strukturu

[redaktə | mənbəni redaktə et]

Universitetdə 6 fakültə fəaliyyət göstərir:

İncəsənət və Təhsil Fakültəsi

[redaktə | mənbəni redaktə et]
  • Təhsil və İdman Elmləri bölməsi
  • İbtidai təhsili böbəsi[9]
  • Mədəniyyətşünaslıq və Dillər bölməsi

Sosial Elmlər fakültəsi

[redaktə | mənbəni redaktə et]
  • Media və Sosial Elmlər bölməsi
  • Sosial Elmlər fakültəsi
  • Norveç Otel İdarəetmə məktəbi

Elm və Texnologiya fakültəsi

[redaktə | mənbəni redaktə et]

Sağlamlıq Elmləri fakültəsi

[redaktə | mənbəni redaktə et]
* Xalq Sağlamlığı idarəsi
  • Keyfiyyət və Sağlamlıq Texnologiyası departamenti
  • Etika şöbəsi

İfa Sənəti fakültəsi

[redaktə | mənbəni redaktə et]
  • Klassik musiqi kafedrası
  • Caz, Rəqs, PPU (Təhsil nəzəriyyəsi və təcrübəsi) və musiqi şöbəsi

Stavanger Universiteti Biznes məktəbi

[redaktə | mənbəni redaktə et]

Məktəb geniş çeşiddə təhsil proqramları təklif edir və Norveçdə biznes idarəçiliyi üzrə magistratura səviyyəsində tələbələrə təhsil verən ən böyük müəssisələrdən biridir.

  1. https://www.uhr.no/om/medlemmer-og-medlemskriterier/.
  2. 1 2 Directory of Open Access Journals. 2003.
  3. 1 2 Norwegian Centre for Research Data. 1971.
  4. "Arxivlənmiş surət". 2024-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-20.
  5. 1 2 "Arxivlənmiş surət". 2024-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-20.
  6. "Arxivlənmiş surət". 2024-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-20.
  7. Eva Tønnessen. "Norske forskere publiserer mer". Khrono. 3 April 2019. 26 June 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 26, 2019.
  8. "UiS med i den europeiske ligaen". www.aftenbladet.no (bokmal norveç). 2012-10-10. İstifadə tarixi: 2024-01-26.
  9. "Arxivlənmiş surət". 2024-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-20.
  10. "Arxivlənmiş surət". 2024-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-20.
  11. "Arxivlənmiş surət". 2024-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-20.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]