Stayvesant Taun — Piter Kuper Villic (ing. Stuyvesant Town—Peter Cooper Village) — Nyu-York şəhəri Manhetten borosunun cənub hissəsindəki İst Sayd rayonuna aid yaşayış sahəsi. Sahə Stayvesant Taun və Piter Kuper Villic adlı iki mikrorayondan ibarətdir. Birincinin şimal sərhədi 14-cü küçə, cənub sərhədi isə 20-ci küçədə bitir;[2] ikincinin şimal və cənub sərhədi isə müvafiq olaraq həmənki 20-ci və 23-cü küçələrdir. Hər iki mikrorayon Birinci və S prospektləri hüdudlarında yerləşir.[3] Mikrorayonlar 6-cı Manhetten İcma Şurasının səlahiyyətindədilər.[4]
Stayvesant Taun — Piter Kuper Villic | |
---|---|
ing. Stuyvesant Town—Peter Cooper Village | |
40°43′54″ şm. e. 73°58′40″ q. u. | |
Ölkə | |
Ştat | Nyu-York |
Rayon | Nyu-York |
Əhalisi | |
Əhalisi | 21,049[1] nəfər (2010) |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksləri | 10009, 10010 |
Digər | |
pcvstliving.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Stayvesant Taun və Piter Kuper Villicdə Nyu-York metropoliteninin Birinci Avenü stansiyası yerləşir.[5] 2012-ci ilin sentyabr ayına olan məlumata əsasən, ərazidə M9, M14A, M14D, M15, M23 və M34A avtobus marşrutları fəaliyyət göstərilər.[6]