Stid Bonnet (ing. Stede Bonnet; 29 iyul 1688, Brictaun, Britaniya imperiyası – 10 dekabr 1718, Çarlston, Britaniya imperiyası) — ingilis dəniz qulduru. Əsasən mənşəyinə görə bəzən "piratların centlmeni" adlanırdı.[1] Bonnet Barbados adasında varlı ingilis ailəsində anadan olmuş və 1694-cü ildə atasının ölümündən sonra ailə mülkünü miras almışdır. 1709-cu ildə Meri Ellumbi ilə evlənmiş və qısa müddət müstəmləkə milislərində xidmət etmişdir. Evliliyindəki problemlərə görə və dənizçilik təcrübəsinin olmamasına baxmayaraq, Bonnet 1717-ci ilin yayında piratçılıqla məşğul olmağa qərar vermişdir.
Stid Bonnet | |
---|---|
ing. Stede Bonnet | |
Doğum tarixi | 29 iyul 1688 |
Doğum yeri | |
Vəfat tarixi | 10 dekabr 1718 (30 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | asılma[d] |
Vikianbarda əlaqəli mediafayllar |
1718-ci ilin avqustunda Bonnet gəmini təmizləmək və təmir etmək üçün Keyp-Fir çayının ağzına lövbər salmışdır. Avqustun sonunda və sentyabrda polkovnik Vilyam Rett Cənubi Karolina qubernatoru Robert Consonun icazəsi ilə çayda dəniz quldurlarına qarşı dəniz ekspedisiyasına rəhbərlik etmişdir. Rett və Bonnetin adamları bir neçə saat vuruşmuş, lakin quldurlar sonda təslim olmuşdular. Rett quldurları həbs etmiş və oktyabrın əvvəlində Çarlston şəhərinə gətirmişdir. Bonnet 24 oktyabrda qaçmağa nail olmuş, lakin Sallivan-Aylenddə tutulmuşdur. Noyabrın 10-da Bonnet məhkəmə qarşısına çıxmış və ölüm cəzasına məhkum edilmişdir. Bonnet 10 dekabr 1718-ci ildə Bonnet Çarlston şəhərində asılmışdır.