Still xəstəliyi

Still xəstəliyi (ing. Still´s dis.) – 16 yaşaqədər (2–5 yaş) uşaqlarda yaranan xroniki artrit (oynaq sayı və ağırlığı müxtəlif), cins fərqi yoxdur, qızdırma (ən azı 2 həftə ərzində 3 ardıcıl gündə sənədləşdirilməsi), daxili üzvlərin (limfadenopatiya, hepatomeqaliya və ya splenomeqaliya, serozit) zədələnməsi, tez keçib gedən səpgi ilə xarakterizə olunur. EÇS normal olması xəstəliyi inkar edir. Anemiya, leykositoz, trombositoz, ferritin, CRP artır, ANA və RF neqativ olur.[1]

Still xəstəliyi
XBT-10-KM M06.1
XBT-9 714.2
DiseasesDB 34295
MedlinePlus 000450
MeSH D016706
  1. F. Y. Talıbov, N. T. Zamanov, G. R. Ələkbərova, N. R. Abdullayeva. Revmatologiya (Terminlər, anlayışlar). Bakı, "Elm və təhsil", 2022

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]