Stradivari Duport

Duport Stradivari, 1711-ci ildə İtaliyanın Kremona şəhərində Antonio Stradivari tərəfindən hazırlanmış violonçeldir.Alət adını 1800-cü illər ərəfəsində yaşamış bəstəkar Jan Lui Duporta görə alıb.

Stradivari Duport
Mstislav Rostropoviç Stradivari Duportda ifa edərkən

Violençelin 1711-ci ildə Kral XIV Lüdovikin şəxsi həkimi François Chicoyneau-nun istəyi ilə inşa edilməsi güman edilir.Chicoyneau 1752-ci ildə öldükdə, violonçel satılması üçün Parisə göndərildi və açıq hərraca çıxarıldı.Xərrac zamanı Duport violençeli ala bilməsə də,Duport qardaşları daha sonra daha ucuz qiymətə violençeli ala bildilər.

1812-ci ildə Jan Lui Duport Tüiliri sarayında konsert verdiyi zaman Napolyon da alətdə ifa etmişdir.Violençeldə hələ də görünə bilən çuxurun Napolyonun diqqətsizliyi səbəbindən meydana gəldiyi deyilir.


1974-cü ildə violençel Mstislav Rostropoviç tərəfindən alınmışdır.Rostropoviçin ölümündən sonra, violonçelin əvvəlcə Nippon Musiqi Fondu tərəfindən 20 milyon ABŞ dollarına satın alındığı mətbuatda bildirilsə də, lakin Mstislav Rostropoviçin varisləri sonradan ailənin qanuni nümayəndəsi olduqlarına görə məşhur violonçelin sahibinin özləri olacaqlarını bildirdilər

[1] [2] [3]

  1. "Arxivlənmiş surət". 2022-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-21.
  2. "Arxivlənmiş surət". 2022-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-21.
  3. "Arxivlənmiş surət". 2022-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-21.